Oxuduğunuz məqalə

Washington Post "Azərbaycan diktatoru" haqda yazdı by Kərtənkələ

3 min read

Bu yazını paylaşın:

Amerikanın Səsi

ABŞ-ın nüfuzlu Washignton Post qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasından sui-istifadə edərək siyasi rəqiblərini təqib etməsinə və ölkədə repressiv atmosferi gücləndirməsinə dair iki məqalə dərc edilib.

Postun redaksiya məqaləsində pandemiya dönəmində avtoritar rejimlərin həbsxanalarda saxladıqları siyasi məhbusların həyatını risk qarşısında qoymasından bəhs edilir.

"İnsanların yaxın təmasa olduğu, kirli və gigiyena baxımından yararsız olan qapalı şəraitdə saxlanması ilə yaylan pandemiya onlar üçün ölüm hökmü ola bilər. Məhbuslar humanitar əsasda virusdan qorunmalı, siyasi məhbuslar söz və əqidələrinə görə ölməmələri üçün azad edilməlidir," yazıda qeyd olunur.

Azərbaycan diktatoru İlham Əliyev hiyləgərliklə hakimiyyətini qoruyub saxlayır. Avropa demokratiyalarına neft ixracı ilə xidmət göstərir, Avroviziya mahnı müsabiqəsi keçirir, ABŞ-dan $100 milyon dollarlıq hərbi yardım təklifləri alır.

"İlham Əliyevin öz rejimini tənqid edənləri sistematik şəkildə həbs etdiyi Azərbaycanda həbsxanadan bir müddət əvvəl azad edilmiş jurnalist Əfqan Muxtarlı Jurnalistləri Müdafiə Komitəsinə məhbusların köhnə kazarmalarda saxlandığını, isti su olmadığını, onların yeganə ərzaq və dərman mənbəyi olan ailə ziyarətlərinin qeyri-müəyyən müddətə təxirə salındığını deyib."

Muxtarlı epidemiyanın xəstəxanalarda yayıldığı təqdirdə məhbusların ölümlə üzləşəcəyindən qorxduğunu bildirib.

Məqalədə daha sonra qeyd edilir: "Həbsdə olan müxalif nümayəndələri, hüquq müdafiəçiləri və jurnalistlər həqiqətən cəsarət göstərdikləri üçün həbsxanalardakı virusun təsirinə məruz qalmamalıdır."

Qlobal miqyasda cərəyan edən koronavirus pandemiyası bir çox avtoritar hökumətlərin əllərində səlahiyyətlər cəmləşdirməsi üçün bəhanəyə çevrilib.
Qlobal miqyasda cərəyan edən koronavirus pandemiyası bir çox avtoritar hökumətlərin əllərində səlahiyyətlər cəmləşdirməsi üçün bəhanəyə çevrilib.

Təhlilçi Coşua Kurlantzik diktaturaların böhranlardan siyasi məqsədlər üçün istifadə etməsinə dair yazısına İlham Əliyevin nümunəsindən başlayır.

"Azərbaycan diktatoru İlham Əliyev hiyləgərliklə hakimiyyətini qoruyub saxlayır. Avropa demokratiyalarına neft ixracı ilə xidmət göstərir, Avroviziya mahnı müsabiqəsi keçirir, ABŞ-dan $100 milyon dollarlıq hərbi yardım təklifləri alır. Onun siyasətçiləri və müxbirləri mütəmadi qaydada həbsə atması fonunda bu nailiyyətlər daha çox diqqət cəlb edir. Hazırda isə o, hakimiyyətini cəmləşdirmək üçün yeni fürsət görür. Son həftələrdə koronavirus onun əlində müxalifət və müstəqil mediaya təzyiqlər üçün yeni vasitəyə çevrilib."

Avtoritar liderlər tez-tez fövqəladə hallardan - müharibələr, terror hücumları, yanğınıar və təbii fəlakətlərdən istifadə edərək əldə hakimiyyət cəmləşdirirlər

Müəllif bu xüsusda Əliyevin tənha olmadığını, onun kimi Türkiyədə, Rusiya və Kambocada da avtoritar liderlərin pandemiyadan istifadə edərək əllərində səlahiyyətlər cəmləşdirdiyini yazır.

"Avtoritar liderlər tez-tez fövqəladə hallardan - müharibələr, terror hücumları, yanğınlar və təbii fəlakətlərdən istifadə edərək əldə hakimiyyət cəmləşdirirlər," Kurlantzik yazır.

Kurlantzik tarixin də belə nümunələrlə zəngin oluduğunu qeyd edir. Bu sırada o, İndoneziya despotu Suharto və Almaniya diktatoru Adolf Hitlerdən nümunələr gətirir.

"Avtokratların ələ keçirdiyi fövqəladə səlahiyyətləri geri almaq əksər hallarda çətin olur. Tarix göstərir ki, böhranlar başa çatdıqdan sonra belə çox vaxt avtoritar liderlər bu səlahiyyətləri əllərində saxlayır və onları idarəçiliyin normasına çevirir."

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching