Oxuduğunuz məqalə

Vüqar Səfərli işdən çıxarıldı

 

Bu yazını paylaşın:

Azadlıq Radiosu

Vüqar Səfərli Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib.

Bununla bağlı bu gün, aprelin 4-də Prezident İlham Əliyev sərəncam verib.

Dövlət başçısının başqa bir sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov həmin vəzifəyə təyin edilib.

Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ölkədə münasibət birmənalı deyil.Bəzi jurnalist təşkilatları hesab edir ki, hakimiyyət Kütləvi İnformasiya Vasitələrininə dəstək adı altında bu Fonddan onların müstəqilliyinin boğulmasında istifadə edir. Hərçənd, rəsmilər və Fondun təmsilçiləri belə fikirləri qəbul etmirlər.

Bu qurum 2009-cu ildə yaradılıb.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching