Oxuduğunuz məqalə

Türkiyə silahlı qüvvələrinin istehkamçıları Qarabağa gəlib

 

Bu yazını paylaşın:

JAMNews

Türkiyə silahlı qüvvələrinin minaların və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri işğaldan azad edilmiş ərazilərdə Azərbaycan ordusuna kömək göstərməyə başlayıb.

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, Türkiyənin hərbi mütəxəssisləri bu ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsini həyata keçirəcək, o cümlədən də Azərbaycanın mühəndis bölmələri üçün tədris məşğələləri təşkil edəcəklər.

Türkiyə parlamenti ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə hərbçilərinin Azərbaycan ərazisinə göndərilməsi qərarını dəstəkləyib.

Razılaşmaya əsasən, Türkiyə və Rusiya hərbçiləri birgə monitorinq mərkəzi çərçivəsində Qarabağda sülhməramlı qüvvələrin fəaliyyətinə, o cümlədən də tərəflərin atəşkəsə əməl etməsinə nəzarət edəcək.

Hələlik Türkiyə hərbçilərinin Azərbaycana gələcəyi tarix bəlli deyil.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching