Oxuduğunuz məqalə

“Stepanakertdə 30 faiz əhali qalıb, qalanları Ermənistana köçüb”

 

Bu yazını paylaşın:

Meydan TV

14.10. Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Stepanekertin (Xankəndi) “meri” David Sarkisyan “Sputnik armenia” saytına şəhərdə qalan əhalinin sayından danışıb.

O deyib ki, dinc dövrlərdə şəhərdə 56 min nəfərə yaxın insan yaşayırdı. Hazırda şəhərdə əhalinin 30 faizi qalıb, digərləri Ermənistana köçüb:

“Azərbaycan Silahlı Qüvvələrinin davam edən bombardmanlarına baxmayaraq, Dağlıq Qarabağın paytaxtı Stepanakertdə 17 min nəfər əhali qalıb. Onlar bomba əleyhinə sığınacaqlarda yaşayır”.

O əlavə edib ki, paytaxtda uşaqlar da var.

David Sarkisyan bildirib ki, şəhərdə hərəkət məhdudlaşdırıldığından yerli hakimiyyət əhalinin ərzaqla təminatı məsələləri ilə məşğul olur: “Qış fəsli yaxınlaşdığından Stepanakert meriyası əgər əhali istəsə, onların şəhərdən təxliyyəsini təşkil etməyə hazırdır”.

D.Sarkisyanın sözlərinə görə, çərşənbə günü Qarabağın “paytaxtı” pilotsuz uçuş aparatlarından da atəşə tutulub.

Sayt yazır ki, çərşənbə günü şəhərin yaşayış məhəllələrinə 120 mm kalibrli minaatanlardan zərbələr endirilib, bir dinc sakin yaralanıb:

“Son məlumatlara görə, Dağlıq Qarabağın mülki əhalisi arasında ölənlərin sayı 46-ya yüksəlib, onlardan 10-u Stepanaketdə həlak olub. 144 nəfər yaralanıb”.

***

"Ağcabədinin Qiyaməddinli kəndinə də 4 ədəd mərmi atılıb"

Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtərin yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yaylb.

Nazirlik bu gün səhər saat 07:50-də Ağcabədinin Qiyaməddinli kəndinə qarşı tərəfdən 4 ədəd mərmi atıldığını qeyd edib.

Məlumatda qeyd olunub ki, noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələri fasilələrlə atəşə tutulub.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching