Oxuduğunuz məqalə

SOCAR yunan tankerlərini alıb

 

Bu yazını paylaşın:

Turan

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın Okeanis Eko Tankers (OET) şirkətindən 120 milyon dollara 6 il əvvəl tikilmiş 3 tanker (“Nissos Therassia”, “Nissos Heraclea” и “Nissos Schinousa”) alır.

Dövlət Neft Şirkəti bu sövdələşməni apreldə Avropada tanker qiymətlərinin son on ilin maksimum həddinə çatmasına baxmayaraq imzalayıb.

Dedveyti 115 min ton, uzunluğu 252 m və eni 45 m olan bu gəmilər 2021-ci ilin üçüncü rübündə Dövlət Neft Şirkətinə veriləcək və onlara İkinci Qarabağ müharibəsinin bəzi qəhrəmanlarının adı veriləcək.

Beləliklə, Dövlət Neft Şirkətinin tanker donanması 40 gəmini aşacaq.

Dövlət şirkətinin balansında maye yüklərin dünya okeanında daşınması üçün Suezmaks və Aframaks sinfinə aid tankerlər var.

2020-ci ilin yazında Azərbaycanda yeni gəmiqayırma zavodunda istehsal edilmiş, dedveyti 7875 ton, uzunluğu 141 ton və eni 17 metrə qədər olan “Laçın” tankeri suya buraxılıb. Bu gəmi Qara Dəniz və Aralıq Dənizi regionunda dövlət neft şirkətinin yüklərinin nəqlinə cəlb edilib.

Mənbə

Daha çox yazı yoxdur
Səhifənin sonuna çatdinız.

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching