Oxuduğunuz məqalə

Şimali Qafqazda koronavirus: qurbanların sayı və hakimiyyətə etimadsızlıq kəskin artır by Kərtənkələ

5 min read

Bu yazını paylaşın:

JAM News

Janna Tarxanova

Şimali Qafqazda pandemiyanı kütləvi inkar qəzəb və çarəsizliklə əvəzlənir.

Şimali Qafqazda son sutka ərzində 428 yeni yoluxma halı qeydə alınıb, epidemiya başlayandan xəsələnənlərin ümumi sayı 11548 nəfərdir. Amma az adam bu rəqəmlərə inanır.

Şimali Osetiya: “Xəstəxanalarda yer çatmır”

Şimali Osetiyada yoluxanların sayı sürətlə artır. Son sutka ərzində 93 nəfər yoluxub, ümumilikdə xəstələrin sayı 1253 nəfərdir. Doqquz nəfər ölüb.

Amma respublikada digər statistika sürətlə yüksəlir – stasionardankənar pnevmoniya diaqnozlu xəstələr çoxalır.



Sutka ərzində Respublika Xəstəxanasında kompüter tomoqrafiyasında iki yüzdən çox insan müayinə edilir, halbuki adi vaxt üçün norma cəmi 30-dur.

Koronaviruslu və ikitərəfli stasionardankənar pnevmoniyalı xəstələr respublikanın iki ən böyük xəstəxanasına yerləşdirilir. Amma orada artıq yer çatışmazlığı olduğu üçün bu diaqnozlu insanlar həm də Ardon və Priqirid rayon xəstəxanalarına da göndərilir.

Sosial şəbəkələrdə yayılan videoda koronaviruslu və stasionardankənar pnevmoniyalı xəstələri qəbul edən xəstəxanalardan birinin həyəti əks olunub. Orada xəstə daşıyan təcili yardım maşınları toplaşıb.

Keşişlərin yoluxması və virusun monastırlarda yayılması ilə bağlı məlumatlar daxil olur, onların çoxu ziyatərçilərin üzünə bağlanır, məsələn, Tamisk yaşayış məntəqəsindəki qadın monastırı.

Sosial şəbəkələrdə Vladiqafqazda Müqəddəs Məryəm Məbədinin dini rəhbəri koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Kilsənin qalan keşişləri iki həftəlik məzuniyyətə göndəriliblər, məbəd qapadılıb, məkanlar dezinfeksiya edilib, karantin mayın 16-a qədər uzadılıb.

Hakimiyyət bu kəskin artımı aprelin 20-də Vladiqafqazda keçirilən razılaşdırılmamış mitinqdə özünütəcrid rejiminin kütləvi şəkildə pozulması ilə əlaqələndirir.

Rusiyada atrıq 150 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Yalnız son sutka ərzində yoluxanların sayı 10102 nəfər olub.

Mayın 5-ə qədər Rusiyada 150 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Yalnız son sutka ərzində yoluxanların sayı 10102 nəfər olub. Rusiyada rəsmi məlumata əsasən, 1451 nəfər koronavirusdan ölüb.

İnquşetiya: dərman var, amma “öz” apteklərində

İnquşetiyada sosial şəbəkə istifadəçiləri Nazrandakı Respublika xəstəxanasında baş verən növbəti qalmaqalla bağlı video paylaşıblar.

Kanal müəlliflərinin məlumatına görə, cavan oğlan anasını itirib və koronaviruslu xəstələrin müalicə olunduğu infeksion şöbəyə icazəsiz daxil olub. O, palataları kameraya çəkib və bildirib ki, xəstəxanada dərman çatışmır, o, anasının koronavirusdan müalicəsi üçün dərmanları özü alırmış.

İnquşetiya Səhiyyə Nazirliyinin rəhbəri Zarema Lyanovanın hər şeyin yetərli olduğu haqda bəyanatını isə o, yalan adlandırıb.

Mayın 5-ə qədər İnquşetiyada rəsmi məlumata əsasən, 966 yoluxma, 26 ölüm halı qeydə alınıb.

Sosial şəbəkələrdə bildirirlər ki, respublikada tibbi preparatlar var, amma Səhiyyə Nazirliyi rəhbərləri onları özlərinə məxsus apteklərə göndərirlər. Sonra isə öz qohumlarını yönləndirirlər ki, dərmanları oradan alsınlar. Sosial şəbəkələrdə yazılanlara görə, bu sxem İnquşetiyada 25 ildir ki, işləyir.

Yerli səhiyyə sisteminə inamsızlıq o qədər böyükdür ki, tibb müəssisələrinə hücum halları mütəmadi olaraq baş verir.

Dağıstan: kütləvi ölüm təhlükəsi

Dağıstan yoluxanların həm artan tempi, həm də ümumi sayına görə Rusiyanın bütün digər cənib regionlarını geridə qoyur.

Mayın 5-ə qədər Dağıstanda 2086 nəfər yoluxub, onlardan 14 nəfər ölüb.

Xüsusi fəlakət vəziyyəti rayon mərkəzlərində yaranıb və burada kütləvi ölüm təhlükəsi haqda danışırlar.

Aprelin 30-da tut.dagestan Instagram səhifəsində respublikanın rayon mərkəzlərindən biri olan Qerqebil sakinləri adından yazılmış müraciət paylaşılıb.

“Bizim kənddə ötən bir neçə gün ərzində artıq 12 nəfər ölüb. Bir o qədər də insan hədsiz ağır vəziyyətdədir. Demək olar ki, bütün kənd sakinləri xəstədir. Xəstəxanalar dolub-daşır, çoxları evdə yatır.

Xəstəxanalarda diaqnostika vasitələri yoxdur, dərman yoxdur, israf materialları yoxdur. Xəstəxanada olan hər şeyi, o cümlədən də oksigen balonlarını sakinlər özləri alıblar, öz pullarına. Bütün kənd sakinləri pul toplayıb dərman alırlar və oksigen balonlarını dəyişirlər”, – müraciətdə deyilir.

Dağıstanın digər rayonlarında da oxşar vəziyyətdir.

“Kaytaq rayonunda da eyni vəziyyətdir. Xəstəxanalar pnevmoniyalı xəstələrlə doludur. Mənim anam balaca qəsəbədə feldşerdir və orada o qədər viruslu xəstə var ki, tibb işçiləri xəstələrə yetişmir. Müdafiə vasitələri yoxdur, hətta qızdırma salan vasitələr də yoxdur. Tibb işçilərindən topun qarşısına verilən ət kimi istifadə edirlər”, – ramazanova.aikhanum Instagram səhifəsində yazılıb.

Maxaçkala sakini Müslim Musayev JAMnews-a respublikada vəziyyətin “çox həyəcanlı” olduğunu təsdiqləyib.

“İndi bu, bizim qonşularımızın, doğmalarımızın başına gəlib. İnsanlar kütləvi şəkildə pnevmoniya xəstəsi olur. Biz bu qədər müddətdə dərk etmirdik ki, bu, nə dərəcədə təhlükəlidir – dənizə, pikniklərə gedirdik. Koronavirusun əsas mənbələri Rusiyanın regionlarından, əsasən də Moskvadan gələnlər oldu”.

Mayın 3-dən Xasavyurt şəhəri tamam bağlanıb.

İctimai xadim, bloger Maxaç Abdullayev deyir ki, yerli hakimiyyətin “hansısa paralel dünyada öz Dağıstanı var”. Bununla yanaşı real Dağıstan da mövcuddur, dəhşətli vəziyyətdə olan Qerqebil, Qubden, İzberbaş və Kizlyarla – o deyib.

COVID – dissidentlər artıq azdır, amma hələ də var


Şimali Qafqazda həkimlər koronaviruslu xəstələrin həyatı uğrunda mübarizə apardığı müddətdə “COVID-dissidentlər” hələ də fəaldır. Onlar sosial şəbəkələrdə öz təbliğatlarını aparır, insanları pandemiyaya inanmamağa və evdə oturmamağa çağırırlar.

Amma çoxları bu zaman özləri-özlərini təkzib edir. Məsələn, bir yandan koronavirusu inkar edirlər, digər tərəfdən mobil rabitə operatorlarını bu virusu yaymaqda günahlandırırlar.

Şimali Osetiya ərazisində bircə dənə də olsun 5G qülləsi yoxdur. Amma Noqir kəndinin sakinləri onlayn-təbliğatın təsiri altında mobil operatorların birinin köhnə antennasını yandırıblar və internetsiz qalıblar.

İnquşetiyanın ictimai xadimi Tamirlan Akiyev hesab edir ki, koronavirusdan nə qədər çox insan ölsə, yerdə qalanlar pandemiyanın real olduğunu daha çox anlayacaqlar. Bu, baş verənə qədər COVID-dissidentlərin qarşısını almaq yaxşı olardı – o deyir.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching