Oxuduğunuz məqalə

Şərh: Şəffaf seçkilər – niyə buna ehtiyacımız var və niyə indiyədək buna nail ola bilməmişik

 

Bu yazını paylaşın:

Kərtənkələ Press Orijinal

Hamımızın bildiyi kimi, növbədənkənar parlament seçkiləri 9-10 fevral 2020-ci il tarixlərində həyata keçirildi. Çoxları ümid edirdi ki, bu dəfəki seçkilər “fərqli” olacaq, başqa sözlə desək daha açıq və vətəndaşların istədiyi formada keçiriləcək. Daha əvvəl keçirilmiş bütün seçkilərdə (parlament, bələdiyyə və ya prezident) şəffaflıq qorunmamış olsa da, namizədlərin sayının çox olması gənc nəsli ümidlərinin reallığa çevrilə biləcəyinə inandırmışdı. Bir çox KİV-də, istər Azərbaycan vətəndaşların, istərsə də əcnəbilərin necə müşahidəçi qismində iştirak edə biləcəyi və seçkilərin şəffaflığının təmin edilməsinə kömək edə biləcəyi müzakirə olunurdu, amma bunların da heç bir faydası olmadı. Hər şey bir kənara, onsuzda möhtərəm Prezidentimiz qanunverici qolunu modernləşdirmək üçün Parlamentin buraxılmasını istəmirdimi?

Nəticələr açıqlandıqdan sonra belə görünür ki, heç kim dəyişməz reallıq ilə bir daha üzləşməyi gözləmirmiş. Hakim Yeni Azərbaycan Partiyası yenə də 125 yerin 69-unu tutarak çoxluq təşkil edib. Bu, Əliyevlər/Paşayevlər tərəfindən təklif olunan və ya irəli sürülən hər hansı bir qanunun ratifikasiya olunmasını təmin edəcək 52%-lik bir göstərici deməkdir. Qalan digər yerləri isə əsasən hakim partiyaya sadiq olan və özünü “bitərəf” adlandıran partiyalar tutdular. Hətta bəzi KİV-ləri xəbər yaydılar ki, növbədənkənar seçkilərin keçirilmə səbəbi, əslində müxalifətçilərin həqiqi mənada mübarizə aparmaq üçün hazırlıq görmələrinə imkan verməmək məqsədilə müxalifət liderlərinə qarşı bir tədbir görməkdən ibarət idi. Əslində bu çox da böyük əhəmiyyət kəsb etmir, çünki Prezident səlahiyyətlərin əksəriyyətinə sahibdir və 2009-cu ildən bu yana prezident səlahiyyətləri mandat limitləri ilə məhdudlaşdırılmır.

Həm milli, həm də beynəlxalq müşahidəçilərin bir çoxu vəzifə səlahiyyətlərindən sui-istifadə, rəqabət şəraitinin pozulması, topa bülleten atma və məntəqələrdə səs vermə çətinliyi hallarının olduğunu dilə gətirdilər. ATƏT və Avropa Şurası da seçkilərin şəffaflığını çox aşağı səviyyədə qiymətləndirdi. Seçici fəallığının 47.81% olmasını da hesaba qatsaq, vəziyyətin daha da acınacaqlı olduğunu görərik. Belə ki, bu göstərici 2015-ci ildə keçirilən parlament seçkiləri ilə müqayisədə təxminən 8% azdır.

Niyə şəffaf seçkilərə ehtiyacımız var? Cavab olduqca sadədir. Şəffaflıq hesabatlılıq və seçkilərdə iştirakın təmin edilməsində, o cümlədən korrupsiyanı məhdudlaşdırmaqla seçicilər arasında etimadın yüksəldilməsində mühüm rol oynayır. Digər tərəfdən, şəffaflıq demokratiya üçün vacib bir ünsürdür. İddia edə bilərik ki, seçki prosesi əslində həqiqətən şəffaf keçib. Mərkəzi Seçki Komissiyası və Milli Məclisin rəsmi saytı seçki ilə bağlı verilən bütün qərarlar barədə məlumat verdi. Bundan əlavə, nəticələr çıxandan sonra bir çox media orqanları öz qəzetlərində/internet saytlarında bu nəticələri dərc etdilər. Prezident özü seçkilərin ədalətli keçməsini istədiyini vətəndaşlarla bölüşdü.

Lakin şəffaflıq təkbaşına demokratiya və ədalətli seçkilər istiqamətində bir dəyişikliyə nail olmaq üçün kifayət deyil. Azərbaycanda etibarlı məlumatların əldə edilməsinin özü də bir problemdir. Bu, şübhəsiz ki, hökumətin ölkəmizin idarəetmə orqanlarında həqiqi müstəqil partiyaların varlığını dəstəkləməməsi ilə əlaqədardır.

Son iki həftədir ki, seçki nəticələrinin etibarsız elan olunduğunu görürük. Bu, yaxşı mənada irəliləyişin baş verdiyinə dair bir sübutdurmu? Cavab – xeyr. İlham Əliyevin neçə dəfə “Bəs onda açıq rəqabət nədir?” sualını verməsinin heç bir əhəmiyyəti yoxdur, çünki çünki son 20 ildə bir monarxiya kimi fəaliyyət göstərən korrupsioner bir hökumətin keçirdiyi istənilən seçki, sözsüz ki, beynəlxalq demokratik standartları tətbiq etməyəcəkdir.

Bu yazı məqalə çox təmtəraqlı bir tərzdə yazılmış hissi verə bilər və həqiqətdə də belədir. Ancaq mübarizədən vaz keçməməliyik. Unutmayaq ki demokratiya Fransaya tək bir seçkidə gəlməyib və Azərbaycan da bu baxımdan istisna deyil.

Kərtənkələ Press Orijinal

Mənbələr:

BEYNƏLXALQ SEÇKİ MONİTORİNQ MİSSİYASI Növbədənkənar Parlament Seçkiləri, 9 fevral 2020-ci il 10.02.2020-ci il, saat 09:00-da qüvvədə olan sürəti İLKIN MÜŞAHIDƏLƏR VƏ NƏTICƏLƏRƏ DAIR BƏYANAT. https://www.osce.org/az/odihr/elections/azerbaijan/445774?download=true

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching