Oxuduğunuz məqalə

Şərh. Azərbaycanda cari islahatlar

 

Bu yazını paylaşın:

Azərbaycan son bir neçə ay ərzində həm hökumət strukturu, həm də ölkənin davamlı inkişafına yönəlmiş islahatların həyata keçirilməsi baxımından bir sıra işlər gördü. İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsindən bu yana ölkədə durğunluq müşahidə olunsa da, neft qiymətlərində müşahidə olunan ciddi dəyişikliklərin nəticəsində əmələ gələn problemlərin nəhayət ki prioritetləşdirilməyə başlanıldığı hiss olunur.

Həqiqət budur ki, yeni istifadəyə verilmiş Baku-Tbilisi-Ceyhan boru kəmərinin də dəstəyi ilə 2011-2014-cü illərdə neft qiymətlərində müşahidə olunan ciddi artım uzun ömürlü olmadı. 2014-cü ildə neft qiymətlərində müşahidə olunan gözlənilməz eniş, maliyyə büdcəsində kəsirlərin yaranmasına və ümumi iqtisadi qeyri-sabitliyə səbəb oldu ki, bu da öz növbəsində birbaşa xarici investisiyalara mənfi təsir etdi. Bunun əsas səbəbi, 1991-ci ildən bəri Azərbaycan iqtisadiyyatının ən böyük problemlərindən biri –  neft ehtiyatlarından asılılıq probleminin həll olunması üçün həyata keçirilən islahatların lazımi səviyyədə olmamasıdır.

Strateji Yol Xəritələri

Bu məsələlərin lazımı formada həll edilə bilməməsinə görə tənqid olunmasına baxmayaraq, Azərbaycan hökuməti 2016-2020-ci illəri əhatə etməsi nəzərdə tutulan Strateji Yol Xəritələri planı ilə ölkənin gələcəyi üçün bəzi dəyişikliklər etməyə başladı və daha davamlı inkişaf üçün yeni hədəflər qoydu. Bu baxımdan görülən işlər əsasən milli iqtisadiyyat, maliyyə xidmətləri, kiçik və orta sahibkarlıq, kənd təsərrüfatı, mədən sənayesi, turizm və peşə təhsili və təlim ilə əlaqədar bir neçə hədəfin qoyulmasından ibarət idi. Bu plan daxilində qarşıya qoyulan məqsədlərə aşağıdakılar daxildir: qeyri-ticari sektorun inkişafına (qeyri neft və qaz) təkan vermək, ÜDM-də dövlət sektorunun payını azaltmaq, Kiçik və Orta Müəssisələrin (KOM) dəstəklənməsi, turizm sənayesinin, eləcə də maliyyə və pul sistemlərinin inkişaf etdirilməsi, həmçinin ticari sektorda (neft və qaz) şəffaflığın və hesabatlılığın təmin edilməsi.

İqtisadi Azaqlıq, Biznes FəaliyyətiTurizm və Səyahətdə Rəqabətlilik hesabatlarında Azərbaycanın reytinqinin artdığını nəzərə alsaq, bu hədəflərdən bəzilərinin yerinə yetirilmiş olduğunu deyə bilərik (Müseyibov, 2019. Adıgözəlov, 2019). Buna baxmayaraq, ölkənin ümumi ixracatının çox böyük bir hissəsi hələ də neft sektorun payına düşür. 2016-cı ildən bəri ümumi ixracatda neftin payı artaraq 92%-ə çatmışdır (Comtrade, 2019). Həmçinin, 2020-ci ildə qeyri-neft sektorunun ümumi büdcənin 65% -ni təşkil etməsi gözlənilsə də, 2014-cü ildə neft qiymətlərinin ani düşüşünə baxmayaraq ARDNF-dən milli büdcəyə pul köçürmələri artan tempdə davam etmişdir (CESD, 2019). 2020-ci il büdcə planında, ARDNF-ın Dövlət Büdcəsinə 11 milyard 363 milyon manat vəsait ödəyəcəyi qeyd olunmuşdur.

ARDNF özü Strateji Yol Xəritələrinin qarşıya qoyduğu şəffaflıq hədəflərinə cavab vermədi. Bu təşkilat, bir çox digər stabilləşdirmə fondları ilə eyni formada – gəlirlərini qeyri-neft sektorunun inkişafına təkan verən fəaliyyətlərə yönləndirməklə ölkənin təbii sərvətlərinin mövcud potensialından tam şəkildə istifadə edilməsi məqsədi ilə yaradılmışdır (oilfund.az, 2019). Lakin, təşkilatın dövlət büdcəsinə etdiyi və getdikcə artmaqda olan qeyri-şəffaf köçürmələr, onu neft gəlirlərinin səmərəsiz istifadəsinə görə tənqid obyektinə çevirmişdir (Crude Accountability, 2019; Luong, Weinthal, 2010).

Çirkli pul yuyulması

Həmçinin qeyd etmək lazımdır ki, son beş ildə dövlət büdcəsində kəsirlərin yaranarkən, Əliyev rejimi çirkli pulların yuyulması ilə bağlı bir neçə skandalın birbaşa iştirakçısı olub. Bunlara misal olaraq Azərbaycan pulyuyan maşını (2017), Cahangir və Zamirə Hacıyeva Skandalı (2017), və Panama  Sənədləri (2016) göstərmək olar. Xüsusilə, Camaşırxana istintaqında üstü açılan yüzlərlə köçürmə, 2012-2014-cü illər arasında ölkədən çıxarılan pulun 3 milyard ABŞ dollarından çox olduğunu göstərmişdir. Bu məbləğin yarısı bir ABB (Azərbaycan Beynəlxalq Bankı) hesabından Əliyevlər ailəsinin Shell şirkətlərindən birinə (ABCCRP, 2017) göndərilən köçürmələrin payına düşür. Sözü gedən pullar ya bu cür skandalların iştirakçısı olan insanların şəxsi mənfəətləri üçün, ya da Avropalı millət vəkillərini və siyasətçilərini susdurmaq və/ və ya onların rəğbətini qazanmaq üçün xərclənmişdir. Bunun bariz bir nümunəsi, Azərbaycanın 2014-cü ildə Avropa İnsan Hüquqları Təşkilatında Avropa Şurasına sədrlik vəzifəsinə vəzifəsinə qəbul olunmasıdır. 2017-ci ildə hökumətin adı keçmiş nəqliyyat naziri Ziya Məmmədovla bağlı (2017) Trump Tower vasitəsilə çirkli pulların yuyulması skandalı və həmçinin Mehman Hüseynovun araşdırdığı bir başqa Malta çirkli pul yuma sxemi ilə hallandı. Daha yaxın zamanlarda Leyla və Arzu Əliyeva ailənin ofşor hesablarından istifadə edərək Londonda yerləşən 60 milyon funt sterlinq dəyərində iki evi satın almaq istəyərkən özlərini ələ verdilər. Həmçinin, Mir Camal Paşayevin (Mehriban Paşayevin əmisi və Paşa Holdinqin rəhbəri) 2018-ci ildə Portuqaliya “qızıl viza” sxeminə təsirini də qeyd etmək lazımdır.

Əlbəttə ki, bu cür davranışlar təkcə Azərbaycan hakim elitasının yuxarı təbəqələrinə xas deyil. Belə ki, Azərbaycan dövlət bürokratiyası və həmçinin digər özəl müəssisələr neçə illərdir ki korrupsioner davranışlarına görə tənqid olunmaqdadırlar. Tədqiqatçı Sarah Chayes (2016) tərəfindən “kleptokratik şəbəkə” adlandırılan bu korrupsiya şəbəkəsi daxilində həm hakimiyyət maraqları həm də özəl biznes maraqları özünü biruzə verir və bu şəbəkə, Azərbaycanın öhdəsindən gəlməli olduğu əsas problemlərdən birini təşkil edir. Bunları nəzərə alsaq 2018-cil ildə Azərbaycanda Korrupsiyanın Qavranılması İndeksinin 180 ölkə arasında son 20-likdə yer alması heçkimi təəccübləndirməməlidir.

İslahatlar: bunlar haqqında nə demək olar?

Son 3 ildə və xüsusən də son bir neçə ay ərzində Əliyev islahatlar aparmaq və 1990-cı illərdən bəri atasına xidmət edən yaşlı hökumət üzvlərini yeni texnokratlarla əvəz etmək qərarına gəlmişdir (De Waal, 2019). 2019-ci ilin 28 noyabrında YAP-ın parlamentdəki deputatlarının vəzifədən azad edilməsi hətta elan belə edilmişdi. Eyni zamanda, ölkənin siyasi və iqtisadi strukturunun yaxşılaşdırılması məqsədilə yeni islahatlar təklif edildi və müzakirəyə qoyuldu. Bəzilərinə görə bu, sadəcə avtoritar modernləşmədən başqa bir şey deyil (De Waal, 2019) və bunun həyata keçirilmə səbəbi, gücün köhnə Naxçıvan elitasından Paşayevlərə ötürülməsi və beləcə ölkədə köhnə oliqarxların mövqeyinin zəiflədilməsidir (Cornell, 2019). Pareto (1896) bu xüsusi növ düşüncə tərzini elitaların dairəviliyi kimi təsvir etmişdir ki, bu da  bir ölkənin rejimindəki hər hansı bir dəyişikliyin sadəcə bir növ elitanın digəri ilə əvəzlənməsi ilə əlaqəli olduğunu ifadə edən nəzəriyyənin adıdır.

Bu, 2019-cu ilin əvvəlində Qazaxıstandaki islahatları xatırladır…

Hal-hazırda Azərbaycanda baş verənlər və digər bir postsovet ölkəsi olan Qazaxıstandakı hökumət dəyişiklikləri arasında bənzərliklər mövcuddur. 2019-cu ilin əvvəlində Nazabayev bir neçə hökumət üzvünü işdən çıxardı və sonrasında Astananın keçmiş meri və milli dəmir yolu – Temir Zholya şirkətinin rəhbəri Askar Mamini müvəqqəti olaraq baş nazir postuna təyin etti. Dəyişikliklər təkcə nazirlər kabineti ilə yekunlaşmadı: Qazaxıstan Mərkəzi Bankının rəhbəri Daniyar Akişev, keçmiş iş adamı Yerbolat Dossayevlə əvəz olundu. Nazarbayevin istefasından sonra 2019-cu ilin aprelində prezident seçilən Tokayev, özü ilə daha çox siyasi dəyişikliklər gətirdi ki, bu dəyişikliklərin arxasındaki səbəb açıqlanmadığı üçün əhali çaş-baş vəziyyətdə qaldı. Xüsusilə Nazarbayevlə əlaqələndirilən mübahisəli siyasətçi Kuşerbayevin prezident müşaviri təyin edilməsi, əvvəlki nəzəriyyəmizi dəstəkləyən bir hadisədir. Paretoya görə, həm Qazaxıstanda, həm də Azərbaycanda baş verən siyasi dəyişikliklər əsl siyasi yenilənmə yox, sadəcə elitalar arası mövqe dəyişikliyinin əlamətidir. Ona görə də, bu dəyişikliklər və islahatlar sadəcə söz olaraq qalacaq və hərhansı tədbir ya da fəaliyyətə çevrilməyəcəkdir.

Bu aldatmadan başqa bir şey ola bilərmi?

Mövcud vəziyyəti təhlil etməyin daha optimist yolu, vəziyyəti Rotşteynin Hökumətin keyfiyyət nəzəriyyəsi (2011) əsasında nəzərdən keçirməkdir. Korrupsioner bir şəbəkə dövlət siyasətinin həyata keçirilməsində minimum tələblərə cavab vermədiyi təqdirdə uzun ömürlü ola bilməz. Təbii ki, ölkəni siyasi liberallaşdırmaq səyləri olmadan Əliyevin təklif etdiyi islahatlar heç vaxt gözlənilən nəticəni verə bilməz. Lakin, hələ də ümid var ki, düzgün və qərəzsiz şəkildə həyata keçirildiyi təqdirdə, bu islahatlar Azərbaycan əhalisinə xeyrinə ola bilər (Cornell, 2019). Əslində, hakimiyyətin qərəzsiz tərəfi (azad seçkilər) Azərbaycan kimi ölkələr üçün prioritet olmaya bilər, amma, nəticə tərəfsizliyi (qanunların icrası, islahatlar) hazırki hakim elita üçün prioritet məsələdir. Əgər söz verilən islahatlar ədalətli və obyektiv şəkildə həyata keçirilərsə, məqsədlərə tam çatmaq mümkün olar.

Nəticə etibarilə burada – Kərtənkələdə heç bir şey tam olaraq müəyyənləşmiş deyil. Ümid edirik ki, yaxın bir neçə ayda bu islahatların həqiqi müsbət nəticələrini hətta bəlkə də bir neçə il sonra siyasi liberallaşmaya yol açacağını görəcəyik.

Kərtənkələ Press-in İlk orijinal məqaləsi

Mənbələr:

Adıgözəlov, S. (2019). Azerbaijan boosts growth with structural-institutional reforms / Azərbaycan struktur-institusional islahatlarla inkişaf tempini artırır. Emerging-Europe. (online). Available at: https://emerging-europe.com/voices/azerbaijan-boosts-growth-with-structural-institutional-reforms/ Accessed 21/11/2019

CESD (2019). 2020 State Budget of Azerbaijan: Brief Independent Review. (online). / 2020 Azərbaycanın Dövlət Büdcəsi: Qısa Müstəqil İcmal Available at: http://cesd.az/new/wp-content/uploads/2019/09/CESD_Research_2020_State_Budget_Azerbaijan.pdf  Accessed 21/11/2019

Chayes, S. (2016). The Structure of Corruption / Korrupsiyanın Strukturu: A Systemic Analysis Using Eurasian Cases / Avrasiyada baş verən hadisələr əsasında sistemli təhlil. Carnegie Endowment for International Peace. (online) Available at: https://carnegieendowment.org/2016/06/30/structure-of-corruption-systemic-analysis-using-eurasian-cases-pub-63991 Accessed 21/11/2019

Crude Accountability. (2019). State Oil Fund of Azerbaijan / Azərbaycan Dövlət Neft Fondu: huge spending and overwhelming poverty / böyük xərcləmələr və hədsiz yoxsulluq. (online). Available at: https://crudeaccountability.org/state-oil-fund-of-azerbaijan-huge-spending-and-overwhelming-poverty/ Accessed 21/11/2019

Cornell, S. E. (2019). Azerbaijan: Reform Behind a Static Façade / Azərbaycan: Statik Fasad Arxasında İslahatlar. Central Asian Futures. The American Interest. (online). Available at: https://www.the-american-interest.com/2019/10/17/azerbaijan-reform-behind-a-static-facade/ Accessed 21/11/2019

De Waal, T. (2019). Is Change Afoot in Azerbaijan? / Azərbaycan Dəyişikliklər Ərəfəsindədir? Carnegie Endowment. (online). Available at: https://carnegieeurope.eu/strategiceurope/80271 Accessed 21/11/2019

Luong, P. J., Weinthal, E. (2010). Oil Is Not a Curse, Ownership Structure and Institutions in Soviet Successor State. / Neft Bir Lənət Deyil, Postsovet Ölkəsində Mülkiyyətin Strukturu və Qurumları. New York: Cambridge University Press.

Müseyibov, A. (2019). Carrying out successful reforms: The Azerbaijan model / Uğurlu islahatların aparılması: Azərbaycan modeli. Emerging-Europe. (online). Available at: https://emerging-europe.com/voices/carrying-out-successful-reforms-the-azerbaijan-model/ Accessed 21/11/2019

OCCRP. (2017). The Azerbaijani Laundromat / Azərbaycan Camaşırxanası (online). Available at: https://www.occrp.org/en/azerbaijanilaundromat/ Accessed 22/11/2019

Pareto, V. (1896-1897). Ed. 1964. New ed. Oeuvres completes, Vol. 1. Geneva.

State Oil Fund of Azerbaijan (SOFAZ). (2019). History. / Azərbaycan Dövlət Neft Fondu (ARDNF). (2019). Tarix.  (online) Available at: https://www.oilfund.az/en/fund/about/history  Accessed 21/11/2019

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching