Oxuduğunuz məqalə

Rusiyadan qayıtmaq istəyən azərbaycanlılar gözləməlidirlər

 

Bu yazını paylaşın:

Meydan TV

Vətəndaşlar aprelin 20-dək ölkənin Rusiyadakı səfirliyində və konsulluqlarında qeydiyyatdan keçməlidirlər

Rusiyadakı Azərbaycan vətəndaşları ölkəyə qayıtmaq üçün aprelin 20-nə qədər gözləməlidirlər. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Rusiya Federasiyasında yaşayan və hazırda Azərbaycana qayıtmaq istəyən vətəndaşlar karantin rejimi qaydalarına əməl etməli, aprelin 20-dək ölkənin Rusiyadakı səfirliyində və konsulluqlarında qeydiyyatdan keçməlidirlər:

“Hazırda Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunduğundan ölkə sərhədlərinin qarşıdakı müddətdə açılmasına dair qərar 20 aprel tarixindən sonra COVID-19 zəminində mövcud vəziyyət təhlil edilərək veriləcək. Eləcə də ölkə daxilində karantin məqsədilə ayrılmış məntəqələrin vətəndaşları qəbul etmək imkanları və COVID-19 xəstəliyinin yayılma dinamikası nəzərə alınaraq səfirlik və konsulluqlarda qeydiyyatdan keçmiş şəxslərin müəyyən qrafiklə Vətənə dönüşünün təmin olunması məsələsinə baxılacaq”.

Məlumatda qeyd olunub ki, sərhədlər bağlı olduğu müddətdə yalnız vəfat etmiş Azərbaycan vətəndaşının nəşinin 1 nəfər yaxınının müşayiəti ilə (müşayiət edən şəxs Azərbaycana keçdikdən sonra karantində saxlanılmaqla) ölkəyə gətirilməsinə istisna hal kimi şərait yaradılacaq.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching