Rusiyada ‘ömürlük senator’ təklifi verilib - Kərtənkələ Press
Rusiyada ‘ömürlük senator’ təklifi verilib

Bir qrup Rusiya senatoru və deputatı Rusiya Federasiyası Konstitusiyasına düzəlişlər təklifi ilə çıxış edib.

Bu dəyişikliklərdə Rusiya prezidentlərinə onların xidmət müddəti başa çatdıqdan sonra Federasiya Şurasının “ömürlük üzvü” olmaq imtiyazının verilməsi nəzərdə tutulur.

Federasiya Şurası Rusiya parlamentinin yuxarı palatasıdır.

Təklifə görə “ömürlük senator” titulunu qəbul edib-etməmək keçmiş prezidentlərin öz seçimi olmalıdır.

Düzəlişlərə görə habelə prezident tərəfindən təyin edilən senatorların sayının 17-dən 30-dək artırılması təklif olunur.

Federasiya Şurasında hazırda 170 millət vəkili var.

Layihə müəllifləri habelə prezidentə adi vətəndaşlara “müstəsna xidmətlərinə” görə ömürlük senator titulunun verilməsi səlahiyyətinin tanınması təklif olunur.

Bütün başqa senatorlar üçün 6 il xidmət müddəti verilməsi təklif edilir.

Düzəlişlər arasında Hesablama Palatası sədrlərinin Federasiya Şurası tərəfindən təyin edilməsi və azad olunması təklifi də var.

Bu düzəlişləri Dövlət Duması dövlət quruculuğu komitəsinin sədri Pavel Krashennikov, Federasiya Şurasında analoji komitənin sədri Andrei Klishas, beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosachev, senatorlar Svetlana Goryacheva, Aleksei Pushkov və başqaları təklif ediblər.

Rusiya prezidenti Vladimir Putin konstitusiyaya düzəliş təkliflərini yanvarın 15-də etdiyi illik çıxışında səsləndirmişdi.

O habelə təklif etmişdi ki, Rusiya Konstitusiyasının beynəlxalq qanunlardan üstün tutulacağı təsbit edilməlidir.

Credit: Source link

Bu məqalə haqqında şərhlər

E-poçt adresin yayımlanmayacaq.