Oxuduğunuz məqalə

“Rusiya sülhməramlıları Qarabağda mandatlarının çərçivəsini aşırlar”, - Bakıdan şərh

 

Bu yazını paylaşın:

JAMNews

Dekabrın 12-də Qarabağda Rusiyanın sülhməramlı missiyası gözlənilmədən yerləşmə coğrafiyalarını genişləndirib. RF sülhməramlıları cənub istiqamətində onlarla kilometr dərinliyə daxil olublar. Bununla belə, nə Rusiya, nə də  Azərbaycan tərəfindən məsələ ilə bağlı rəsmi şərh gəlməyib. Rusiyalıların Azərbaycanda çaşqınlıq yaradan bu addımının səbəbi Xocavənd rayonundakı hadisə olub.

Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin birgə bəyanatına əsasən, Azərbaycan xüsusi xidmət orqanları Xocavənd rayonunun Çaylaqqala/Xtsaberd və Köhnə Tağlar/Xin Tağlar kəndlərində terror əleyhinə əməliyyat həyata keçirib.

Bu yaşayış məntəqələrində erməni silahlı qüvvələrinin qalıqlarının terror hücumları törətməsi buna səbəb olub. Erməni qüvvələrinin hücumları nəticəsində Azərbaycan orudusunun bir hərbçisi həlak olub, mülki vətəndaş – mobil rabitə operatornun əməkdaşı yaralanıb.

Anti-terror əməliyyatı həyata keçiriləndən dərhal sonra o vaxta qədər RF sülhməramlı qüvvəllərinin məsuliyyət zonasına daxil olmayan bu əraziyə Rusya hərbçiləri daxil olub. Səhəri gün isə sülhməramlı missiyanın yerləşməsi xəritəsində Rusiya qüvvələrinin məsuliyyət zonası gözlənilmədən cənuba doğru onlarla kilometr uzanıb.

10 noyabrda Azərbaycan və Rusiya prezidentləri, o cümlədən də Ermənistanın baş naziri tərəfindən imzalanan Qarabağda hərbi əməliyyatların dayandırılması haqda üçtərəfli razılaşmaya əsasən, Rusiyanın sülhməramlı qüvvələri Dağlıq Qarabağın ermənilərin nəzarətində qalan hissəsində, o cümlədən də Ermənistan və Stepanakert/Xankəndi arasında nəqliyyat əlaqəsini təmin edən “Laçın dəhlizində” yerləşdirilib

Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı bu cür əməlləri Azərbaycan cəmiyyətində narazılıq yaradıb.

“Rusiyanın son vaxtlar Azərbaycana qarşı münasibətində müəyyən çalarları hiss edirəm. Xüsusilə də Azərbaycanda böyük parad keçirildi. Bu paradda Rəcəb Tayyib Ərdoğanın iştirakı, Azərbaycanın düşməndən qənimət götürdüyü texnikalar nümayiş etdirildi. Onlar hamısı Rusiyanın istehsal etdiyi hərbi texnika idi”, – Azərbaycan parlamentinin deputatı Vahid Əhmədov deyib.

Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Guya hansısa xəstəlik var. Bunlar hamısı yalan şeylərdir. Ancaq hesab edirəm ki, bunlar hamısı müvəqqəti hallardır. Rusiya ilə Azərbaycan strateji müttəfiqdir. Belə hallara imkan vermək olmaz”, – o vurğulayıb.

Rusiya sülhməramlılarının gündə bir xəritə cızması kağız üzərində olan məsələlərdir. Rusiya sülhməramlıları daha çox orada asayişi bərpa etməklə məşğul olmalıdırlar”, – Əhmədov fikrini yekunlaşdırıb.

“Düşünürəm ki, bəzən sülhməramlılar mandatdan kənara çıxan işlərə yol verirlər. Hesab edirəm ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, eləcə də, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi həmin sülhməramlıların rəhbərləri ilə görüşüb bu məsələ barədə fikirlərini bildiriblər”, Milli Məclisin deputatı Tahir Kərimli deyib.

“Belə olan halda Rusiya tərəfi sülhməramlıların hadisə yerinə gəldiyini qeyd edir. Lakin hadisənin baş verməsində təqsirkar olan tərəfi müəyyən etmir. Sadəcə, insidentin aradan qaldırılması qeyd olunur…

Ümumiyyətlə, yayılan bəzi məlumatlar var ki, Rusiya sülhməramlıları hansısa yaraqlıların, silahlıların saxlanılmasına imkan verir. Əslində, bu, Rusiyanın öz imicinə böyük bir zərbədir.

Dünya ölkələri, eləcə də, Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olmasına heç də razı deyil”, – Kərimli qeyd edib.

Azərbaycan parlamentinin digər deputatı Vüqar Bayramov da həmkarları ilə razıdır:

Bu, ciddi təəccüb yaradır. Çünki yeni xəritənin tərtib edilməsi razılaşma prinsipinə ziddir. Eyni zamanda, Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanıb. Bütün hallarda əsaslandırılmamış yeni xəritələrin cızılması və təqdim olunması heç bir halda qəbul olunan deyil. Həm də manipulyasiya təəssüratı yaradır.

Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericilik və üçtərəfli bəyanat əsasında tənzimlənir. Onlar fəaliyyətlərini bu prinsiplərə uyğun qurmalıdırlar. Hazırlanan yeni xəritə qeyri-realdır. Təbii ki, xəritənin düzəlişə ehtiyacı var”, – o bildirib.

“İndi əgər sabah nəzəri cəhətdən təsəvvür etsək ki, erməni terrorçu Kürdəmirdə peyda olsa, biz onu uğurla məhv etsək, onda Rusiya sülhməramlıları qaçıb gələcək və orada öz postunu qoyacaq, daha sonra isə öz məsuliyyət zonası xəritəsini Kürdəmirə qədər uzadacaq?”, – tanınmış azərbaycanlı jurnalist və bloger Həmid Həmidov təəccüblə soruşur.

Mənbə

Daha çox yazı yoxdur
Səhifənin sonuna çatdinız.

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching