Oxuduğunuz məqalə

Qırğızıstanda erkən prezident seçkisi yanvarın 10-da keçiriləcək

 

Bu yazını paylaşın:

Amerikanın Səsi

Qırğızıstanın Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti erkən prezident seçkisinin yanvarın 10-na təyin olunduğunu barədə xəbər yayıb.

Oktyabrın 24-də verilən açıqlamada komissiya qərarın Bişkekdə seçki komissiyasının sessiyası zamanı qəbul edildiyi bildirilir.

Açıqlama Orta Asiya ölkəsinin devrilməsi və Prezident Sooronbay Jeenbekovun istefas ilə nəticələnən siyasi qarışıqlıqdan bir neçə sonraya təsadüf edir.

Bu qarışıqlığa isə oktaybrın 4-də keçirilən parlament seçkilərində qanun pozuntularının olduğuna və səslərin pulla alındığına dair ittihamlar səbəb olub.

Əsasən Jeenbekovun höküməti ilə müttəfiq olan partiyaların qələbəsi ilə nəticələnən seçkiyə qarşı kütləvi etiraz aksiyaları Mərkəzi Seçki Komissiyasının parlament seçkisinin nəticələrini ləğ etməyə vadar etdi.

Siyasi rəqibini qaçırmaq ittihamı ilə həbs olunan sabiq millətçi qanunverici Sadir Japarov nümayişlər zamanı azadlığa buraxılıb və oktaybrın 14-də parlament tərəfindən baş nazir təyin olunub.

Bundan əlavə Japarov Jeenbekovun istefasından sonra prezident səlahiyyətlərini də ələ keçirib. O, yanvar ayında keçiriləcək seçkiyə qədər prezident vəzifəsini icra edəcək.

Japarov konstitusiyaya dəyişiklilər təsdiq olunsa prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib.

Qırğızıstan konstitusiyası prezident vəzifəsini icra edən və ya müvəqqəti prezident olan insanın prezident seçkisində iştirak etməsini qadağan edir.

Hüquq üzrə bəzi ekspertlər deyir ki, konstitusiyanı dəyişmək üçün ümummilli referendum keçirilməlidir.

Amma parlament Japarov vəzifəyə gələndən bəri prezident və parlament seçkiləri ilə bağlı qanunlara mümkün dəyişikliklər üzərində işləyir.

Japarov oktyabrın 19-da yayımlanan müsahibəsində Rossiya-24 televiziya kanalına: “Əgər bu dəyişikliklər mənə seçkidə iştirak etməyə imkan versə, mən bunu edəcəm. Bununla bağlı danışmaq üçü hələ tezdir. Bu məsələ ilə bağlı hələ ki, qərar verilməyib” deyib.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching