Oxuduğunuz məqalə

Qarabağda "suriyalı döyüşçülər"– Azərbaycan bu iddiaları rədd edir

 

Bu yazını paylaşın:

BBC

Özünü Abdullah kimi təqdim etmiş və Suriyadan olduğunu deyən şəxs hazırda Azərbaycanda olduğunu və buraya vuruşmaq üçün gəldiyini iddia edib, BBC News Ərəbcə Xidmətinin məqaləsində deyilir.

Azərbaycanda suriyalı silahlıların vuruşmasın dair iddiaları Azərbaycan hökuməti rədd edir. Türkiyə Azərbaycana suriyalı silahlı göndərmədiyini deyir.

Rusiya Xarici İşlər Nazirliyi Suriya və Liviyadan ola muzdluların dərhal Qarabağdan çıxarılmasına çağırıb.

Azərbaycan prezidenti İlham Əliyev Rusiya telekanalına müsahibəsində Qarabağa Suriyadan muzdluların gətirilməsi iddialarını "feyk-nyus" adlandırıb.

Bu arada Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Yaxın Şərqdən Qarabağa muzdlular gətirdiyini iddia edib.

Sosial mediada livanlı erməni olduğu bildirilən və Qarabağda vuruşduğunu deyən şəxsin videoları yayılıb.

Dağlıq Qarabağda erməni əsgərləri cəbhəyə gedirlər
Şəklin alt yazısı,

Dağlıq Qarabağda erməni əsgərləri cəbhəyə gedirlər

"Suriyalı Abdullah"

Suriyalı Abdullah kimi təqdim olunan şəxs BBC Ərəbcə müxbiri Mohammad İbrahimə deyib: "Bizdən sərhədlərdəki hərbi obyektləri 2000 dollara qorumaq üçün Azərbaycana getməyimizi xahiş etdilər".

Ermənistan 4000-ə qədər suriyalının döyüşmək üçün Azərbaycana göndərildiyini iddia edir, Türkiyə bu iddianı qətiyyətlə rədd edir. Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin Ermənistanla münaqişəsinin tərəfi olmadığını və yalnız mənəvi dəstək verdiyini söyləyib.

Azərbaycan Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin nümayəndəsi Cavid Vəliyev ittihamları rədd edərək, Azərbaycanın bu döyüşçülərə ehtiyacı olmadığını deyib.

O, səfərbərlik elan edildiyini və azərbaycanlıların bölgəyə göndərildiyini deyib.

"Suriyalı döyüşçü buranın coğrafi vəziyyətini və şərtlərini bilmir," - Cavid Vəliyev deyib.

"İşğala qarşı öz vətəndaşlarımızla birlikdə vuruşuruq. On minlərlə azərbaycanlı gənc silaha sarılaraq bölgəyə göndərildi. Suriyalı əsgərlərin gətirilməsi azərbaycanlı şəhidlərimizə hörmətsizlikdir. 10 milyon əhalimiz və 130 mindən çox fəal əməkdaşı olan hüquq-mühafizə orqanlarımız var. Bunu qısa müddətdə 300 minə çatdıra bilərik. Təhlükəsizliyi təmin etmək üçün kifayət qədər polisimiz var".

Onun sözlərinə görə, Azərbaycan dünyəvi dövlətdir: "2014-cü ildən bəri Azərbaycandan Suriyaya müxtəlif qruplarda döyüşmək üçün gedən insanlar oldu və Azərbaycan onların hər birinə qarşı cinayət araşdırmasına başladı. Hamısı" terrorçu" kimi həbs edildi," - Cavid Vəliyev davam edir.

"Azərbaycan öz ölkəsini Suriyaya döyüşməyə gedənlərdən qorumağa çalışarkən, onları geri buraxmamağa və cəmiyyətdən təcrid etməyə çalışdığı bir halda, xarici döyüşçülərin gəlməsini nə üçün istəməlidir ki? Sonra bir də onları buradan təmizləmək var", o BBC Türkcəyə bildirib.

Dağlıq Qarabağda döyüşlər gedərkən yerli sakinlər yerdə qazılmış sığınacaqlarda qorunurlar
Şəklin alt yazısı,

Dağlıq Qarabağda döyüşlər gedərkən yerli sakinlər yerdə qazılmış sığınacaqlarda qorunurlar

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching