Oxuduğunuz məqalə

Qarabağ üzrə razılaşma və Ermənistanda hökumət evinin talan edilməsi

 

Bu yazını paylaşın:

JAMNews

Noyabrın 10-a keçən gecə Azərbaycan, Ermənistan və Rusiya arasında Qarabağda hərbi əməliyyatların dayandırılması, ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılması və azərbaycanlı məcburi köçkünlərin Qarabağa qaytarılması ilə bağlı razılaşma imzalanıb.

Belə bir razılaşmanın imzalanması Yerevanda etirazlara səbəb olub. Razılaşmada qeyd olunan nizamlama şərtlərindən qəzəblənən yüzlərlə insan əvvəlcə hökumət evinə, daha sonra isə parlament binasına soxulub.

Yerevanda iğtişaşlar bütün gecə davam edib, insanlar müxalifətin “Qarabağın faktiki Azərbaycana təhvil verilməsi” adlandırdığı razılaşmaya etiraz edir.

Yerevanda etirazlar, video

Noyabrın 10-a keçən gecə təxminən saat ikidə Ermənistanın baş naziri Facebook səhifəsində hərbi əməliyyatların dayandırılması haqda razılaşma imzaladığı haqda yazıb.

O, izah edib ki, özü və bütün Ermənistan xalqı üçün bu çətin qərarı hərbi vəziyyətin analizi və bu vəziyyətə yaxşı hakim olan insanların dəyərləndirməsi nəticəsində qəbul edib.

Amma yenə də Ermənistanda çoxları hökumət başçısının belə bir addım atdığına inan bilməyib – Nikol Paşinyan canlı yayımda çıxış edənə qədər.

O, öz çıxışını “Niyə və kim günahkardır” adlandırıb, amma bildirib ki, hələlik razılaşmanı niyə imzaladığı və son bir ay ərzində nə baş verdiyi ilə bağlı bütün detallar haqda məlumat verə bimir. Paşinyan bütün informasiyanı bir qədər zaman keçəndən – münaqişə zonasında vəziyyət bir qədər stabilləşəndən sonra açıqlayacağına söz verib.

Səhərə yaxın baş nazir yenidən canlı yayımda çıxış edib. Bu dəfə qəzəbli kütlənin parlament spikeri Ararat Mirzoyana hücum etməsi və onu döyməsi ilə bağlı.

Paşinyan bütün iğtişaşçıların cəzalanacağını vəd edib.

Tərəflər nə haqda razılığa gəlib – razılaşmanın tam mətni

Noyabrın 10-a keçə gecə Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Qarabağ münaqişəsi zonasında atəşkəs haqda birgə razılaşma imzaladıqları ilə bağlı məlumat yayılıb.

Sənədə əsasən, münaqişə tərəfləri 2020-ci il 10 noyabr Moskva saatı ilə 00:00-dan bütün hərbi əməliyyatları dayandırmaq haqda öhdəlik götürüblər.

“Ağdam rayonu və Ermənistan tərəfinin Azərbaycan Respublikasının Qazax rayonunda saxladığı ərazilər 2020-ci il noyabrın 20-ə qədər Azərbaycana qaytarılmalıdır.

Dağlıq Qarabağda və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 silahlı hərbçidən, 90 zirehli texnikadan, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriləcək.

Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilməsi Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel baş verəcək. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və əgər Tərəflərdən biri müddət sonuna 6 ay qalmış bu vəziyyətin tətbiqinin dayandırılması haqda bəyan etməzsə, avtomatik 5 il uzadıla bilər.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin effektivliyinin yüksəldilməsi məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

Ermənistan Respublikası 2020-ci il noyabrın 15-ə qədər Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-ə qədər isə Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və bununla belə Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizini (5 km eni olan) özündə saxlayaraq Laçın rayonunu Azərbaycan  Respublikasına qaytarır.

Tərəflərin razılaşmasına görə, yaxın üç il ərzində Stepanakert və Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni marşrutun inşası üzrə plan müəyyən ediləcək və gələcəkdə Rusiya sülhməramlı kontingenti bu marşrutun mühafizəsi üçün yerdəyişmə edəcək.

Azərbaycan Respublikası Laşın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkət təhlükəsizliyinə zəmanət verir.

Məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağ və ətraf rayonların ərazisinə qaytarılır.

Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların meyitlərinin dəyişdirilməsi həyata keçirilir.

Regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bloklanması aradan qaldırılacaq. Ermənistan Respublikası Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təmin edilməsi üçün nəqliyyat əlaqəsini təmin edəcək. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nın Sərhəd Xidmətinin orqanları həyata keçirəcək.

Tərəflərin razılaşmasına əsasən, Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching