Oxuduğunuz məqalə

Putin etirazlara səbəb olan seçkiləri dəstəkləyib, Belarus isə xarici jurnalistləri ölkədən çıxarır

 

Bu yazını paylaşın:

Bloomberg, 29 Avgust 2020-ci il

Müəlliflər: Nick Rigillo, Ilya Khrennikov

Tərcüməçi: Kərtənkələ Press

Prezident Aleksandr Lukaşenko 9 Avqust tarixində keçirilən mübahisəli seçkilərə etiraz edənlərə qarşı təzyiqləri artırdı və Belarusdakı xarici jurnalistlərəhazırki etirazlar haqqında hesabat verməyi qadağan etdi.

BBC və digər media qurumlarının şənbə günü yaydığı xəbərə görə,Belarus Xarici İşlər Nazirliyi AFP, BBC, Reuters, Associated Press, Wall Street Journal və New York Times da daxil olmaqla xarici KİV-lərdə çalışan ondan çox jurnalistin akkreditasiyalarınıləğv edib.

ABŞ və Avropa Birliyi Lukaşenkonun seçkilər saxtalaşdırmaqda günahlandırıblar və etirazçılara qarşı polis zorakılığınıtəndiq ediblər. Avropa Birliyi 1994-cü ildən bəri Lukaşenko tərəfindən idarə olunan Belarusiyaya qarşı sanksiyaların genişləndiriləcəyini bildirib.

Lukaşenkonun ən yaxın müttəfiqi Vladimir Putin seçkilərin nəticələrini dəstəkləyəndən bəri jurnalistlərə qarşı təzyiq və zorakılıq artmağa başladı.Putinin fikrincə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Belarus seçkilərini müşahidə etməkdən imtina edərək, nəticələr ilə bağlı mövqelərini seçkidən əvvəl göstərmişdi.

Interfax-a istinadən, Putin"Rossiya-1" telekanalına verdiyi müsahibəsində,“Kimlərsə seçkilərin nəticələrini sorğulaya bilərlər, amma bu nəticələri sorğulayan insanların dürüst olduqlarından şübhə etmək üçün bütün əsaslarım var” deyə qeyd edib.

Lukaşenkonun Minskdəki kütləvi müxalifət mitinqlərində iştirak edən minlərlə etirazçını həbs edərək öz mövqeyini bildirməsindən sonra Putin, Belarusda nəzarəti ələ almaq üçün rus polis məmurlarını bölgəyə cəlb etməyi təklif edib. Tutulan insanlardan bəziləri isə həbsdə işgəncəyə məruz qaldıqlarını deyiblər.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching