Kərtənkələ öz abunəçilərinin şəxsi məlumatlarına ciddi yanaşır. Biz sizin şəxsi məlumatlarınızın qorunması məsələsində tam şəffaf olmaq istəyirik.

Biz sizin e-mail ünvanınızdan başqa hər hansı şəxsi məlumatınızı saxlamırıq. Bu məlumatı yalnız bir məqaləyə şərh verməyə qərar verdiyiniz təqdirdə saxlayacağıq. Sizin e-mail ünvanınız tərəfimizdən qorunur və heç vaxt hər hansı başqa məqsədlər üçün istifadə edilməyəcək.

Əgər Bizə Şəxsi Məlumat Göndərsəniz

Əgər siz bizə email göndərməklə və ya şəxsi məlumatınız əks olunduğu formanı doldurmaqla şəxsi məlumatınızı paylaşırsınızsa, onda biz həmin məlumatdan təkcə sizin mesajınıza cavab yazmaq və bizdən istədiyiniz informasiyanı tapmaq üçün istifadə edirik. Biz başqa heç bir məqsəd üçün şəxsi məlumat toplamırıq. Bundan əlavə, biz sizin verdiyiniz məlumat əsasında fərdi profil yaratmırıq və bu məlumatı başqa özəl təşkilata vermirik. Habelə biz kommersial marketinq məqsədləri üçün informasiya toplamırıq.

İzləmə və Fərdiləşdirmək üçün Toplanan Məlumat (Kukilər)

Kuki (cookie) vebsaytın sizin kompüterinizə siz onlayn bağlantıda olduğunuz zaman spesifik informasiyanı yadda saxlamaq üçün köçürdüyü kiçik fayldır. Sizin kompüter kukidə olan məlumatı yalnız onun qaynaqlandığı vebsaytla paylaşacaq və başqa heç bir vebsayt bu məlumatı istəyə bilməz. İki növ kuki mövcuddur: sessiya və davamlı. Sessiya kukiləri veb brauzer açıq olduğu zaman fəal qalır. Davamlı kukilər isə məlumatı sizin kompüterinizdə daha uzun müddət saxlayır.

Heç bir vaxt davamlı kukilərdə və yaxud başqa yerdə saxlanmış özəl məlumatınız bu məlumatı əldə etmək hüququ olmayan üçüncü tərəflə bölüşülmür. Əgər siz kompüterinizdə sessiya və ya davamlı kukilərin saxlanmasını istəmirsinizsə, onları öz brauzerinizdə deaktiv edə bilərsiniz.

Kuki və digər izləmə mexanizmlərini necə bloklamaq barədə təlimatlar üçün brauzer sənədlərinizlə tanış olun.

Hüquqlarınız

Əgər sizinlə əlaqəli hansı növ şəxsi məlumatları topladığımızı bilmək və ya bu barədə sual vermək istəyirsinizsə, bizə müraciət edin.

Aşağıdakı hüquqlara sahibsiniz:

-Şəxsi məlumatlarınızı əldə etmək, yeniləmək və ya silmək hüququ. Bu əməliyyatları veb saytımızdakı kuki parametrlərindən edə bilərsiniz. Əgər özünüz edə bilmirsinizsə, bizə müraciət edin.

-Korreksiya hüququ. Məlumatlarınızda səhv və ya natamamlıq olduğu halda onları düzəltmək hüququnuz var.

Bu veb saytından istifadə edərək yuxarıda göstərilən Məxfilik Siyasəti ilə razılaşdığınızı təsdiq etmiş olursunuz.

Müəlliflər

No results.

Searching