Oxuduğunuz məqalə

Pashinian yenidən Qarabağa gəlib

 

Bu yazını paylaşın:

Azadlıq

Ermənistanın baş naziri Nikol Pashinian yenidən, avqustun 29-da Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində olub.

Bu barədə AzadlqıRadiosunun erməni xidməti məlumat yayıb. Verilən məlumatlara görə, Pashinian separatçı qurumun nümayəndələri ilə görüşüb. Pashinian Ermənistanın baş naziri olandan sona dəfələrlə Azərbaycanın işğal olunmuş bölgəsində olub. Hətta onun oğlu da Azərbaycanın işğal altındakı bölgəsində hərbi xidmət keçib.

Ermənistan baş naziri Dağlıq Qarabağın da danışıqlarda ayrıca tərəf kimi iştirakını istəyir. Azərbaycan isə Dağlıq Qarabağdakı mövcud idarəçiləri tanımır və onları separatçı sayır.

Azərbaycanın mövqeyinə görə, Dağlıq Qarabağ bölgəsinin yalnız hər iki icması prosesə eyni formada qatıla bilər.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching