Oxuduğunuz məqalə

Neftin ucuzlaşmasının ilk zərbəsi icbari tibbi sığortaya dəydi

 

Bu yazını paylaşın:

Azadlıq.info

ADR sədri, iqtisadçı alim Qubad Ibadoğlu

İcbari tibbi sığortanın ölkə üzrə tam tətbiqi daha 1 il ertələndi.

Azərbaycanda icabri tibbi sığortanın tətbiqi 4 mərhələrə aparılmaqla bu il yekunlaşmalı idi. Hər mərhələ üçün seçilmiş regionlara 1 rüb vaxt ayrılmışdı. 2020-ci il yanvar ayının 1-dən başlayan birinci mərhələə Naxçıvan Muxtar Respublikası və Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax,Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş, Yevlax rayonlarını əhatə edirdi. Naxşçıvanda və yuxarıda adı çəkilən rayonlarda icbari tibbi sığortanın tətbiqi müddəti martın 31-də başa çatmalıydı və aprelin 1-dən icbari tibbi sığortanın başqa rayonlarda tətbiqinə başlanılmalı idi. Lakin, bu müddətdə işlər başa çatdırılmadığına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında 504 nömrəli Qərarına dəyişiklik edilib. Dəyişilliyə əsasən icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi aprel ayında deyil, iyul ayında həyata keçiriləcək.

İyul ayının 1-dən etibarən İkinci mərhələdə icbari tibbi sığortanın tətbiqi Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocavənd, Xocalı, Laçın, Kəlbəcərdə qeydiyyatda olan vətəndaşlar üçün nəzərdə tutulur.

Dünən Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməklə Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti 2022-ci ilədək uzadılıb. Bu isə o deməkdir ki, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı icbari tibbi sığorta qanundakı son dəyişiklikdən sonra, 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Deməli, Bakı da daxil olmaqla digər ərazilərdə bu il icbari tibbi sığorta tətbiq olunmayacaq. İcbari tibbi sığortanın əhəmiyyətinin artdığı hazırkı şəraitdə onun tətbiqinin gələn ilə ertələnməsi təəssüf doğurur. Hesab edirəm ki, icbari tibbi sığortanın tətbiqinin başlıca səbəbi maliyyə təminatı ilə bağlıdır. Görünür ki, neftin ucuzlaşmasının ilk zərbəsi icbari tibbi sığortaya dəydi. Heç bir sosial proqramın ixtisarına yol verməyəcəyini bəyan edən hakimiyyət indidən icbari tibbi sığortaya ayrılan vəsaitin yarısını azaltdı. Bu məbləğ təxminən 500 milyon manata bərabərdir.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching