Oxuduğunuz məqalə

Müharibədən qayıda bilməyən insanlar. Posttravmatik sindromu yenmək mümkündürmü? by Kərtənkələ

11 min read

Bu yazını paylaşın:

JAMNEWS

Qafqazda ən son müharibə 2016-cı il 2-6 aprel tarixində Qarabağ münaqişəsi zonasında baş verən genişmiqyaslı hərbi əməliyyatlar hesab olunur. Bu əməliyyatlar tarixə “aprel müharibəsi” və ya “dördgünlük müharibə” kimi daxil olub.

Bu, 1994-cü ildə atəşkəs sazişi bağlanandan sonra baş vermiş ən böyük və ən qanlı gərginləşmədir. Rəsmi məlumata görə, həmin dörd gün ərzində hər iki tərəfdən 200 nəfərdən çox insan həlak olub.

Qarabağ müharibəsi Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonları ərazisində 1991-1994-cü illərdə ermənilərlə azərbaycanlılar arasında baş tutan silahlı münaqişədir. Müharibə atəşkəsin ülan olunması ilə bitdi, amma atışmalar hələ də ara-sıra davam edir.

Ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ Respublikası dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan de-fakto müstəqil respublika kimi mövcuddur.

Azərbaycan Qarabağı və müharibə vaxtı zəbt edilən ətraf əraziləri işğal olunmuş hesab edir və onların qaytarılmasını tələb edir.

Münaqişənin nizamlanması ilə bağlı beynəlxalq vasitəçiliklə keçirilən danışıqlar indiyə qədər heç bir nəticə verməyib.


Ağır psixoloji fəsadlar – posttravmatik stress pozuntusu (PTSP) Qarabağ müharibəsinin hər iki tərəfdən olan veteranları üçün aktual problem olaraq qalır.

JAMnews-un müxbirləri bu problem haqda Azərbaycan və Ermənistandan olan veteranlarla və psixoloqlarla danışıblar.

«Axı sən kişisən! Necə ağlaya bilərsən?»

Azərbaycandan olan veteranların hekayələri

Bəşir Kitaçayev, Bakı

Qasımın [ad dəyişdirilib – red.] 64 yaşı var, neft şirkətində mühəndis-texnoloq işləyir, hərdən qrupda gitarada ifa edir, rok-n-rollu sevir, tək yaşayır.

Qarabağ müharibəsi başlayanda Qasım binaların mozaika ilə bəzədilməsi sexində işləyirdi. İxtisası üzrə Bakının nüfuzlu ali məktəbinin diplomu və Türkmənistandakı neft platformalarında iş təcrübəsi varıydı.

1993-cü ildə Qasımı orduya çağırırlar. Orada zabitlərə böyük ehtiyac varıydı, ali məktəblərdə isə proqrama hərbi hazırlıq kursu da daxil idi, buna görə də tələbə diplomla birlikdə leytenant rütbəsi də alırdı.

Zabitlik kursunu Qasım əslində nəzərdə tutulan bir neçə ay əvəzinə ay yarım içində bitirir və tankəleyhinə dəstənin komandiri vəzifəsində cəbhəyə yollanır.

Qasım hazırlıqlı olmayan gənc əsgərlərin necə əziyyət çəkdiyini xatırlayır:

“Yadımdadır, bir dəfə mina atəşinə düşdük. Hərəmiz bir yerdə gizləndik. Mən quyuya tullandım. Ətrafda minalar düşür və partlayırdı. Dəhşətdən üzümü torpağın içində gizlədim və başımı əllərimlə örtdüm. Bircə fikir varıydı: “kaş ki, bu tez qurtarsın”.

Atəş dayandan sonra birtəhər ayağa durdum, əzələlərim gərginlikdən gərilmişdi. Özüm eşitməmişdim, amma deyəsən, qışqırmışam, çünki boğazım bərk ağrıyırdı”.

Qasım ağır döyüşlərdə iştirak etməli oldu, döyüş yoldaşları gözlərinin qabağında həlak olurdu. Hərbi əməliyyatlar 1994-cü ildə bitdi, o isə ancaq 1996-cı ildə evə qayıtdı.

Bakıda Azərbaycanın Milli Ordu günü. 2018-ci il. Foto  JAMnewsEvə qayıdandan bir ay sonra Qasım gecə güclü həyəcan hissi ilə oyandı və qışqırdı, evdəkiləri də qorxutdu.

«Bir az sakitləşib, yuxuya getdim, amma bu, çox çəkmədi. Həyəcan qayıtdı, yenə də dəhşətdən qışqırırdım. Evdən çıxdım, amma heç yerə getmək istəmirdim. Bütün növbəti gün çırpınırdım, nə edəcəyimi bilmirdim, gecələr də yenidən şəhərdə gəzir, özümü qəsdən yorurdum ki, yuxuya gedim».

Qasım xəstəxanaya getdi, burada onu müxtəlif həkimlər – psixoterapevtlər və nevropatoloqlar müşahidə edirdi. Heç kim anlamırdı ki, nə olub ona, əvvəlcə onu uzun müddət nevrozdan müalicə edirdilər.

Qasım psixoloqa müraciət etdi, ona demişdilər ki, bu psixoloq ABŞ-da təhsil alıb. O da seks və dəniz havası məsləhət gördü. Sonra da qarşısına çıxan gənc həkim ona doğru diaqnoz qoyub, dərman yazdı.

«Burnuma uniformamın qoxusu gələndə özümü daha rahat hiss edirdim. Həkim onu geyinib, gəzməyi məsləhət gördü. Şəhər kənarına, meşəyə getməyi xoşlayırdım. Buranın iyi mənə Qarabağı xatırladırdı, qayıtmaq istəyirdim. Saatlarca torpaqda uzanıb, yaxından qatarların gəlib keçdiyinə baxa bilərdim».

Müharibənin xiffəti veteranlarda posttravmatik pozuntunun simptomlarından biridir. Digər simptomlar: depressiya, ünsiyyətdə çətinlik, baş ağrıları, yuxusuzluq, suisidal fikirlər və aqressiya.

Azərbaycanda heç vaxt Qarabağ müharibəsi veteranlarının psixoloji reabilitasiyası proqramı olmayıb. Psixoloq Azad İsazadə deyir ki, o vaxtlar ölkədə sadəcə ixtisaslı psixoloqlar olmayıb. Veteranları nevropatoloqlar və psixiatrlar fərdi qaydada müalicə edib. Müalicə olunma halları barmaqla sayılası qədərdir.

İsazadə deyir ki, posttravmatik pozuntunu hələ yeni olan vaxtlardan müalicə etmək daha yaxşıdır ki, hərbçilər sülh həyatına adaptasiya olsunlar və bura qayıtmaqdan ikinci travma almasınlar.

«Veteran səngərlərdən qayıdır və tamamilə fərqli reallığa düşür: şəhər əlvan işıqlarla yanır, adamlar restoranlara gedir. O, insanlar, dövlət, yaxınları tərəfindən anlayışsızlıqla qarılaşır. Cəbhədə daha rahat idi – kimin dost, kimin düşmən olduğu məlum idi, qarşıya dəqiq məqsədlər qoyulurdu».

Psixoloq deyir ki, möhkəm psixikası olan insanlar stressə rahat qalib gələ və məsələn, peşəkar hərbçi ola və ya dinc həyata qayıda bilərlər. Bəzilərində isə PTSP çox uzun müddətdən sonra özünü biruzə verə bilər.

Qasımın sözlərinə görə, hərbi geyimdə gəzintilər az müddətə kömək edirdi.

«Bir dəfə özümə güzgüdə baxdım və qorxdum. Sifətim əsəb yorğunluğundan dəyişmişdi. Əvvəllər qurman olmuşam, indi isə yeməyin dadını hiss etmirdim. Müharibəyə qədər musiqini sevirdim, sonra isə on dəqiqə belə qulaq asa bilmirdim. Hər şey əsəb gətirirdi, heç nə istəmirdim, özümü öldürmək istəyirdim».

Yarım il xəstəxanada qalandan sonra Qasımın bütün pulları bahalı dərmanlara getdi. Spirtli içkilər içirdi, amma bu da kömək etmirdi. Evdəkilər dəstəkləmirdi, sevgilisi isə ondan qorxduğunu deyib, tərk etdi.

«Məni yaxınlarımın biganə münasibəti qıcıqlandırırdı. Atam deyirdi: “Axı sən kişisən! Zabitsən! Necə qışqıra, ağlaya bilərsən?!”. Mən isə istəyirdim ki, mənə sığal çəksinlər, sakitləşdirsinlər.

Bir dəfə Rusiyadan qardaşım oğlu zəng etdi. Onun yanına, Permə köçməyi təklif etdi. Atam artıq əlimdən bezmişdi deyə, etiraz etmədi”.

Permdə Qasım qardaşı oğlunun məsləhəti ilə meşənin ortasında kişi monastırı nədzində yataqxanada məskunlaşdı. Burada hər kəsə təsərrüfatda kömək etdiyinə görə pulsuz yemək və qalmağa yer verilirdi.

Təmiz hava, təbii yemək, ot dəmləməsi, giləmeyvələrdən araq, monastırdakı sakitlik və rahatlıq Qasıma içindəki müharibəni bitirməyə kömək etdi. Veteran iki il sonra Bakıya qayıtdı.

«Azərbaycandakı veteranların əsas problemi», – Qasım deyir. – “ondadır ki, bizdə psixoterapevtə müraciət etmək adət deyil, qohumlarla belə bu haqda danışmaq ayıb sayılır. Biz kömək üçün heç kimə müraciət edə bilmirdik. Yaxşı ki, indi internet var, saytlarda kömək tapmaq olar, forumlarda da mənim kimi zərər çəkən adamlar çoxdur. Amma bu xəstəlik barədə danışmaq lazımdır”.

Elşad Rəhmanov. Foto JAMnews.

Elşad Rəhmanov da müharibənin fəsadlarından əziyyət çəkir, amma Qasımdan fəqli olaraq, o hələ də həyəcan və aqressiyadan azad oluna bilməyib.

Elşad tikintidə işləyir, anası ilə birotaqlı mənzildə yaşayır və demək olar ki, heç kimlə münasibəti yoxdur. O, iki qardaşı ilə birlikdə müharibədə iştirak edib. Böyük qardaşları həlak olub, Elşad və ikinci qardaşı yaralanıblar. Qəlpələr indiyə qədər də veteranların bədənindən “özləri çıxır”.

Elşad müharibədə iştirak etdiyinə peşman olmasa da deyir ki, müharibə onu həmişəlik dəyişib – özü də yaxşı tərəfə yox.

«Kiməsə orada yaşadıqlarımı danışanda mənə dəliyə, vəhşiyə baxan kimi baxırlar», – Elşad deyir.

Zaman müalicə etməyəndə. Ermənistanda pozuntuya necə qalib gəlirlər

Sona Martirosyan, Arman Qaradjyan (foto, video), Yerevan

Qarabağ müharibəsindən 25 il ötəndən sonra veteran Daniel Qriqoryanı hələ də güclü səs və gur işıq qıcıqlandırır. Çox vaxt kinolara baxanda onu fikirləri döyüş meydanına  – 1990-cı ilin əvvəllərinə aparır.

Müharibə başlayanda onun 17 yaşı varıydı.

«Biz müharibənin nə olduğunu bilmirdik. Bilə bilməzdik, yeniyetmə idik. Adi bir şey kimi qəbul edirdik», – Daniel deyir.

Onun bir dəstədə döyüşdüyü oğlanların çoxu həlak olub. Sağ qalanlara dostlarının itkisini qəbul etmək çətin idi.

Карабахская война, поле боя, психолог, посттравматический стресс, ранение, Арцах
Daniel dostları ilə, 90-ların əvvəlləri 

Dəstə müharibədən 1994-cü ildə atəşkəsdən sonra qayıdıb. Onda da yebidən dinc şəraitdə yaşamağı öyrənməli olublar.

“Çətin idi. Alışa bilmirdik. Hər dəfə geri qayıtmaq istəyirdim. Bizim uşaqlar [həlak olanlar] Şaumyanda qaldı [Azərbaycan ərazisi]. Onların cəsədlərini götürmək üçün qayıtmaq istəyirdik. Bu fikir məni hələ də narahat edir”, – Daniel danışır.

Карабахская война, поле боя, психолог, посттравматический стресс, ранение, Арцах
Daniel Qriqoryan 

Bu vəziyyəti psixoloqlar posttravmatik sindrom adlandırır.

Son 25 ili sərhədyanı zonalarda yaşayan, nəticədə bu və ya digr şəkildə müharibə iştirakçısı olan insanlar daimi stress, psixoloji və əsəb gərginliyi vəziyyətində olurlar.

Postsovet dövründə Ermənistanda psixoloji problemlərlə mütəxəssisə müraciət etmək adəti yoxdur. Elə indi də psixoterapevtlərə az adam müraciət edir.

«Birinci» Ermənistan-Azərbaycan müharibəsi iştirakçıları – yəni 90-ların əvvəllərində hərbi əməliyyatlarda iştirak edənlər ixtisaslaşmış psixoloji dəstək almayıblar. O illərdə psixoloji reabilitasiya mərkəzi açılsa da demək olar ki, fəaliyyət göstərməyib – hazırlıqlı kadrlar olmadığına və insanların skeptik münasibətinə görə.

Stereotiplər müharibə iştirakçılarına öz psixoloji problemlərinə real qiymət vermək, xüsusən də mütəxəssislərin köməyinə müraciət etmək imkanı vermirdi. Onların çoxusu guya stress mərkəzində müalicə alıb, amma bu, formal xarakter daşıyıb. Adamlar klinikaya sadəcə əlillik dərəcəsi almaq üçün gəlirdilər.

Карабахская война, поле боя, психолог, посттравматический стресс, ранение, Арцах

Tibb elmləri namizədi, Yerevan Dövlət Tibb Universitetinin psixiatriya kafedrasının dosenti Karine Tatryan deyir: posttravmatik stress çox neqativ emosiyalara səbəb olan

vəziyyətlərdən sonra yaranır. Bu pozuntular insanda müdafiəsizlik, acizlik hissi yaradır və normal həyata adaptasiya olunmağa mane olur.

“Əvvəllər bu sindrom “vyetnam”, “əfqan” və ya “çeçen” sindromu adlanıb. Çünki o, müharibə zamanı stress yaşayan insanlarda müşahidə olunub. Sonrakı tədqiqatlar göstərdi ki, bu sindrom təkcə hərbi əməliyyat iştirakçılarında deyil, həm də həyat təhlükəsi – terror hücumları, işgəncələr, zorakılıqla üzləşən insanlarda rast gəlinir», – psixoloq izah edir.

Bu cür travmalar yaşayan insanlarda hətta uzun illər sonra səs-küy, avtomobil siqnalı, fişəng və ya ağlamaq səsi qorxu, panik hücumlar və pis fikirlər yaradır.

Psixoloq deyir: posttravmatik stresi olan insanlar daimi gözlənti içində yaşayırlar ki, bir vaxtlar onları sarsıdan hadisə istənilən an təkrar oluna bilər.

«Ən doğru olanı mütəxəssisə müraciət etməkdir, çünki postravmatik pozuntular vaxt keçdikcə daha da dərinləşən problemlər sırasına daxildir», – Karinə Tatryand deyir.

Ermənistanda bu gün posttravmatik sindromun müalicəsini ancaq bir ixtisaslaşmış klinika – “Psixososial reabilitasiya mərkəzi” təklif edir. Psixoloji dəstəyi həm də 2016-cı il Aprel Müharibəsi iştirakçılarının müalicə aldığı reabilitasiya mərkəzində almaq olar. Onda dörd gün ərzində 1994-cü ildə atəşkəs elan olunandan sonra ilk dəfə  genişmiqyaslı hərbi əməliyyatlar gedirdi.

Ayk Torosyan bu aprel hadisələrinin iştirakçısı oldu. Ermənistan tərəfindən ilk yaralanan da o oldu. Yaralandığına görə də hərbi xidmətdən azad edildi, çağırılandan 80 gün sonra Ayk mülki həyata qayıtdı.

«Bu vəziyyət ailəmizdə elə də müzakirə olunmayıb. Amma bunu unutmaq da mümkün deyil. Bu, həmişəlik bizimlə qalacaq», – oğlan danışır.

Карабахская война, поле боя, психолог, посттравматический стресс, ранение, Арцах
Ayk Torosyan anası ilə

Dinc həyata qayıdandan dərhal sonra Ayk psixoloji dəstək alır. Dəstəyin ona çox kömək etdiyini hesab edir, amma həyəcan hissi indiyə qədər də yaranır.

«İndi səs-küy məni daha az narahat edir. Amma əsasən səs-küy mənə yenə də təsir edir. Xüsusən də indi. İndi ona dözə bilmirəm», – Ayk deyir.

O, müalicəsini davam etdirir, indi çətinliklə yeriyir. Amma əmindir ki, hər şeyi dəf edəcək. Müharibədən sonra Ayk özünə söz verdi ki, Yerevan Dövlət Universitetinə qəbul olunub, indi sosial işçi olmağa hazırlaşır. Deyir ki, ixtisas seçimi təsadüfi deyil – ona bir vaxtlar kömək edildiyi kimi o da insanlara kömək etmək istəyir.

Карабахская война, поле боя, психолог, посттравматический стресс, ранение, Арцах

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching