Oxuduğunuz məqalə

Avrasiya milyonları Londonda: Arxa fondaki vasitəçilərlə tanış olun / Əliyevlər və Nazarbayevlər miskin qalanda

 

Bu yazını paylaşın:

Britaniyalı hüquq qurumları postsovet elitasını araşdırdıqca postsovet elitasının bankirləri, vəkilləri və nüfuz menecerləri diqqət mərkəzinə daxil olmağa davam edir.

Müəllif: David Trilling, Eurasia.net, 17 Mart, 2020

Tərcüməçi: Kərtənkələ Press

Eurasianet ötən həftə Qazaxıstanın keçmiş prezidentinin ailəsinə məxsus 103 milyon dollarlıq lüks London evləri ilə əlaqədar həyata keçirilmiş Britaniya araşdırması haqqında bir blog məqaləsi dərc etmiş və bu xəbər, qısa müddət ərzində böyük oxucu kütləsinə çatmışdı.

Məqalənin dərc olunmasından bir neçə dəqiqə sonra Nursultan Nazarbayevin qızı və Qazaxıstan senatının rəhbəri Dariga Nazarbayeva və oğlu Nurəli Əliyevin adından iki fərqli rabitə şirkəti ayrı-ayrılıqda məsələ ilə bağlı bəyanlarının olduğunu bizə bildirdilər. Bir neçə saat sonra Nazarbayeva və Əliyevin vəkili bizə altı səhifəlik bir məktub göndərərək sözü gedən blog məqaləsi üçün əsas təşkil edən BBC məqaləsinə Eurasianet tərəfindən verilmiş şərhin dəyişdirilməsini tələb etdi.

Eurasiaet BBC-yə istinadən yazmışdı ki, Londonda yerləşən üç ev, ailənin bu cür qiymətli mülklərə necə sahib ola bildiyini aydınlaşdırmaq istəyən İngiltərənin Milli Cinayət Agentliyi tərəfindən verilmiş Açıqlanmayan Sərvət Sifarişinə (UWO) tabedir. Agentlik, sözügedən evlərin Nazarbayevanın mərhum əri və Nurəli Əliyevin atası Rahat Əliyevin törətdiyi korrupsiya əməlləri nəticəsində əldə edilmiş pullarla alındığından şübhələnir. Nazarbayeva və Əliyev isə bu ittihamı rədd edirlər.

Postsovet mega-zənginlərinin Londonda böyük məbləğdə pullar xərcləməsi yeni bir şey deyil. İngilis müstəntiqləri çirkli pulları üzə çıxartmaq üçün UWO kimi yeni qanuni vasitələrdən istifadə etdikləri üçün bu cür böyük pullar xərcləyən şəxslərə işləyən vəkil və məsləhətçiləri birləşdirən şəbəkələr də yavaş yavaş üzə çıxmağa başlayır.

Bu ay “Bloomberg” tərəfindən yayımlanan bir araşdırma , bir UWO sifarişi ilə hədəfə alınan ilk şəxs olan Azərbaycanlı bankir Cahangir Hacıyevə milyonları idarə etməkdə köməklik göstərən "arxa fondaki vasitəçiləri" qələmə alır. Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin əmlakları 2018-ci ildə Milli Cinayət Agentliyi tərəfindən hədəfə alınmışdı.

“Bloomberg” tərəfindən dərc olunan məqalədə qeyd olunur ki, “Birləşmiş Krallıq məhkəmə sənədlərinə görə Hacıyev, Kiprdən Kanal Adalarına qədər uzanan güvən zəncirindən və iyirmi shell şirkətindən istifadə edərək on milyonlarla dolları ölkədən çıxartmışdı. Bu sxem, müstəntiqlərin dediyinə görə 2008-ci ildə cəmi 70650 dollar maaş almış bir adam üçün aşağıdakı əmlakların da daxil olduğu lüks bir həyatın maliyyələşdirilməsini təmin etmişdi: İngiltərədə şəhərə uzaq mövqelərdə yerləşən dörd ev, 42.5 milyon dollarlıq Gulfstream jet-təyyarəsi, Londonun xaricində yerləşən 13 milyon dollarlıq bir qolf klubu və Sardiniyada yerləşən bir villa.”

Azərbaycan məhkəmə hakimiyyətinin 2016-cı ildə verdiyi qərara əsasən 15 il müddətinə azadlıqdan məhrum edilən Hacıyev hal hazırda həbsxanadadır.

Cahangir Hacıyevin xanımı və bir həftə ərzində “Harrods”da xüsusi dizayn olunmuş paltarlara və digər lüks əşyalara 900.000 dollar xərclədiyi üçün İngilis tabloidlərinin sevimlisinə çevrilən Zamirə Hacıyeva, 2018-ci ildə UWO-ya etiraz edib. Ötən ay apellyasiya məhkəməsi onun iddiasını rədd etdi. Əgər daha yüksək rütbəli bir məhkəmə onun işinə baxmağa razı olmazsa, Hacıyeva əmlaklarının qanuni pullarla alındığını sübut etməyə məcbur olacaq və ya onların müsadirə olunması riski ilə üz-üzə qalacaq.

“Bloomberg” həmçinin, Britaniya rəhbər orqanlarının “Hacıyev məsələsinin hər il xüsusilə də iqtisadi cəhətdən zəif olan ölkələrdən Britaniyaya daxil olan 100 milyard funt sterlinq (128 milyard dollar) çirkli pulun qarşısını alınması üçün bir nümunə təşkil edəcəyinə ümid etdiyini” qeyd edir.

“Buna nail olmaq üçün atılması lazım olan addımlardan biri də müştərilər haqqında müştərini-tanı yoxlaması aparmaq və şübhəli fəaliyyətlər tapılarsa İngiltərə qanunlarına əsasən bunları səlahiyyətli orqanlara bildirməli olan arxa fondaki peşəkarlarla əlaqədar ciddi ölçülər götürməkdir. Korrupsionerliyi ilə ad çıxartmış bir ölkədə dövlətə məxsus bir bankın xərclədiyi pul qazandığı puldan dəfələrlə artıq olan sədri haqqında, onun maliyyə işlərini idarə etmək üçün işə alınmış şəxslərdə çoxdan sual işarələri yaranmış olmalı idi.”

Hacıyevlərin fəaliyyətlərinə kömək edənlərin çoxu, cütlüyün pullarını idarə etməkdə iştirak edən hüquqşünaslar və məsləhətçilər idi. (Lakin vasitəçilik qavramə başqa formalarda da özünü büruzə verə bilər: Hacıyev, “Bloomberg”in dediyinə görə, ianə etdiyi Harvard Kennedi Məktəbində yerləşən düşüncə mərkəzində “Beynəlxalq Şura üzvü” kimi təsvir olunur.)

Nazarbayevanın situasiyası isə hələ də üstü örtülü olaraq qalır. Buna baxmayaraq, “Transparency International UK”nin sədri Ben Koudokun sözlərinə görə, onun vəkilləri mütləq surətdə vəziyyəti aydınlaşdırılmaq məcburiyyətindədir.

Ben Koudok Eurasianet-ə müsahibəsində qeyd edir: “Müştəri pullarının idarə edilməsini özündə ehtiva etməyən nüfuzlu xidmətlər, İngiltərənin 2017-ci ildə qəbul olunmuş və pulların yuyulması məsələsinə toxunan qaydaları çərçivəsində tənzimlənən xidmətlər üçün lazımi araşdırma tələblərindən kənara çıxır. Lakin firma, qəbul etdiyi pulların korrupsiyadan əldə edilən gəlirlər olmaması məsələsini dəqiqləşdirməlidir, əks halqa İngiltərənin 2002-ci il, Cinayət Gəlirləri Qanununu pozmuş olacaqlar.”

Dariga Nazarbayeva və Cahangir Hacıyev arasındakı əsas oxşarlıq onların hər ikisinin 2017-ci ildə təqdim edildiyi vaxtdan bəri UWO-nun ilk hədəfləri arasında olmalarıdır. Hacıyevin məsələsinə göz gəzdirəndə hiss olunur ki, Nazarbayeva və onun Londondaki evləri haqqında hələ çox eşidəcəyik. Hətta ola bilsin ki, ona işlərində vasitəçilik edənlər də gələcəkdə gün üzünə çıxsın.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching