Oxuduğunuz məqalə

Əliyev xalqdan qizlədir… Böyük devalvasiya gəlir!

 

Bu yazını paylaşın:

Azadlıq.info

Dəfələrlə yazıb xəbərdarlıq etmişik, nəbadə İlham Əliyevin sözlərinə uyub, planlarınızı onun yalanlarına uyğun qurasınız. Adamın nəfəsi də yalandan gedib-gəlir. Bu gün paytaxt banklarının qarşısında yaranan uzun növbələrə baxıb, doğru dediyimizə bir daha əmin ola bilərsiniz. Həmin növbələrə yaxınlaşıb, adamlardan niyə sıraya durduqlarını soruşsanız da, dollar almaq təlaşında olduqlarını deyəcəklər. Biz də maraq üçün belə şəxslərdən birinə yaxınlaşdıq və məlum oldu ki, o, xaricdə təhsil alan övladı üçün qənaət etdiyi 350 manata dollar almaq üçün növbəyə durub. “Deyirlər yaxın günlərdə dolların kursu 2 manatı keçəcək, heç olmasa, bu dəfə ucuz alım”– söylədi orta yaşlı qadın. Acınacaqlı durumdur. Bu hakimiyyət o qədər yalan danışıb ki, insanlar kiçik bir siqnaldan belə panika yaşayırlar. Amma budəfəki həqiqətən kiçik siqnala bənzəmir. Belə görünür ki, ölkə növbəti devalvasiyanın lap astanasındadır və xalqın təlaşı da boşuna deyil. Məlum birinci devalvasiyadan sonra ölkə insanının durumu onsuz da 10 dəfə ağırlaşıb. Qiymətlər dəfələrlə artıb, iş yerləri bağlanıb, sosial vəziyyət xeyli pisləşib, yoxsulluq səviyyəsi yüksəlib. İkinci bir devalvasiyanın baş verməsi ölkə əhalisinin 90%-i üçün fəlakət demək olacaq. Çünki Əliyev hakimiyyəti zamanında böhran hallarına hazırlıq üçün heç bir tədbir görməyib. İndi də növbəti devalvasiya qasırğasından nə ölkə iqtisadiyyatını, nə yoxsul əhalini sığortalayacaq heç bir təminat yox.

Biz niyə “Əliyevə inanmayın” demişdik? İndi adamın iki il arasında hansı yalanlarla fikir dəyişdiyinə özünüz diqqət edin. “Neftin qiyməti demək olar ki, 100% aşağı düşüb, bir adam Azərbaycanda bunu hiss edibmi? Xeyr, hiss etməyəcək də. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var, manatın məzənnəsi sabitdir. Manat dünya miqyasında ən sabit valyutalardan biridir və hesab edirəm ki, xarici vətəndaşlar və şirkətlər öz vəsaitlərini manat hesablarında saxlasalar, uduzmazlar(2014-cü il). “Neft gəlirlərinin aşağı düşməsi milli valyutamıza da mənfi təsir etmişdir. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neft qiymətinin 3 dəfə aşağı düşməsidir”(2015-ci il). Dünyanın harasında bu qədər qeyri-ciddi və yalançı prezident var görəsən? Ölkə insanına yalan danışmağı və onları aldatmağı bəs deyilmiş kimi, xarici vətəndaşları da gəlirlərini manat hesabında saxlamağa çağırır. Adam bir də özünü elə nüfuz sahibi hesab edir ki, guya xarici vətəndaşlar bunun sözünə uyub qaça-qaça Azərbaycana gələcəklər. Əliyevlər cütlüyü də çox ağıllı şəkildə onları aldadıb bank kapitallarını artıracaq, cibi boş geri yola salacaqlar. Yox, əfəndilər, yox, daha dünya sizin hansı yolun yolçusu olduğunuzu yaxşı bilir. Bu sizin üçün biçarə Azərbaycan insanı deyil ki, 27 ildir yalanlarınıza inandırıb təbəəniz kimi o baş-bu başa sürüyürsünüz.

Acı gerçəkdir, amma hər tərəfdə növbəti devalvasiyanın ayaq səsləri eşidilir. Hakimiyyətin yetərincə müflisləşdirdiyi Azərbaycan insanına “böhrana hazır olun” deməyə də adamın dili var gəlmir. Çünki insanların daha bir devalvasiya fəlakətinə dayanacaq gücü qalmadığını yaxşı bilirik. Günah kimdədir? Şübhəsiz ki, böyük neft milyardlarını talan edib, ölkəni quyunun dibinə salan acgöz ailə hakimiyyətində. Amma Azərbaycan insanı da bu hakimiyyətlə fəlakətin eşiyinə gəlib çıxacağını zamanında hesablamalı idi. Neçə ki, bu ölkənin idarəçiliyi Əliyevlərin əlindədir, Azərbaycan insanının həyatında yaxşılığa dair heç nə baş verməyəcək.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching