Oxuduğunuz məqalə

Kürdəmirin icra başçısı 4 ay müddətinə həbs edilib

 

Bu yazını paylaşın:

Turan

Bu gün Bakının Binəqədi Rayon Məhkəməsi Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, ötən gün saxlanılmış Ceyhun Cəfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu barədə avqustun 20-də günün ikinci yarısında Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.

C.Cəfərov Cinayət Məcəlləsinin 4 maddəsilə ittiham olunur: 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə).

Bu maddələr üzrə onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

C.Cəfərov səhiyyə müəssisələrindən 137 min manat, kommunal xidmətlər kombinatından 58 min manat, təhsil işçilərindən 120 min manat, biyan istehsalı müəssisəsindən 71 min manat  tələb etməkdə və rüşvət almaqda təqsirli bilinir.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching