Oxuduğunuz məqalə

Keçmiş Azərbaycan təhlükəsizlik rəhbərinin övladları Birləşmiş Krallıqda lüks əmlaklar əldə ediblər

 

Bu yazını paylaşın:

Müəlliflər: Jamie Doward, Christian Eriksson, 31 May 2020, The Guardian

Tərcüməçi: Kərtənkələ Press

Hakerlər tərəfindən ələ keçirilmiş bank fayllarının araşdırılması keçmiş Azərbaycan naziri Eldar Mahmudovun ailəsi tərəfindən sahiblənən 100 milyon funtluq biznes imperiyasını ortaya çıxarıb.

Eldar Mahmudovun oğlu Anar və qızı Nərgiz Mahmudova, şəkil 2013-cü ildə çəkilmişdir.

Bir araşdırmaya görə, bir sıra lüks əmlak, o cümlədən Harrods yaxınlığında 17 milyon funt sterlinq dəyərində bir ev, Azərbaycanın keçmiş təhlükəsizlik rəhbərinin övladları tərəfindən alınmışdır.

Eldar Mahmudov 2015-ci ildə prezidentin sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilmişdir. Onun işdən çıxarılması ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

İndi, 2019-cu ilin Noyabr ayında Cayman Milli Bankı (Isle of Man) Ltd (CNBIOM)-dən hakerlər tərəfindən ələ keçirilmiş müştəri fayllarınn və sonradan internetdə yayımlanması, Mahmudovun ailəsinin təxminən 100 milyon avro dəyərində bir biznes və daşınmaz əmlak imperiyası qurduğunu ortaya çıxarır.

Demək olar ki, bütün aktivləri Mahmudovun oğlu 36 yaşlı Anar və qızı 31 yaşlı Nərgiz Mahmudova ilə bağlı şirkətlər vasitəsilə əldə edilmişdir.

Fayllar ortaya çıxarır ki, 2016-cı ilin iyun ayında CNBIOM-da uyğunluq üzrə bir menecer bütün Mahmudovun şirkətlərinə məxsus Britannia Group Ltd. ilə əlaqələnmiş " bir-birinə bağlı təşkilatlar" şəbəkəsində daxili qeyd hazırladığını göstəri.

"Mənim hətta əməliyyatlara nəzər salmadan bu  a/c [hesab] və ümumi münasibətlə bağlı ciddi narahatlıqlarım var" deyə menecer yazıb.

Növbəti ay bank, Men Adasında Maliyyə Kəşfiyyatı Birliyi ilə bölgədəki Cinayət Gəlirləri Aktı 2008-ə istinad edərək bir şərh vermişdir.

Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri olan Eldar Mahmudov 2015-ci ildə prezident sərəncamı ilə vəzifəsindən azad edilmişdir. Şəkil: Pawel Kula/EPA

2014-cü ilin oktyabr ayından 2015-ci ilin iyul ayları arasında Kayman adalarında olan bank Anar Mahmudovun Britannia Group Ltd-nin hesablarına təxminən 14 milyon funt sterlinq dəyərindən depozit qoyduğunu qeyd etmişdir.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi, Finance Uncovered və Transparency International təşkilatının müxbirləri tərəfindən sızdırılan məlumatların ortaq araşdırılması göstərir ki,  CNBIOM tərəfindən müəyyənləşdirilən "bir-birinə bağlı təşkilatlar" istifadə edərək bacı-qardaşların əldə etdiyi mülklər arasında Poole və Bournemouth-da 13.5 milyon funt sterlinq dəyərində 2 ofis bloku aiddir.

İstintaq onu da göstərir ki, Anar Mahmudov Pont küçəsi, Knightsbridge-dəki 17,35 milyon funt sterlinqə aldığı dördmərtəbəli əmlaka da sahiblik edir.

Anar Mahmudovun qayınanası Zamirə Hacıyevanın Harrodsda 16 milyon funt sterlinqdən çox pul xərcləməyi ilə məşhur olmuşdur. Əri, Azərbaycan dövlət bankının rəhbəri Cahangir Hacıyev 2015-ci ildə mənimsəməyə görə tutulmuş və daha sonra həbs edilmişdir.

Hacıyev ittiham edildikdən və Eldar Mahmudov işdən çıxarıldıqdan sonra CNBIOM Mahmudovla əlaqəli hesabları bağlamışdır. Transparency International İngiltərə Siyasət Direktoru  Duncan Hame dedi: "İndi tam şəffaflığın olması və bu investisiyalar üçün sərvət mənbəyinin araşdırılması çox vacibdir."

Anar və Nərgiz Mahmudovların vəkilləri “Finance Uncovered” layihəsinə deyiblər ki, ailənin sərvətinin kökləri XIX əsrdə varlanmış ulu babaları Aslan Aşurova gedib çıxır. Onlar həmçinin bacı-qardaşa məxsus aktivlərin qeydiyyata alınmış və hesabatı verilmiş əmlak olduğunu və Anar Mahmudovun özünün uğurlu bir iş adam olduğunu deyiblər.

Sızdırılmış sənədlərdə Anarın sərvətinin Bakıda neft və tikinti şirkəti quran xalası Elmira Mahmudovadan əldə edildiyini izah edən bir məktub olub.

Araşdırma nəticəsində müəyyənləşdirilmişdir ki, Mahmudovlar Maxorka, Lüksemburq və Litvada da daşınmaz əmlaklara və şirkətlərə də sahibdirlər.

CNBIOM, açıqlamasında demişdir ki, "Hər zaman çirkli pulların yuyulması ilə bağlı məsələlərin məsuliyyətlərini dərk edir... və şübhəli əməliyyatlar və ya cinayət və ya tənzimləmə araşdırmaları mövzusunda səlahiyyətli orqanlarla hər zaman tam şəkildə əməkdaşlıq etmişlər".

Observer Mahmudovların vəkilinə müraciət etsə də cavab ala bilməyib.

James Dowsett və Claire Peters tərəfindən əlavə hesabat.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching