Oxuduğunuz məqalə

Kərtənkələdən mesaj

 

Bu yazını paylaşın:

Əziz oxucular.

Yəqin ki, bəziləriniz Kərtənkələnin formatının dəyişdiyini bilirsiniz. Bundan sonra digər platformalardaki məqalələri toplamayacağıq, bunun əvəzinə qısa tədqiqat yazılarına ("orijinal" kateqoriyası) və Azərbaycan və/vəya dünya haqqında maraqlı məqalələri tərcümə edib (“tərcümələr“ kateqoriyası) platformamızda nəşr eləməyə fokuslanacağıq. Həmçinin, gündəlik olaraq saytımızın "Digər mənbələr" kateqoriyasında bir çox azərbaycan mənbələrində dərc olunan məqalələri də paylaşacağıq. Amma bu məqalələrin sayı, aqreqator sayt kimi fəaliyyət göstərdiyimiz vaxtlara nisbətən daha az olacaq.

Bu, 1 redaktordan və lazım olduqda iş yükü baxımından köməklik göstərən 2 frilans işçidən ibarət əsas heyət ilə tamamilə müstəqil formada fəaliyyət göstərən və özü özünü maliyyələşdirən bir layihədir. Kertenkele bu dəyişikliyi anlayışla qarşılayacağınızı ümid edir. Hər ay sizə yeni orijinal məqalələrimizi təqdim etməyə davam edəcəyik.

Hörmətlə,

Kərtənkələ

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching