Oxuduğunuz məqalə

İşğal edilmiş ərazidə koronavirus by Kərtənkələ

1 min read

Bu yazını paylaşın:

Turan

Dağlıq Qarabağda koronavirusa yoluxma ilə bağlı ilk hallar qeydə alınıb.  Bir nəfər təcili yardım maşını ilə Laçından Xankəndi şəhər xəstəxanasına aparılıb. Mərkəzi xəstəxanaya köçürülmə aprelin 2-də baş tutub. Bu barədə aprelin 7-də Tert.am saytı bildirib.

Xəstə məlumatda “yoluxma ocağı” adlandırılan Ermənistandan Qarabağa qayıdıb.

Test-müayinədən  keçən ikinci şəxs Ermənistandan qayıdan vətəndaşın qonşusu olub. Aprelin 4-də o, başqa problemlə - bronxit simptomları ilə eyni tibb müəssisəsinə köçürülüb.

Xəstə ilə təmasda olan 17 nəfər Laçın sakini özünü təcrid edib. Hələlik onlarda xəstəliyin simptomları yoxdur.  Həmin adamların evlərində dezinfeksiya işləri aparılıb. Xəstə vətəndaş təcrid olunduqdan sonra onun olduğu kənd (ermənicə adı Mişik) nəzarətə götürülüb. Bu kənd vilayət mərkəzindən-Laçından  39 km., Xankəndidən 89 km məsafədə yerləşir.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching