Oxuduğunuz məqalə

İranda koronavirus: dünyanın ən çox yayılma mərkəzlərindən biri və hakimiyyətin yalanı

 

Bu yazını paylaşın:

JAMNEWS

Həkimlərin qəhrəmanlığı və fədakarlığı xilas etmir. İranın qonşuları, o cümlədən də üç Cənubi Qafqaz ölkəsi zərbə altındadır.

Əsas mənbə – BBC

İran koronavirusun dünyada ən çox yayıldığı mərkəzlərdən birinə çevrilib. Martın 27-i səhər saatlarına qədər burada virusdan 2234 nəfər ölüb, 30 minə qədər insan yoluxub.

Amma rəsmi rəqəmlər həqiqəti əks etdirirmi?

This image has an empty alt attribute; its file name is RTS37AF1.jpg
Tehranda Azadi bağında kompozisiya – heykəllərin birinin üzündə müdafiə maskası var. 26 mart, 2020. Reuters/WANA

İranda insanlar hökumətin virusun yayılması ilə həqiqi miqyası gizlətməsindən və Covid-19 virusu ilə bağlı vəziyyətin sürətlə pisləşə biləcəyindən çəkinirlər.



İranın ən çox ziyan çəkən üç vilayətindən – Gilan, Gülüstan və Mazandarandan olan həkimlər BBC-ə danışıblar ki, onlarda heç koronavirus testi yoxdur, tibbi preparatlar ehtiyatı isə (o cümlədən də baza preparatlar) məhduddur.

Oksigen balonları, müdafiə maskaları, əlcəklər, xalatlar çatışmır

Həkimlər müvəqqəti səhra hospitalları təşkil etməli olurlar.

Reanimatoloqlardan biri danışıb ki, onların şəhərində gələn xəstələr üçün futbol stadionunda yataqlar düzülüb.

Həkimlər öz təcrübələrinə əsaslanaraq rəsmi statistikanın əhəmiyyətli dərəcədə kiçildildiyi nəticəsinə gəlirlər.

Gülüstan əyalətinin xəstəxanasında çalışan bir həkimin hesablamasına görə, onlara orta hesabla hər gün 300-ə yaxın yeni xəstə gətirilir.

Onun sözlərinə əsasən, gətirilənlərin 60-70 faizi koronavirusa yoluxmuş olur, amma yer çatışmazlığı səbəbilə yalnız vəziyyəti kritik olanları stasionara yerləşdirirlər.

Rəsmi statistika isə yalnız qeydiyyata salınan və xəstəxanada olanları əhatə edir.

Bu həkim bildirir ki, son iki həftə ərzində hər gün onun pasiyentlərindən təxminən beş nəfəri ölüb. Xəstələr çox vaxt Covid-19 analizi edilmədən ölürlər.

Həkimlər risk qrupuna daxildir

Məhəmməd koronavirus epidemiyasının ilk günlərindən çalışır və pasiyentlərin həyatını xilas edir. O, İranın şimalında Gilan vilayətindəki xəstəxanalardan birinin həkimidir.

Məhəmməd ailəsini 14 gündür ki görmür. O, bir neçə dostunu və həmkarını itirib – o cümlədən də müəllimi, tibb institutunun professorunu, o da bu yaxınlarda koronavirusdan ölüb.

“Bu, yalnız bizim xəstəxanamızda baş vermir. Koronavirus epidemiyası bütün bizim səhiyyə sistemini iflic edib. Əməkdaşların mənəvi əhvalı çox aşağıdır. Bizim ailələrimiz çox narahatdır, biz böyük təzyiq altındayıq”, – Məhəmməd deyir.

Məhəmməd onun əsl adı deyil. İranda hökumətin ünvanına tənqid səsləndirmək həbslə nəticələnə biləcəyi üçün onun adı dəyişdirilib.

This image has an empty alt attribute; its file name is RTS33JO8.jpg
Tehran küçələrindən biri. 25 fevral, 2020. Reuters/ WANA

Hakimiyyət düşmən axtarışı ilə məşğuldur

Fevralın 19-da virus haqda ilk rəsmi açıqlamada hökumət narahat olmamağı məsləhət görürdü, İranın dini rəhbəri ayətullah Əli Xamenei isə İranın “düşmənlərini” təhlükə miqyasını şişirtməkdə günahlandırırdı.

Bir həftə sonra yoluxanların və ölənlərin sayı sürətlə artmağa başlayanda prezident Həsən Ruhani məqsədi iranlıları qorxutmaq və ölkədə həyatı məhv etmək olan “düşmən qəsdi” haqda danışdı.

Prezident iranlıları gündəlik həyatlarına davam etməyə, işə gedib-gəlməyə çağırdı.

Artıq martın ortalarında dövlətin nəzarətində olan kanallar koronavirusun ABŞ-ın istehsal etdiyi “bioloji silah” ola biləcəyi haqda bildirdilər, Xamenei isə Twitter-də “bioloji hücum” haqda yazdı.

İranda xəstələrin kəskin artımı epidemiyanın qızğın çağıında hakimiyyət ölkədə parlament seçkilərini keçirməkdən vaz keçməyəndən sonra başladı.

İran və qonşuları

COVID-19 cəmi 16 gün ərzində İranın bütün 31 əyalətinə yayılıb.

16 qonşu ölkə ilk yoluxmaların İranla bağlı olduğunu bildirib. Bunlar Cənubi Qafqazın hər üç respublikası – Azərbaycan, Ermənistan və Gürcüstan, həmçinin İraq, Əfqanıstan, Bəhreyn, Küveyt, Oman, Livan, BƏƏ, Kanada, Pakistan, Estoniya, Yeni Zelandiya, Belarus və Qətərdir.

Əfqanıstanda vəziyyət xüsusilə narahatlıq doğurur – oradan İrana son onilliklər ərzində yüz minlərlə insan köçüb. İndi potensial virus daşıyıcısı olan bu insanlar evlərinə qayıdırlar.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching