Oxuduğunuz məqalə

Hüquq müdafiəçisinə cinayət işi başladı, polisə aparıldı

 

Bu yazını paylaşın:

Criminal.az

Tanınmış hüquq müdafiəçisi Elçin Məmmədə cinayət işi başlanıb. Bu barədə Criminal.az-a hüquq müdafiəçisinin özü məlumat verib. Bildirib ki, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları gəlib onu idarəyə aparırlar: "Artıq cinayət işi açıblar. Geri qayıtmaya bilərəm. Diqqətdə saxlayın zəhmət olmasa".

E.Məmmədə Sumqayıt sakini Aysel Mustafayevanın şikayəti əsasında cinayət işi açılıb. E.Məmməd deyir ki, həmin şəxs hüquqi yardımla bağlı ona müraciət etmişdi və bu sahədə dəstək istəyirdi. Mülki işlə əlaqədar xeyrinə məhkəmə qərarı olsa da icra məmurları tərəfindən icra olunmamasından şikayət edirdi.


"Həmin şəxslə martın 14-də görüşdüm, problemlərini dinlədim və hüquq müdafiəçisi kimi lazımi köməkliklər göstərəcəyimi bildirdim. Üzünü cəmi bircə dəfə gördüyüm bu şəxs indi iddia edir ki, guya mən onun çantasından 46 qramlıq və 7500 manat dəyərində dəst qızıllarını oğurlamışam. Çox maraqlıdır, tanımadığı insanla görüşə gedən şəxs çantasına bu qədər qızılı qoyub niyə gəlsin ki?! Əgər oğurluq hadisəsi ona elə həmin gün məlum olubsa, niyə "hadisədən” 10 gün sonra, martın 24-də barəmdə şikayət verib? Cavabı gözləyən sualları çoxdur. Sadəcə tanış ssenaridir və bircə cavabı var: Şərləmə! Tofiq Yaqubluya, Anar Məlikova və digər müxalif fəallara qarşı yazılmış ssenarinin davamıdır"-deyə hüquq müdafiəşisi bildirib. E.Məmməd hesab edir ki, bu hüquq müdafiəçisi kimi fəaliyyətinə və bir neçə gün öncə Azərbaycanda insan haqlarının vəziyyətinə dair yaydığım tənqidi hesabata verilən "qiymətdir".

Xatırladaq ki, A.Mustafayeva bir müddət əvvəl səs-küylü videomüraciəti ilə gündəmə gəlmişdi. O, müraciətində ölkə başçısı İlham Əliyevə probleminin həll edilməyəcəyi halda Ermənistana keçəcəyi mesajını vermişdi və məmin müraciət Criminal.az saytımda yayılmışdı. Ölkə rəhbərini düşmən ölkə ilə təhdid edən A.Mustafayeva daha sonra Criminal.az saytının baş redaktoru Anar Məmmədovda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdi.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching