Oxuduğunuz məqalə

Ayasofya məscidə çevrilir

 

Bu yazını paylaşın:

Meydan TV

Muzey Diyanətə həvalə edilib

Türkiyənin ən yüksək inzibati məhkəməsi 1934-cü ildə İstanbulda 6-cı əsrə aid olan Ayasofyanın muzeyə çevirmək qərarını ləğv edib, - Cumhuriyyət xəbər verir.

Məhkəmənin qərarının ardından Prezident Rəcəb Tayyib Ərdoğan Ayasofyanın inzibati idarəsini Tükiyənin Dövlət Dini İdarəsinə, Diyanətə həvalə edib.

Əvvəlcə 537-ci ildə Şərqi Roma İmperatorluğunun bir kilsəsi olaraq qurulan Ayasofya İstanbul 1453-cü ildə Osmanlı sultanı Mehmet tərəfindən fəth edildikdən sonra məscidə çevrilmişdi.

Ayasofya Türkiyə Cümhuriyyəti yarandıqdan sonra 1935-ci ildən bəri muzey kimi fəaliyyət göstərir.

Ərdoğan illərdir ki, Yunanıstanın əleyhinə olaraq Ayasofyanı məscidə çevirməyi və bununla da Türk İslamçıların tələbini yerinə yetirməyı təklif edirdi.

Türklərin 73 faizi Ayasofyanın məscidə çevrilməsinin tərəfdarı olub.

Ölkənin liberal kəsimi Ayasofyanın məscidə çevrilməsini Türkiyənin dünyəviliyinə zərbə adlandırıblar.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching