Kərtənkələ Pressin məqsədimi oxucularımızı Azərbaycanın iqtisadiyyatı, siyasəti və ya ictimai problemləri ilə bağlı orijinal məqalələri ilə tanış etməkdir.

Həm jurnalist həm də elmi mənbələrdən istifadə edərək hər bir məqaləmiz üçün təxminən bir ay müddətində müvafiq araşdırmalar aparırıq. Belə mənbələrə beynəlxalq və Azərbaycan tədqiqat subyektlərinin araşdırmaları və həmçinin Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlarda və/və ya beynəlxalq nüfuza malik universitetlərdə apardıqları tədqiqatlar daxildir.

Niyə Kərtənkələ?

Asan xatırlanan və başqalarından fərqli bir ad tapmaq istəyirdik. SSRİ-də Krokodil, AZ SSR-dəki Kirpi və Rusiyadakı Meduza kimi adlardan ilham aldıq. Üstəlik, kərtənkələlər hər mühitə uyğunlaşan heyvanlardır. Hətta ən çətin vəziyyətlərdə də sağ qalırlar. Məhz buna görə də Kərtənkələ adını seçdik.

Bir sualınız və ya müəyyən bir tələbiniz varsa, bizə editor@kertenkele.press ünvanına bir elektron poçt göndərin.

Gizlilik siyasətimizi öyrənmək üçün buraya klikləyin.

Müəlliflər

Etiketlər

No results.

Searching