Oxuduğunuz məqalə

Gürcüstanın Pankisi dərəsindən Ukraynaya – “İslam Dövlətinin” döyüşçüləri niyə ora gedir?

 

Bu yazını paylaşın:

JAMNews

Suriya və İraqda əraziləri itirəndən sonra sığınacaq axtaran “İslam Dövlətinin” döyüşçülərini Ukrayna cəlb edir. Bura gizlənmək və ya öz ölkəsinə təhlükəsiz şəkildə qayıtmaqdan ötrü imkan yaranana qədər gözləmək üçün yaxşı yerdir. Onların arasında minimum bir nəfər Gürcüstan vətəndaşı var – ötən il Ukraynada saxlanılan İŞİD liderlərindən biri.

Ukraynanın “Zaborona” nəşri Polşanın “Gazeta Wyborcza” qəzeti ilə birgə Ukraynanın niyə bəzi “İslam Dövləti” döyüşçüləri üçün sığınacağa çevrildiyini araşdırıb.

Araşdırmanın tam versiyası “Zaborna” nəşrinin saytında

Gürcüstandan Suriyaya, Suriyadan Ukraynaya

2019-cu ilin noyabrında üç ölkənin – Ukrayna, Gürcüstan və ABŞ-ın xüsusi xidmət orqanları birlikdə Kiyevdə Sezar Toxosaşvilini saxlayıb. Onun həbsi bir çox səbəblərdən gözlənilməz olub. Sezar “İslam Dövlətinin” – dünya ölkələrinin əksəriyyətinin terrorçu kimi tanıdığı təşkilatın əsas fiqurlarından biri, İD “müharibə nazirinin” müavini, milliyyətcə gürcü Əbu Ömər əl-Şişani hesab edilir.

Eyni zamanda Əl-Bara Şişani kimi tanınan Toxosaşvili ölmüş hesab olunurdu. 2017-ci ilin avqustunda Suriyanın o zaman “İslam Dövlətinin” bir hissəsi olan Deyr əz-Zor əyalətində hava hücumu nəticəsində o, guya ailəsi ilə birlikdə ölüb. Amma daha sonra məlum olub ki, bu, onun Suriyadan qaçışı zamanı diqqəti yayındırmaq üçün uydurulub.

Toxosaşvili Gürcüstanın əsasən müsəlman kistinlərin, yəni Gürcüstan çeçenlərinin yaşadığı Pankisi dərəsində anadan olub. Buna görə də sözügedən iki təxəllüslə onu “əl-Şişani” adlandırırlar – ərəb dilindən tərcümədə “çeçen” deməkdir.

Sezar Toxosaşvili oğlanları ilə birlikdə terrorçu İD təşkilatının bayrağının fonunda. Foto: chechensinsyria.com

Toxosaşvili Kiyevdən cənubda 85 kilometr məsafədə yerləşən 200 min nəfərlik Ağ Kilsə şəhərində məskunlaşıb.Gözəl parkı nəzərə almasaq, bura xüsusi heç nə ilə fərqlənməyən tipik postsovet şəhəridir.

Paytaxtın yaxın olması, sakitlik və eyni zamanda yaşamın daha ucuz olması Ağ Kilsədə bütün dünyadan daha çox miqrantın, o cümlədən də müsəlmanların burada yerləşməsinə gətirib çıxarıb. Çox güman ki, şəhər məhz buna görə Toxosaşvilini cəlb edib.

Ola bilər ki, Sezar lisenziyasız taksi işlədib və bazarda ticarət yeri saxlayıb. O, rayonda, o cümlədən də Kiyevdə azad gərəkət edib. İnformasiyası heç də həmişə etibarlı olmayan Ukrayna təhlükəsizlik xidmətində bildirilir ki, Toxosaşvili “İslam Dövlətinin” fəal üzvü olaraq qalıb. Yeni insanların cəlb edilməsi, hücumların hazırlanması və “Əmniyyətin” – İD təhlekəsizlik xidmətinin əməllərinin koordinasiyası onun öhdəliklərinə daxil olub.

Sezar həyat yoldaşı və üç övladı ilə birlikdə bir ildən çox Ukraynada yaşayıb. Onun ölkəyə həqiqi sənədləri ilə gəldiyi istisna deyil. Böyük ehtimalla UTX-a ilk növbədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən, o cümlədən də Gürcüstan DİN-dən Toxosaşvili haqda məlumat daxil olmasaydı, onu narahat edən olmayacaqdı. Ola bilər ki, məhz buna görə, xüsusi xidmət orqanlarının belə böyük uğuru mediada geniş işıqlandırılmayıb, UTX-nin gürcü haqda yaydığı informasiya isə çox kasad olub.

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Gürcüstan DİN-in sorğusu ilə Toxosaşvilini Bprispol Aeroportunda həbs edir. Foto: UTX mətbuat xidməti

“UTX əsaəsn bunun uğursuzluq olduğu üçün Toxosaşvili haqda danışmayıb. O, uzun müddət bizim ərazimizdə nəzarətsiz qalıb. Əgər biz bilsəydik və onu nəzarətdə saxlasaydıq, o zaman bu, uğur olardı”, – UTX-nin general-mayoru, 2014-2015-ci illərdə UTX-nin sədr müavini olmuş Viktor Yaqun deyir.

“İslam Dövlətinin” belə mühüm üzvünün saxlanılması bu təşkilatın döyüşçülərinin Ukraynanı niyə özləri üçün “istirahət bazalarından” biri kimi seçib, sualına cavab axtarmağa məcbur edib.

Toxosaşvili 2020-ci ilin mayında Ukraynadan Gürcüstana ekstradisiya olunub.

Ukrayna tranziti

Ukrayna illərlə Suriyaya tranzit yolun üzərindəki mühüm məntəqə olub. Bir neçə bu cür əməliyyatın qarşısını təhlükəsizlik xidməti ala bilib.

Suriyada cihadçıların fəallaşması Maydandakı etiraz aksiyaları, Krımın ilhaqı və 2014-cü il Donbas müharibəsi ilə üst-üstə düşüb, buna görə də Ukrayna ərazisindən kütləvi şəkildə keçib-gələn döyüşçülərə çox da fikir vermirdi.

Geriyə gedən yolda da eyni şeylər baş verirdi.

Suriyadan döyüşçülərin vətəni olan ölkələrə gedən marşrutlar tədricən bağlanıb. Amma Ukrayna bugün də onlar üçün açıq qalır.

Buraya gəlmək üçün müxtəlif imkanlar var: təyyarə ilə gəlmək, həqiqi və ya saxta sənədlə pasport nəzarətindən keçmək və ya Qara dənizdən bərə ilə qeyri-leqal yolla gəlmək. Əgər döyüşçü İnterpolun məlumat bazasına daxil edilməyibsə, o, asanlıqla Ukrayna ərazisinə daxil ola bilər.

Bu halların miqyası haqda danışmaq çətindir – müstəqil məlumatlar yoxdur, yalnız hissə-hissə hesablamalar mövcuddur. 2016-cı ildə UTX-dən bildirilib ki, “beynəlxalq terrorçu və dini-ekstremist təşkilatlarla” əlaqəli olan 100 nəfərdən çox şəxsi aşkarlanıb və 46 nəfəri saxlanılıb. Həmçinin Kiyevdə və Xarkovda “İslam Dövləti” döyüşçülərinin 11 “toplaşma məntəqəsini” ifşa edilib.

Bundan başqa, UTX Dnepr və Xarkovda qruplaşma üzvlərini Ukraynada maddi və logistika dəstəyi ilə təmin edən və onlara xaricə getməyə kömək edən bu təşkilatın iki özəyini bloklayıb. Qurumdan o da bildirilib ki, Ukraynaya “İslam Dövləti” ilə əlaqəli olan 443 nəfər buraxılıb.

Kiyevdə UTX əməkdaşları tərəfindən İD komandirlərindən birinin saxlanılması. Sentyabr, 2020. Foto: UTX mətbuat xidməti

O vaxtdan bəri UTX mütəmadi olaraq İD-ə aidiyyatı olan insanların həbsi haqda məlumat verir, amma dəqiqləşdirmədən sonra bu informasiya çox vaxt yalan çıxır.

Ukrayna mediasının 2017-ci ilə aid məlumatına əsasən, “İslam Dövləti” ilə əlaqədə, o cümlədən də hərbi əmməliyyatlarda iştirakda və qruplaşmaya rəhbərlik etməkdə ittiham olunan ən azı 17 nəfər saxlanılıb. Bundan başqa, zaman-zaman bu cihad təşkilatı ilə əlaqəli olan şəxslərin Ukraynaya buraxılmadığı haqda məlumat yayılır.

Göz yumulan təhlükə

Yuxarıda qeyd olunan informasiyada söhbət ancaq ələ keçirilən şəxslərdən ssöhbət gedir. Bəs onların nə qədəri hələ də Ukraynada azadlıqda qalır?

Hazırda Ukraynada yaşayan Suriyadakı hərbi əməliyyatların keçmiş iştirakçısı Musa deyir ki, “İslam Dövləti” ərazisində olmuş və Ukraynaya qayıtmış onlarla kişi v qadın tanıyır.

“Biri kabab hazırlayır, digəri evlənib və uşaq sahibi olub”, – o danışır. – “Onlar qayıdıbla və sadəcə öz təcrübələri haqqda susurlar. Qorxudan yox, sadəcə ona görə ki, yaşadıqları şeyləri bir daha yaşamaq istəmirlər”.

O, əminliklə deyə bilmir ki, bu insanlar radikal ideyalardan imtina ediblər, ya yox, çünki onlar öz həqiqi əqidələrini gizlətməyə alışıblar. Amma qeyd edir ki, zamanında “İslam Dövlətinə” qoşulanların çoxu, o cümlədən də onun silahdaşları sonuna qədər məyus olublar.

Viktor Yaqun bildirir ki, Ukraynada “İslam Dövləti” ilə əlaqəli olan yüzlərlə insan yaşayır. Bu yaxınlarda baş verən həbslərə baxmayaraq, cihadçılar hələ də Rusiya ilə müharibə şəraitində olan ölkə üçün prioritetlər sırasına daxil deyil. Məhz sonuncu Kiyev üçün əsas təhlükədir.

“Ukrayna xüsusi xidmət orqanları yalnız fakt üzə hərəkət edir: əgər başqa dövlət hansıla insanı və ya informasiyanı [döyüşçü haqda] verməyi xahiş edirsə, onların əlinə düşürük”, – Yaqun deyir.

O hesab edir ki, Ukrayna “İslam Dövləti” döyüşçüləri üçün istirahət bazasıdır və onlar bura ziyan vurmaq niyyətində deyillər.

Bundan başqa, Ukraynada 300 mindən 2 milyona qədər müsəlman icması yaşayır. Bu, həmcins icma deyil, amma əsasən rusdillilərdir ki, bu da postsovet məkanından olan əcnəbilər üçün böyük üstünlükdür, çünki rus dilinin müxtəlif şivələri burada xüsusi diqqət cəlb etmir. Eyni zamanda ukraynalılar müsəlmanlara qalşı nisbətən tolerantdırlar.

Burada həyat ucuzdur və Avropa İttifaqına nisbətən daha az pulla həkimə müraciət etmək mümkündür. Klinika özəl olduqda isə heş kim yaralanmanın mənşəyini soruşmayacaq, hətta odlu silahdan yaralanmış olsan da.

Ölkədə korrupsiyanın yüksək səviyyədə olması da ciidi arqumentdir. Yox olmaq istəyən insan pul hesabına burada lazım olan hər şeyi əldə edə bilər.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching