JAMNews
Gürcüstan heç bir ölkəyə öz ərazisindən hərbi yük tranzitinə imkan verməyəcək. Bu haqda sentyabrın 29-da parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili jurnalistlərin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, qonşu ölkələr bu haqda məlumatlandırılıb və Gürcüstanın qərarına hörmətlə yanaşırlar.
“Qarabağ münaqişəsinə münasibətdə Gürcüstan neytral mövqe tutur, çünki biz həm Gürcüstanla, həm də Ermənistanla mehriban qonşuluq münasibətindəyik. Vurğulamaq istəyirəm ki, hər iki ölkə bizim mövqeyimizə anlayışla yanaşır”, – Sesiaşvili bəyan edib.
O həmçinin bildirib ki, Gürcüstan tərəfi Qarabağda vəziyyəti analiz edir və istənilən ssenariyə hazırdır.
Şərhlər?
Fikirlərinizi eşitmək istərdik.