Oxuduğunuz məqalə

General-polkovniklər xüsusi rejim qaydalarına niyə riayət etmirlər?

 

Bu yazını paylaşın:

Abzas

Martın 29-da Dövlət Sərhəd Xidməti­nin rəisi general-polkovnik Elçin Quliyev və fövqəladə hallar naziri general-polkovnik Kamaləddin Heydərov Rusiyadan avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin təd­birlə­rinə cəlb olunmuş vətəndaşlarla görüşmək məqsədilə hə­min əra­zidə olublar.

Bu barədə DSX rəsmi açıqlama yayıb. Məlumatda deyilir ki, səfər prezident İlham Əliyevin tapşırığına əsasən baş tutub. Açıqlamada deyilir ki, karantin şəraitində saxlanılan vətəndaşlarla görüş za­­­manı ko­ronavirus infeksiyasının yayılmasına qarşı mü­ba­rizə məqsədilə həyata keçiri­lən qabaqlayıcı tədbirlər haq­­­qında məlumat verilib.

“Əhalinin sağlamlığının qorun­ma­sı üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tə­ləb­lərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub”, deyə məlumatda qeyd edilib.

Bildirilir ki, vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma və­­ziy­yətinə baxış keçirilib, üzləşdikləri problemlərlə maraqla­nıl­ıb, xahiş və mü­ra­ciətləri dinlənilib, qaldırılan mə­sələlərin qısa müddətdə öz həllini tapması üçün təd­birlər görül­üb.

“Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrıl­mış yer­lə­r və ora­dakı şərait öyrənilib, vətəndaşların və şəx­si heyətin təhlü­kə­siz­­liyinin təmin edilməsi və sağlamlıqlarının qorun­ması üçün gö­rül­müş işlər nəzərdən keçirilib, zəruri göstə­rişlər veril­ib”, – deyə açıqlamada deyilir.

Azərbaycanda 24 mart 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Bu barədə Nazirlər Kabineti martın 23-də qərar qəbul edib.

Koronavirusla mümarizə tədbirləri çərçivəsində qəbul edilən qərarda deyilir ki, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilir.

Həmçinin, dövlət insanlara tövsiyyə edir ki, vətəndaşlar təmasda olarkən 2 metrlik məsafə saxlanılsın.

İndi belə bir sual yaranır, iki general-polkovnik, bir nazir, bir xidmət rəisi Nazirlər Kabinetinin xüsusi rejimlə bağlı qərarına niyə riayət etməyiblər? Rəsmi açıqlamada görüşdən fotolar da yayımlanıb. Şəkillərdən görünür ki, görüşdə vətəndaşlar kütləvi şəkildə bir yerə toplanıb, sosial məsafə saxlanılmayıb və yüksək vəzifəli dövlət rəsmiləri onlarla bu şəraitdə görüş keçiriblər.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching