Oxuduğunuz məqalə

“Elə kobud cavab verdilər ki, elə bil borc istəyirəm” - pandemiya Azərbaycanda ticarət işçilərinə necə təsir edib? by Kərtənkələ

3 min read

Bu yazını paylaşın:

JAMNEWS

Azərbaycanda karantin rejiminə görə əksər kommersiya obyektləri – kafe, restoran, mağaza, ticarət mərkəzləri bağlanıb. Xidmət və ticarət sahələrində çalışan on minlərlə insan qeyri-müəyyən müddətə və naməlum perspektivli məcburi məzuniyyətə çıxmalı olub. Onlardan biri də Bakıda dəbli butiklər şəbəkəsinin kuratoru Vaqifdir.

Aprelin 8-ə olan məlumata əsasən, Azərbaycanda 717 koronavirusa yoluxma halı qeydə alınıb. 8 nəfər ölüb, 44 nəfər sağalıb.

“Hər şey martın 12-13-də, mağazalar hələ işləyən vaxt başlayıb. Adətən ayın ortasında biz avans üçün sorğu gööndəririk və martda bizim bu sorğumuz təsdiqlənmədi. Səbəbini aydınlaşdırmaq üçün baş ofisə zəng vurduğum zaman mənə elə kobud cavab verdilər ki, elə bil qazandığım pulu yox, borc istəyirəm.

Bir neçə gündən sonra alıcılar azaldığı üçün satıcıları öz hesablarına məzuniyyətə göndərdilər. Martın 18-də artıq hamını çağırdılar və dedilər ki, hamımız ərizə yazaq və ödənişsiz bir aylıq məzuniyyətə gedək. Pul haqda ümumiyyətlə heç nə demədilər – nə avans, nə də artıq işlədiyimiz günlərin maaşı haqda.

Hamımıza aydın idi ki, bu qanunsuzdur, amma etiraz etmədik. Necə deyərlər, HR həmişə işdən çıxarmaq üçün səbəb tapa bilər və heç kim işini itirmək istəmir.

Mən pensiyaçı anamla yaşayıram, xeyli kreditim var – yəni pulsuz qalmaq perspektivi, düzü, məni çox gərginləşdirib. Yeri gəlmişkən, indiyə qədər hələ heç bir bank kreditləri dondurmayıb. Bunu yalnız bir neçə elektronika mağazası edib.

Nə isə təxminən martın 24-də bizi yenə ofisə çağırdılar və işlədiyimiz 14 günün pulunu verdilər (baxmayaraq ki, 18 gün işləmişdik).

Aprelin 2-də martın qalan günlərinə görə maaşlarımız karta oturdu, amma bunu aprel ayının avansı kimi təqdim etdilər.

Ümumilikdə heç kim heç nə anlamadı və heç kim də heç nə anlatdım.

Məsələ həm də ondadır ki, mağaza işçiləri maaşdan başqa, satışdan gələn faizlərə də ümid edir. bu faizlər gəlirimizin xeyli hissəsidir, indi isə bu qazanc yoxdur. Biz hamımız aprelin sonunda nə olacağından narahatıq. Əslində dövlət işverənlərin üzərinə bu dövrdə əməkhaqlarının ödənməsi öhdəliyini qoyub. Amma biz əminik ki, vergilərdən buna nəzarət etməsələr bizə heç nə verməyəcəklər”.

Bu arada İqtisadiyyat Nazirliyindən bildirilib ki, dövlət artıq əmək müqaviləsi olan işçilərin maaşının bir hissəsini ödəyəcək. Bunun üçün biznesi yaranmış vəziyyətdən ziyan görən işverən sorğu göndərməlidir və onların bank hesabına işçilərə ödədikləri maaşların bir hissəsi köçürüləcək –“Contact” izah edir. Ödəmələrin artıq bu həftə həyata keçiriləcəyi bildirilir.


Azərbaycanda gücləndirilmiş karantin tətbiq edilib.

Metro, parklar, bağlar bağlanıb, əksər müəssisələrin, təşkilatların və qurumların fəaliyyəti dayandırılıb.

Vətəndaşların hərəkətinə məhdudiyyət gətirilib – müəyyən sahələrdə çalışanlardan başqa bütün digər vətəndaşlar küçəyə çıxmaq üçün xüsusi sms göndərib, hakimiyyətdən icazə almalıdırlar.

Karantin rejimini pozanlar cərimələnir.

Ölkədə indiyə qədər fövqəladə vəziyyət elan olunmadığı üçün mahiyyət etibarilə bu tədbirlər qeyri-qanuni hesab edilə bilər.

Hakimiyyət baş verənlər üzündən işini itirənlərə 112 dollar həcmində kompensasiyanın ödənəcəyini vəd edib.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching