Oxuduğunuz məqalə

Eksklüziv: Exxon Mobil Azərbaycanın ən böyük neft yatağındaki səhmlərini satmağa hazırlaşır

 

Bu yazını paylaşın:

Müəllif: Ron Bousso, Reuters, 19 May, 2020

Tərcüməçi: Kərtənkələ Press

Exxon Mobil (XOM.N) şirkəti LONDON (Reuters) agentliyinə çərşənbə axşamı verdiyi açıqlamaya əsasən Azərbaycanın ən böyük neft yatağındakı səhmlərinin satışına start verib. Bank və sənaye mənbələri bu addımın neft qiymətlərindəki kəskin ucuzlaşmadan istifadə edərək kapitallaşmaq istəyən Asiyanın iri neft və qaz şirkətlərinin marağını çəkdiyini qeyd edib.

ABŞ-ın ən böyük neft və qaz şirkəti ilk olaraq 2018-ci ildə Xəzər dənizindəki Azəri-Çıraq-Günəşli (AÇG) yatağındakı özünə məxsus olan 6,8%-lik səhmlərini satmağa çalışmışdı. Eynilə rəqib Chevron (CVX.N) şirkəti də yataqdaki 9.57%-lik səhmlərini satışa çıxartmışdı.

Exxon-un satış prosesi rəsmi olaraq heç vaxt dayandırılmasa da, Chevron şirkəti keçən ilin noyabr ayında Macarıstanın enerji şirkəti MOL (MOLB.BU) ilə danışıqlara başlayanda, şirkət səhmlərinin satışını ikinci plana atmışdı. Qeyd edək ki, Chevron və MOL şirkətləri arasındaki danışıqlar uğurlu keçmiş və noyabr ayında tərəflər arasında 1,57 milyard dollarlıq satış müqaviləsi bağlanmışdı.

Bank of America Merrill Lynch tərəfindən idarə olunan Exxon, koronavirusla və nəticədə insanların hərəkətini məhdudlaşdıran rejimlə əlaqədar olaraq neft istehlakındaki tarixi çöküşdən sonra neftin bir barrelinin təxminən 30 dollar səviyyəsinə qalxmasına baxmayaraq bu yaxınlarda satış proseslərini yenidən aktivləşdirdi.

Exxon-un katibi Julie King, Reuters-ə verdiyi açıqlamada "Exxon Mobil Azərbaycandaki fəaliyyəti dayanmış istehsalat aktivlərinə qarşı bazardaki marağı gözdən keçirir" deyib.

O həmçinin qeyd edib ki, Exxon müntəzəm olaraq istehsal portfelinin qiymətləndirilməsini aparır və "əgər digər şirkətlər bu aktivlərdə daha yüksək dəyər görsələr onda satışı həyata keçirəcəyik."

Dörd fərqli sənaye və bank mənbələrinin yaydığı məlumata görə Çinin Milli Offshore Neft Şirkəti (CNOOC), Hindistanın ONGC və İndoneziyanın Pertamina şirkətləri də daxil olmaqla Asiyanın bir neçə neft şirkəti bu səhmlərlə maraqlanır və əvvəlki illərə nisbətən daha ucuz qiymətlərlə bir razılıq əldə etməyə çalışırlar.

Mənbələr həmçinin qeyd edib ki, Exxon-un bu satışdan nə qədər gəlir əldə edəbiləcəyi tam olaraq məlum deyil, lakin ehtimal edilir ki, satışa çıxarılan səhmlər Chevron-un səhmlərinə nisbətdə xeyli aşağı qiymətləndirilir.

Dövlət Neft Şirkəti, SOCAR-ın nümayəndəsi məsələ ilə bağlı şərh verməkdən imtina etdi. Həmçinin BAML da şərh bildirməkdən qaçındı və Pertamina şirkəti də şərh tələblərini cavabsız qoydu.

Eynilə ONGC şirkəti də şərh istəklərini cavabsız qoydu. Lakin, Hindistanlı bir mənbə, AÇG-də pay sahibi olan ONGC-in Exxon-un səhmləri üçün təklif verib verməmək barəsində qərarını hələ vermədiyini və bu yataqdaki digər tərəfdaşlarla danışıqlar apardığını qeyd edib.

Çinin CNOOC Ltd (0883.HK) və onun bağlı olduğu şirkət olan Çin Milli Offshore Neft Şirkəti və ya CNOOC Reuters-in şərh tələblərinə dərhal cavab verməkdən imtina etdi.

Neft qiymətlərinin kəskin şəkildə düşməsi Exxon-nun son onilliklərdə ilk dəfə olaraq ilin ilk üç ayını, yəni ilk rübünü itki ilə başa vurmasına səbəb oldu və Texas, Irving şirkəti xərclərini 30%-ə qədər azaltmaq məcburiyətində qaldı.

Diqqətini öldə daxilində və xaricdəki bir neçə nəhəng layihəyə yönəldən Exxon, keçən il Avropa, Asiya və Afrikada ümumi dəyəri 25 milyard dollar olan neft və qaz yataqlarından çəkilmə planına start verdi.

Bu günə qədərki fəaliyyətlər, aktivlərin satışından ildə orta hesabla 5 milyard dollar gəlir eldə etmək hədəfinə çatmaq üçün kifayət etməyib. Exxon, Norveçdəki aktivlərini 4,5 milyard dollara satıb və Avstraliya, Malayziya və Nigeriyada yeni faəliyyətlərə başlayıb.

Mənbələrə görə, neft qiymətlərindəki ucuzlaşmadan sonra Britaniyanın Şimal Dənizi neft və qaz portfelinin satışı da daxil olmaqla bir neçə böyük proses təxirə salınıb.

Exxon-un aktivlərinin satılması şirkətin Azərbaycan bazarındaki 25 illik fəaliyyətlərinin sona çatması deməkdir.

Exxon və Chevron şirkətləri Sovet İttifaqının dağılmasından dərhal sonra Azərbaycanın hazırkı neft sənayesini yaradılmasına kömək etmiş və 1994-cü ildə AÇG yatağından səhm satın almış ABŞ-ın beş böyük neft şirkətlərindən ikisi idilər.

Bu müqavilə yatağın malik olduğu böyük ehtiyatlara görə Azərbaycan və tərəfdaşlar tərəfindən “əsrin müqaviləsi” adlandırılmışdı. Həmçinin bu minvalla Avropanın Rusiya neftindən və qazından asılılığını azaltmağa kömək etmək məqsədilə gələcəkdə burada böyük kəşflərin həyata keçiriləcəyinə ümid olunurdu.

Əlavə hesabatlar: Cakartadan Wilda Asmarini, Tiflisdən Margarita Antidze, Hyustondan Gary McWilliams, New Delhidən Nidhi Verma, Pekindən Muyu Xu; Redaksiya: Bernadette Baum.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching