Oxuduğunuz məqalə

‘DokuBaku’ Azərbaycanda dördüncü dəfə film festivalı keçirməyə hazırlaşır by Kərtənkələ

2 min read

Bu yazını paylaşın:

Abzas

‘DokuBaku’ Beynəlxalq Sənədli Filmlər Festivalı Azərbaycanda dördüncü dəfə festival keçirlməyə hazırlaşır. Bu barədə Abzas-a tədbir təşkilatçıları açıqlama verib.

Məlumata görə, festival 2020-ci ildə 26 oktyabrdan 1 noyabra qədər keçiriləcəyi planlaşdırılır. Tədbirin bu ilki mövzusu “Dəyişiklik”dir.

“Hər dəyişiklik inkişafa yol, açmır amma hər inkişaf üçün dəyişiklik zəruridir. Dəyişiklik və inkişafın tətbiqi daim təkmilləşmək istəyən hər bir fərd və qurum üçün zəruridir. Dəyişiklik təbiət qanunudur. Yalnız keçmişə və bugünə baxanlar gələcəyi qaçıra bilər. Bütün zamanların ən böyük kəşfi bir şəxsin sadəcə öz davranışlarını dəyişərək öz gələcəyini də dəyişə bilməsidir. Heç şübhəsiz ki, düşüncəli, özünü işinə həsr edən vətəndaşların kiçik bir qrupu dünyanı da dəyişə bilər. Bizi hara götürdüyünü heç vaxt bilməsək də, dəyişikliyin labüd və hər bir yer üzü canlısının bir hissəsi olduğuna əminik”.

Festivalda iştirak etmək istəyənlər filmlərini təşkilatçılara göndərə bilərlər. Festival rəhbərliyinin açıqlamasında deyilir ki, onlar 2020-ci ildə ən həyəcanverici və yenilikçi təhkiyə üslubda qısa və tammetraj sənədli filmləri axtarırlar.

“Azərbaycanda baş tutacaq dördüncü ‘DokuBaku’ Sənədli film Festivalında iştirak üçün sənədli filminizi bizə göndərin. Azərbaycanın ən sürətlə böyüyən festivalının bir hissəsi olun!”

Təşkilatçılar sənədli filmləri təqdim etməmişdən əvvəl öncə iştirakçıların qaydalarla tanış olmasını rica edirlər. “DokuBaku BSFF müraciət zamanı sual yaranarsa, info@dokubaku.az vasitəsilə əlaqə saxlayasınız. Yerli filmlərin müraciəti pulsuzdur”.

Filmlərin təqdim olunması üçün ən son tarix 2020-ci il 15 iyuldur. Filmlərin siyahısı və rəsmi proqram 2020-ci il sentyabr ayında ictimaiyyətə açıqlanacaq.

‘DokuBaku’ beynəlxalq sənədli filmlər festivalı dünyanın dörd tərəfindən dəyərli sənədli filmləri Azərbaycana gətirən ilk və yeganə müstəqil sənədli film festivalıdır. ‘DokuBaku’ qonaqların proqramdan, qonaqpərvərlikdən məmnun qaldığı və müxtəlif sənədli film həvəskarlarının söhbətindən yaranan möhtəşəm mühitdən zövq aldığı sənədli film məskənidir.

Filmlərin müraciəti üçün linkə keçid edə bilərsiniz. https://filmfreeway.com/dbidff

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching