BBC
Ermənistan və Azərbaycan arasında ötən həftə alovlanan döyüşlərin arası kəsilmir. Son onilliklərin ən şiddətli toqquşmalarında tərəflər bir-birini dinc əhaliyə qarşı atəş açmaqda ittiham edir.
Hər iki tərəf ağır artilleriyadan istifadə edir və bunun nəticəsində dinc sakinlərin yaşadığı yerlərdə bəzi evlər və binalar dağıdılıb.
Bu fotoda Ermənistanla sərhəd rayona qaçan Dağlıq Qarabağ sakinlərinə yemək verilir.

Ağcabədidə qadın çadır düşərgəsində qalan insanlar üçün yemək bişirir.

Xankəndi (Stepanakert) atəşə tutulandan sonra mülkilər arasında itkilərin olduğu xəbər verilir. Bu barədə Armenpress agentliyi bildirir.
Evin astanasında oturan Xankəndi (Stepanakert) sakininin görüntüsünü Getty agentliyi yayıb.


Bu arada "Dağlıq Qarabağ" Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədəki hərbi hava limanını atəşə tutduğunu bildirib.
Hücumdan sonra alovla mübarizə aparmaq üçün Gəncə və başqa yerlərə yanğınsöndürənlər göndərilib.
Gəncə ilə yanaşı Azərbaycanın digər yaşayış məntəqələrinə həmlələrdən sonra mülkilər arasında itkilər olub.


Ehtiyat edilir ki, həm hərbçi, həm də dinc əhali arasında həqiqi ölüm səviyyəsi rəsmi rəqəmlərdən daha yüksək ola bilər. Hazırkı statistikanı müstəqil mənbələrdən yoxlamaq mümkün olmur.
Aşağıdakı foto Gəncəyə hücumdan sonra xəstəxanaya yerləşdirilmiş qadının görüntüsüdür.


Tərtər şəhərindəki zirzəminin girişində körpə uşaqları qucağında tutan qadınlar.


Xankəndindəki (Stepanakert) evin zirzəmisində yemək hazırlayan qadının görüntüsü.


Azərbaycan hərbçiləri bir neçə kəndi nəzarətə götürdüklərini bildirirlər. Erməni tərəfi isə cəbhədəki mövqelərinin "yaxşılaşdırıldığını" bəyan edir.
Bu arada Xankəndi (Stepanakert) küçələrində artilleriya zərbələrinin izlərini görmək olar.


Qarşı tərəfin atəşi Gəncədəki binanı yararsız hala gətirib.
Azərbaycan hökuməti son döyüşlərdə "mülki infrastruktura və qədim tarixi binalara" zərər dəydiyini bəyan edir.


Münaqişənin hər iki tərəfində ağır silahların atəşi ilə darmadağın olub viran qalan yerləri görmək olar. Bu, Dağlıq Qarabağda üst mərtəbədə yerləşən bir mənzilin şəklidir.


Şərhlər?
Fikirlərinizi eşitmək istərdik.