Oxuduğunuz məqalə

Dağlıq Qarabağ atəş altında: yanlış məlumatların müharibəsi

 

Bu yazını paylaşın:

Dağlıq Qarabağ (DQ) münaqişəsi yüksək mürəkkəbliklərdən biridir. Region bəzilərinə görə “mübahisəli” region kimi görünsə də, hələ də reallıq bundan çox uzaqdır. Beynəlxalq müstəvidə heç bir dövlət, hökümət və ya beynəlxalq təşkilat DQ-ni nə müstəqil dövlət kimi, nə də Ermənistan ərazilərinin bir hissəsi kimi tanımır. Həqiqətən də 90-cı illərdə birinci DQ müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistan orduları arasında atəşkəsə çağıran, erməni işğalçı qüvvələrinin regiondan  geri çəkilməsini tələb edən və atəşkəsin pozulmasını pisləyən dörd qətnamə (822, 853, 874, 884) qəbul etmişdir. Buna baxmayaraq, müharibənin başa çatmasından bəri  DQ işğal altında qalmış və nəticədə 600.000 azərbaycanlı məcburi köçkün evlərindən didərgin salınmışdır.

Münaqişənin səbəblərini müzakirə etmək lazımsızdır, müharibə davam edir və Türkiyənin köməyi sayəsində və Rusiyanın Ermənistan qüvvələrinə dəstəyinin olmaması səbəbindən, görünür ki bu dəfə qələbə bizim tərəfimizdədir. Bununla belə bir neçə bir neçə nüansa diqqət yetirmək istərdik. Birincisi, bu müharibəninin daha sonra məcburi köçkün əhalinin gələcəyini bildirərkən hətta məqsədli laqeydlik və ya yanlış məlumatlar.

DQ-nin məskunlaşması

Belə bir yanlış məlumat həm qəzetlərdə və həm də siyasi yönümlü jurnallarda kifayət qədər tez-tez görülür. Reuters, National Geographic, Bloomberg və digərləri bunun səbəblərini qeyd etmədən DQ-də erməni əhalisinin çoxluğundan danışdığı görülür. Həqiqətən də Dağlıq Qarabağ və ətraf bölgələrdə Azərbaycandan müstəqillik tələb edən etnik ermənilər məskunlaşıbmı?

Bu hal-hazırda nə qədər həqiqət olsa da, bu dəlil DQ-nin Azərbaycandan ayrılması gərəkdiyinə sübut kimi istifadə edildiyi zaman etibarsızdır. 1993-1994-cü il müharibəsindən əvvəl orada yaşamış DQ əhalisi ərazinin erməni qüvvələrinin işğalı səbəbindən süni şəkildə əvəzlənmişdir.

İşğal olunmuş ərazilərin 1989-cu ildə demoqrafiyası. 1989-cu il SSRİ məlumatlarına əsasən. Mənbə.

1989-cu il SSRİ əhali siyahıya almasına görə işğal olunmuş ərazilərin ümumi əhalisinin tərkibində azərbaycanlıların payı 75% -dən çox idi. 2015-ci il məlumatlarına əsasən "Artsax"ın əhalisi 150.000 nəfər olub. Regiondan zorla çıxarılan 600.000 nəfərlə müqayisədə bu rəqəmlər münaqişənin reallığını əks etdirmir.

İstifadə edilən başqa bir arqument isə 1921-ci ildə Stalin tərəfindən Dağlıq Qarabağın Azərbaycan SSR-ə geri "transferi"dir. Yenə də orijinal sənədin səhv tərcüməsi bu bölgənin əvvəllər Azərbaycanın bir hissəsi olmadığı ideyasını verir. Buna baxmayaraq istifadə edilən düzgün ifadə belə idi: "DQ-nin Azərbaycanın hissəsi olaraq qalmasına qərar verildi".

Üstəlik, hətta Rusiya da Ermənistanın hərbi müttəfiqi olmasına baxmayaraq bu torpaqları Ermənistan  ərazisi kimi tanımır, qismən buna görə də mövcud müharibəyə müdaxilə etmədi. Başqa bir səbəb isə Rusiyanın hal-hazırda müxtəlif münaqişələrdə iştirak etməsidir. İki rəqib arasında atəşkəsə vasitəçilik edə bilməmək Rusiyanın zəifliyini və ya bəlkə də yeni DQ müharibəsinə tam laqeyd olduğunu göstərə bilər.

Bəs niyə bu qədər Qərb mediası bütün bunlara məhəl qoymur? Azərbaycan əhalisinin əksəriyyətinin köçmək məcburiyyətində qalması və bundan sonra məcburi köçkün kimi təsnif edilməsi faktları araşdırmada sənədləşdirilmişdir (bax: Tomas de Waal və Audrey Altstadt kitab və sənədləri). Dağlıq Qarabağda dinc yaşamaq hüququ olan insanlar Azərbaycan vətəndaşlarıdır (indiki qaçqınlar) və onların sayı "Artsax"dan daha çoxdur.

Bəziləri hətta SSRİ-dən əvvəl Azərbaycan dövlətinin özünün mövcudluğunu inkar etməyə qədər getmişlər. Ancaq 1918-ci ildə Azərbaycan da bir çox digərləri kimi bayraq, himn və xalqı ilə öz müstəqilliyini elan etmişdir. Bu 1920-ci ildə yenidən rus hakimiyyəti altına düşənə qədər davam etmişdir. Ən yaxşı halda sitat gətirilən bu cür ifadələr ultra milliyətçi bir rol oynayır və ən pis halda istənilən ermənipərəst arqumentləri etibarsız sayır.

Bu dini bir müharibədirmi?

Hal-hazırda müharibələr həmişəkindən daha çox ancaq torpaq üzərində aparılmır. Bir müharibəni qazanmaq üçün siz informasiya müharibəsində də iştirak etməli və strateji davranmalısınız. Hal-hazırda bəzi Qərb mediaları (məsələn, Foreign Policy) və siyasətçilər (məsələn, Prezident Makron), Türkiyə tərəfindən Dağlıq Qarabağda döyüşmək üçün göndərilən "ekstremist cihadçı" muzdlu döyüşçülərə istinad edərək bu qarşıdurmanı müsəlmanlar və xristianlar arasında dini müharibə kimi göstərməyə çalışmışdır. Hələ də çoxları bunu dinlərarası müharibə kimi görmək istəsə də, Dağlıq Qarabağ uğrunda münaqişə heç vaxt belə olmayıb.

Bu formada təsvir etmək cəhdləri münaqişənin səbəblərini daha yaxşı başa düşmək üçün yeganə maneə deyil. Bunlar həmçinin çox təhlükəli ola bilər. Yanlış və dezinformasiya dəhşətli müharibələrin səbəbi olmuş və bu halda şiddətli bir gərginliyə səbəb ola bilər. Ağla gələn bir nümunə, sonradan səhv olduğu sübut olunan qadağan edilmiş silahların istifadəsi səbəbiylə ABŞ-ın İraqa müdaxiləsidir.

Eyni şəkildə, hal-hazırda xalqımızın onsuz da əziyyət çəkdiyi münaqişə barədə yalnış məlumatlar bölgədə maraqları olan digər beynəlxalq güclərin iştirakı ilə vəziyyəti daha da gərginləşdirə bilər. Həqiqət budur ki, əhalinin köçürülməsi bu gün regionda əsasən etnik erməni əhalisinin məskunlaşmasına yol açmışdır. Min illik tarix bəhanəsi Dağlıq Qarabağda edilənlər üçün yetərli deyil.

Məcburi köçkünlər və onların gələcəyi

Yekunlaşdırsaq, torpaqlarımız geri alındıqdan sonra nələr baş verəcəyini burada müzakirə etmək istərdik. Azərbaycan hökuməti məcburi köçkünlər məsələsinə gəldikdə aydın bir strategiya tətbiq etməlidir. Qaçqınlar nə istəyirlər və öz bölgələrinə qayıtmaq istəyənlər üçün DQ-da yenidən məskunlaşma necə təşkil ediləcək? Qələbənin nəticələrinə bağlı olaraq hələ ki hökumət və məcburi köçkün əhali arasında heç bir müzakirə başlamamışdır.

Məcburi köçkün əhalinin sayı ilkin 600.000-dən təxmini 350.000-ə qədər azalmış ola bilər, lakin onlar 30 ilə yaxın müddət ərzində qeyri-müəyyən bir həyatdan əziyyət çəkmişlər. Öz ana torpaqlarına - Qarabağa qayıtmaq sabitlik əldə etmək üçün yalnız bir addımdır, növbəti addım isə əmlakları geri almaq və layiqli bir həyat qurmaqdır.

Bundan əlavə 1994-cü il atəşkəsindən bəri bir çox şəhər boş qalmış və bu səbəbdən bu qaçqınların dolanışığını təmin etmək üçün, xüsusən də mənzil, istilik, elektrik enerjisi və əlbəttə ki, su və qida əldə etmək məsələsində böyük investisiyalar qoyulmalıdır. Tez-tez müzakirə olunmasına baxmayaraq, bir çox məcburi köçkün son 25 ildə çətin şəraitdə yaşayıb və yaşayır.

Eyni vəziyyət bombardmana məruz qalan DQ xaricindəki şəhərlərə də aiddir. Evlərini və ya ailə üzvlərini itirən Gəncə, Bərdə və Tərtər dinc sakinlərinin həyatlarını bərpa etmək üçün də kömək lazım olacaq.

Azərbaycanda Tərtər şəhərinin bombalanmasının nəticələri. Foto: Aziz Karimov, Caucasian Knot.

Son vaxtlar iki erməni əsgərinin güllələnməsini əks etdirən bir video yayılır. Düzdür ya yox, bunun Qərbdə qavrayışı və Azərbaycan üzərində yalnız mənfi əks-təsirləri ola bilər. Azərbaycan ordusu üçün Dağlıq Qarabağın indiki erməni əhalisini necə idarə edəcəyini düşünmək vacibdir. Biz həqiqətən də Xocalıda eyni soyqırım aktları etmək istəyirikmi? Son zamanlarda və keçmişdəki mülki şəxslərin ölümünün intiqamını almaq nə qədər cazibədar olsa da,  buna uymamaq və insani davranmaq vacibdir.

Çoxumuz yeganə nəticəni qələbə qazanmaq-məğlub olmaq vəziyyəti kimi qiymətləndiririk. Bu ya bizim, ya da onların əraziləri saxlamaq vəziyyətidir. Əgər bu həll olunmadan qalarsa, davamlı vəziyyət hesab oluna bilməz. Sadəcə Ermənistanın 1990-cı illərdə DQ-ni geri qazandıqlarını düşündüyü kimi, Azərbaycan da başqa bir müharibə riski ilə yaşayan əhalisi ilə eyni vəziyyətdə olacaq. Bəlkə də bunu həll etməyin yeganə yolu Ermənistanın bütün bölgəni tutub işğal altında saxlamadığı və Azərbaycanın münaqişə altında olan bütün 7 rayonu geri almayacağı itki-itki ssenarisidir.

Milli qürurumuz məcburi köçkünlərimizin dolanışığından daha vacibdir? Sonda hər şey prioritet məsələdir.

Mənbələr:

Altstadt, A. (1992) The Azerbaijani Turks : power and identity under Russian rule. Hoover Institution Press, Stanford University.

Gureyeva-Aliyeva. Y., Huseynov,  T. (2011) “Can you be an IDP for twenty years?” A comparative field study on the protection needs and attitudes towards displacement among IDPs and host communities in Azerbaijan. Brookings Institution-London School of Economics Project on Internal Displacement. Baku, December 2011.

International Displacement Monitoring Center. (2019) Azerbaijan. Annual conflict and disaster displacement figures. Available online: https://www.internal-displacement.org/countries/azerbaijan

De Waal, T. (2013) Black Garden. Armenia and Azerbaijan through Peace and War.

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching