Oxuduğunuz məqalə

COVID-19-a qarşı vaksin 2021-ci ilin əvvəlində istifadəyə hazır ola bilər by Kərtənkələ

2 min read

Bu yazını paylaşın:

Amerikanın Səsi

ABŞ-ın əczaçılıq nəhəngi Johnson & Johnson şirkəti eksperimental koronavirus vaksininin sentyabr ayında insan üzərində sınaqdan keçiriləcəyini və bu vaksinin gələn ilin əvvəli fövqəladə istifadə üçün hazır olacağını bildirib.

Şirkət bazar ertəsi bildirib ki, ABŞ-ın Sağlamlıq və İnsan Xidmətləri Departamenti ilə bilikdə vaksinin hazırlanıb sınaqdan keçirilməsinə 1 milyard dollardan çox pul ayırıb. Şirkət həmçinin qeyd edib ki, əgər vaksinin insan üzərində sınaqları müvəffəq keçsə, onlar vaksinin 1 milyard dozasını istehsal etməyə hazır olacaqlar.

Johnson & Johnson ilk vaksinlərin 2021-ci ilin əvvəlində fövqəladə hallarda istifadəsi üçün hazır olacağını təxmin edir.

Şirkətin baş icraçı direktoru Aleks Qorski NBC-nin Today proqramında deyib ki, araşdırmanın ilkin nəticələri eksperimental vaksinin effektiv olacağına işarə edir.

"Bizdə COVID-19 virusuna qarşı uğurlu olmaq şansı yüksək olan vaksin namizədimiz var," o deyib.

Bizdə vaksinin istehsalını qısa müddət ərzində artırmaq imkanlarımız var.

Qorski deyib ki, şirkət gələcək həftələr ərzində vaksinin istehsalını artırmağı planlaşdırır və məqsədi gələn ilin ortalarına kimi bir neçə milyon, 2021-ci ilin sonunadək isə yarım milyard doza vaksin istehsal etməkdir.

Johnson & Johnson vaksini qazanc əldə etmək üçün istehsal etməyəcək, lakin vaksinin istehlakçılara neçə başa gələcəyini təxmin edə bilər. Bazar ertəsi şirkətin indeksinin dəyəri artıb.

Bir digər ABŞ şirkəti Moderna Therapeutics ABŞ-ın Milli Səhiyyə İnstitutu ilə birlikdə koronavirus vaksinin başqa bir versiyasını insanlar üzərində sınaqdan keçirməyə başlayıb.

ABŞ-ın Sağlamlıq və İnsan Xidmətləri Departamenti bazar ertəsi yaydığını bəyanatda vaksinin istehsalını sürətləndirmək üçün həm Johnson & Johnson həm Moderna ilə əməkdaşlıq etdiyini bildirib.

Bütün potensial vaksinlərin işlədiklərini və təhlükəsiz olduqlarını sübut etmək üçün onlar bir neçə sınaqdan keçir. Alimlər üzərlərində sınaqın aparıldığı insanları yaxından izləyir ki, eksperimental vaksinlərin immun sistemin koronavirusa qarşı reaksiya verib vermədiyini, eləcə də onların pasientlərə əks təsirinin olub-olmadığını yoxlasınlar.

Çin daxil olmaqla dünya boyu bir neçə ölkədə alimlər COVID-19-a qarşı vaksin üzərində işləyir.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching