Müəllif: Carlie Porterfield, Forbes, 30 May
Tərcüməçi: Kərtənkələ Press
Minneapolisdə bir polisin dizi ilə boynunu səkiyə sıxaraq qətlə yetirdiyi Corc Floydun ölümü sadəcə ABŞ-da iri miqyaslı etirazlara səbəb olmaqla qalmadı, eyni zamanda insanları London, Berlin və Toronto kimi böyük şəhərlərdə irqçiliyə qarşı yürüşlər keçirməyə sövq etdi.
ƏSAS FAKTLAR
Etirazçılar sürətlə inkişaf edən Afrika və Karibiya mühacir icmalarının uzun müddətdir ki məskunlaşdığı yer olan Londonun Peckham qəsəbəsinin küçələrində şənbə günü yürüşlər təşkil ediblər.
Onlar Minneapolis və ABŞ-ın digər şəhərlərindəki mitinqlərlə həmrəy olduqlarını göstərmək üçün lövhələrin üzərində “black lives matter” şüarları ilə aksiya keçiriblər. Digər tərəfdən ABŞ-ın Londondakı səfirliyi qarşısında Floyd üçün ədalət tələb edən daha kiçik bir etirazçı qrupu, irqçilik problemi məsələsində “Birləşmiş Krallıq da günahsız deyil” şüarlarını səsləndirib.
#BlacklivesMaters in Peckham now pic.twitter.com/PaXtk81B8k
— SOLIDARITY #BLM (@FootworkMonitor) May 30, 2020
Verilən məlumata görə, irqçiliyə qarşı Toronto və Kanadanın digər şəhərlərində 4,000nəfər etiraz aksiyalarına qoşulub və Şənbə günü bu göstərici daha da artıb. Bunun əsas səbəbi kimi çərşənbə günü Toronto şəhərində Regis Korchinski-Paquet adında qara dərili bir qadın evdə yalnızikən evinə polis çağırılması və həmin qadının çox mərtəbəli binada yerləşən evinin balkonundan yıxılmasıgöstərilir.
Massive protest in Toronto. Black lives matter! #JusticeForRegis #JusticeForFloyd pic.twitter.com/pRV7phPS8e
— Nicholas Thompson (@meetnicholas) May 30, 2020
Digər tərəfdən minlərlə Almaniya vətəndaşının Berlin şəhərindəki Amerika səfirliyinin qabağına yığışaraq “black lives matter” şüarlarını səsləndirdiyi həmin bölgədə çalışan mətbuat işçiləri tərəfindən ictimaiyyətə çatdırılıb. Amma, məlumata görə etirazçıların geyindikləri maskalar ucbatından onların səsləndirdikləri şüarlar tam aydın şəkildə başa düşülməyib.
Thousands now chanting “black lives matter” in front of the US Embassy in Berlin #GeorgeFloyd pic.twitter.com/Jh65RKhTLo
— Carl Nasman (@CarlNasman) May 30, 2020
Sosial mediada yayılmış statuslara görə, dünyanın digər şəhərlərində də çox sayda fəalın irqçilik və polis özbaşınalığına qarşı növbəti həftə boyunca yürüşlər təşkil etməyi planlaşdırdıqları görülür.
ƏSAS ARXA PLAN


Floyd bazar ertəsi günü, Derek Chauvin adlı bir məmur onu qandallayarkən boynunu dizi ilə səkiyə sıxdıqdan sonra həyatını itirdi. Hadisə zamanı orada olan bir şəxsin qeydə aldığı kadrlar, həmin gecə sosial medianın ən çox səs gətirən kontentinə çevrildi və çərşənbə axşamı Minneapolisdə iri çaplı etirazların başlamasına səbəb oldu.
Incredible #BlackLivesMatter protest in Peckham - explicitly anti-capitalist and almost entirely young people. Chants of “stop killing the mandem” and “the UK is not innocent” ringing out. Solidarity ✊ #blm #justiceforgeorgefloyd #nojusticenopeace #justiceforbellymujinga pic.twitter.com/fkHQUUDY6f
— Hope Worsdale (@HWorsdale) May 30, 2020
Şərhlər?
Fikirlərinizi eşitmək istərdik.