Oxuduğunuz məqalə

Cəmil Həsənli: “Həbs olunmuş fəallara işgəncə verilir”

 

Bu yazını paylaşın:

Criminal.az

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbs edilmiş fəallarını onlara verilən işgəncələrə görə məhkəmələrə aparmırlar. Məhz buna görə də bu gün beş fəalı Apellyasiya Məhkəməsinə aparmayıblar. Üstəlik, onları vəkillər ilə ünsiyyət hüququndan məhrum edirlər. Onun fikrincə, səbəb odur ki, güc strukturları DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində və müxtəlif polis bölmələrində həbs edilənlərə işgəncə verilməsini gizlətmək istəyirlər. Eyni zamanda həbs olunanlar dövlət vəkilləri ilə əməkdaşlıq etməyə məcbur edirlər. "Görünür ki, ombudsman institutu və Qırmızı Xaç da ölkədə iflasa uğrayıblar”, - C.Həsənli bildirib.

AXCP-nin məlumatına görə, iyulun 14-15-də orduya dəstək aksiyası ilə bağlı 36 fəal saxlanılıb. Onlardan 14-ü cinayət məsuliyyətinə cəlb edilib, o cümlədən 13-ü həbs olunub və biri polisin nəzarəti altına verilib. 9 fəal inzibati qaydada həbs edilib. Qalanları şahid qismində dindirildikdən sonra buraxılıb.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching