Oxuduğunuz məqalə

Büdcə xərcləri 1.6 milyard manat azala bilər

 

Bu yazını paylaşın:

Azadlıq

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 mlrd. 327 mln. manat proqnozlaşdırılır.

Azərbaycan Maliyyə Nazirliyi 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb.

Maliyyə Nazirliyindən verilən məlumata görə, gəlirlərin 57.3 faizi neft sektorunun, 42.7 faizi qeyri-neft sektorunun payına düşür.

2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 35 ABŞ dollarına bərabər götürülüb.

2021-ci ildə dövlət büdcəsinin xərcləri isə 25 mlrd. 847.5 mln. manat proqnozlaşdırılır.

Xatırlatma

2020-ci il dövlət büdcəsinin gəlirləri 24 mlrd. 124 mln., xərcləri isə 27 mlrd. 492.2 mln. manat təsdiq edilib.

Büdcədə neftin bir barreli də 35 dollar götürülüb. Bu ilin büdcəsində əslində dəyişiklik edilib. Əvvəlcə orada neftin bir bareli 55 dollar götürülmüşdü. Sonradan büdcəyə dəyişiklik edildi. Əvvəlki sənəddə gəlirlər 24 mlrd. 134.5 mln., xərclər isə 26 mlrd. 894.7 mln. manat təsdiq edilmişdi. Hökumət büdcəyə dəyişiklikləri koronavirus pandemiyası ilə bağlı xərclərin artması və neftin ucuzlaşması ilə izah etmişdi.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching