Bizim haqqımızda - Azərbaycan xəbərlər toplusu - Kertenkele.press

Bizim haqqımızda

Kərtənkələ Press, Azərbaycan xəbərləri toplusu və kurator saytıdır. Məqsədimiz oxucularımızı çox saylı Azərbaycan qəzetlərinin ən son xəbərləri ilə tanış etməkdir. Sizə mümkün olan ən etibarlı məlumatları təqdim etmək istəyirik.

Öz orijinal məqalələrimizə gəldikdə isə, həm jurnalist həm də elmi mənbələrdən istifadə edərək hər bir məqaləmiz üçün təxminən bir ay müddətində müvafiq araşdırmalar aparırıq. Belə mənbələrə beynəlxalq və Azərbaycan tədqiqat subyektlərinin araşdırmaları və həmçinin Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlarda və/və ya beynəlxalq nüfuza malik universitetlərdə apardıqları tədqiqatlar daxildir.

 

Niyə Kərtənkələ?

Asan xatırlanan və başqalarından fərqli bir ad tapmaq istəyirdik. SSRİ-də Krokodil, AZ SSR-dəki Kirpi və Rusiyadakı Meduza kimi adlardan ilham aldıq. Üstəlik, kərtənkələlər hər mühitə uyğunlaşan heyvanlardır. Hətta ən çətin vəziyyətlərdə də sağ qalırlar. Məhz buna görə də Kərtənkələ adını seçdik.

 

XƏBƏR MƏNBƏLƏRIMIZ

Hal-hazırda aşağıdakı veb saytlardan xəbər toplayırıq:

Abzas

Amerikan Səsi

APA

Argument

Azadlıq

Azadlıq Radiosu

Azertag

Aze.az

Azvision

AZ Politika

Banker

Bakı Xəbər

Baku Research Institute

Criminal

Haqqın

InterAz

Голос СНГ

JAM News

Кавказский Узел

Media.Az

Meydan TV

Mətbuat

Minval

Mingəçevir Işıqları

Москва-Баку

Настоящее Время

Novator

Regnum Azerbaijan

Report

Sputnik

Trend.Az

Turan Informasiya Agentliyi

Vestnik Kavkaza – Вестник Кавказа

Zerkalo – Зеркало

Xeberman

Yeni Cag

 

Yaxın vaxtlarda daha çox xəbər mənbəyi əlavə edəcəyik. Gələcəkdə xarici və ingilis dilli qəzetlərdən tərcümə olunan Azərbaycan və dünya ilə bağlı xəbərləri də sizə təqdim edəcəyik.

Bizimlə əlaqə yaratmaq üçün bu linki izləyin. Gizlilik siyasətimizi öyrənmək üçün buraya klikləyin.