Başçı tapşırıq verib ki, ailə başçısına ixtisasına uyğun iş tapmaqda köməklik göstərilsin – Mingəçevir İşıqları - Kərtənkələ Press
Başçı tapşırıq verib ki, ailə başçısına ixtisasına uyğun iş tapmaqda köməklik göstərilsin – Mingəçevir İşıqları

Fevralın 12-də Gənclər Evində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ətraf ərazidə yaşayan sakinlərlə səyyar görüş keçirib. O, ölkədə, o cümlədən şəhərdə aparılan yeniliklərdən bəhs edib: “Biz bu il ötən ilə nisbətən iki dəfə çox işlər icra etməyi nəzərdə tutmuşuq”.

Görüş iştirakçıları görülən işlərdən  məmnun olduqlarını bildiriblər. 4 saylı məktəbin müəllimi Sahibə Rəsulova deyib ki, bütün idarə rəhbərləri Sanitar Təmizlik və Yaşıllaşdırma İdarəsinin rəisi Əli Ağamirov kimi işləsə, şəhərdə heç bir problem qalmaz. Sürücü işləmiş şəhid atası hazırda iş tapa bilmədiyindən və buna görə də ailəsinin xərclərini qarşılamaqda çətinlik çəkdiyindən gileylənib. Başçı məşğulluq xidmətinin rəhbərinə tapşırıq verib ki, ailə başçısına ixtisasına uyğun iş tapmaqda köməklik göstərsin.

İ.İsmayılov diqqətə çatdırıb ki, işsizlik problemini aradan qaldırmaq üçün şəhərə sahibkarları, iş adamlarını dəvət edir: “Bu günlərdə Hindistanın səfiri ilə söhbətdə də bu məsələ gündəmə gəldi. Bir layihə ilə bağlı kiçik və orta sahibkarlığa dəstək fondu ilə razılaşma əldə olunub, bu, 1000 nəfər üçün iş yeri yaratmağa imkan verəcək. Eyni zamanda yaxın vaxtlarda Xalça Fabrikinin filialının tikintisinə başlanacaq və bununla da 165 iş yeri açılacaq”.

İ.İsmayılov şəhərin bəzi ərazilərində kanalizasiya xidmətinin tələblərə cavab verməməsi, xüsusilə zirzəmilərə su axması ilə bağlı fikirlərə də aydınlıq gətirib: “Mən “Azərsu” prezidentinin müavini ilə danışmışdım. Söz verdi ki, briqadaları Şirvanda işi başa çatdıran kimi Mingəçevirə göndərəccək”.

P.S. Görüşdən çıxanda bir neçə qadının qapının ağzında dayandığını gördük. Puşkin küçəsindəki 20 saylı ünvandakı yataqxanada yaşayan bu insanlar binada kanalizasiya sisteminin bərbad olmasından təngə gəldiklərini deyir və bu səyyar görüşdən gec xxəbərr tutduqları üçün indi başçı ilə görüşmək istəyirdilər.

Bu məqalə haqqında şərhlər

E-poçt adresin yayımlanmayacaq.