Oxuduğunuz məqalə

Bakı sakinləri yenə evlərdə qapalı qalacaqlar, yoxsa sərt karantinin bitməyinə iki gün qalıb?

 

Bu yazını paylaşın:

JAMNews

Avqustun 3-ü artıq altı həftədir ki, Bakı və Azərbaycanın digər 14 şəhər və rayonunda koronavirus pandemiyasına görə sərt karantin rejimi davam edir.

İyunun 21-dən evdən yalnız sms-icazə ilə üç saatlıq çıxmaq mümkündür, ərzaq mağazaları və apteklərdən başqa bütün satış obyektləri bağlıdır.

Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Hakimiyyətin bundan əvvəlki qərarına əsasən, sərt karantin avqustun 5-də səhər saat 6-da başa çatmalıdır. Amma hakimiyyət hələ də sərt rejimin dayandırılması ilə bağlı qərarını açıqlamayıb, cəmiyyətdə sərt karantinin yenə də uzadılacağı ilə bağlı narahatlıq var.

Bu altı həftədə bir neçə dəfə karantin rejiminin ləğv edilməsi gözlənildi, amma daha sonra yenidən uzadıldı. Bununla belə bu haqda məlumat əvvəlcədən yayılırdı.

Azərbaycanda Qurban bayramı ilə əlaqədar istirahət günləri davam edir, qısa tətildən sonra ilk iş günü avqustun 4-də olacaq.

Yerli sakinlər üçün Milli Məclisin deputatı Musa Quliyevin açıqlaması müsbət informasiya olub. Deputat qeyd edib ki, gözlənilən yumşalma zamanı rayonlara gediş-gəliş bərpa ediləcək:

“Amma vacib olmadıqca insanlar evdə təcridə üstünlük verməli, ünsiyyəti minimuma endirməlidirlər. Güman olunur ki, yumşalma zamanı SMS icazə də ləğv edilsin, metronun fəaliyyəti də bərpa olunsun”.

Amma sosial şəbəkələrdə daha çox baş infeksionist Cəlal İsayevin pessimist proqnozu müzakirə olunur

O deyib ki, hakimiyyət sərt rejimi daha bir neçə həftə uzada bilər ki, gündəlik yeni yoluxma hallarının sayını ikirəqəmli göstəriciyə qədər azaltmaq mümkün olsun.

Son sutka ərzində Azərbaycanda 286 yeni yoluxma halı qeydə alınıb, ümumilikdə pandemiya başlayandan 32443 nəfər yoluxub. Daha səkkiz nəfər ölüb və ölənlərin ümumi sayı 462 nəfərə çatıb. 27113 nəfər sağalıb.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching