Oxuduğunuz məqalə

'AzerGold'un qazancı 40 faiz artıb

 

Bu yazını paylaşın:

Azadlıq Radiosu

Bu ilin birinci yarısında Daşkəsən rayonunda yerləşən "Çovdar" yatağından 28.5 min unsiya qızıl, 62 min unsiya gümüş hasil edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə uyğun olaraq 20.3 və 40.9 faiz çoxdur.

Bu barədə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidməti məlumat verir.

İlin ilk 6 ayında "AzerGold" 25.1 min unsiya qızıl, 55.6 min unsiya gümüş ixrac edib. İxracdan gəlir 43.2 mln. ABŞ dolları (73.5 mln. manat) təşkil edib. İlin ilk yarısında şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 41 faiz artıb.

Mətbuat xidməti habelə bildirir ki, dövlət büdcəsinə 5.5 mln. manat məbləğində vəsait köçürülüb. Bu vəsaitin 4.5 mln. manatı vergi, 1 mln. manatdan çoxu isə sosial sığorta üzrə ödənişlər təşkil edib.

Xidmətin məlumatına görə, "AzerGold"un strateji fəaliyyət planına uyğun olaraq "Çovdar" yatağının yeraltı mərhələsinin, "Ağyoxuş" və "Mərəh" yataqlarının gələn il istismara verilməsi planlaşdırılıb. Qarşıdakı illərdə "Tüllallar", "Filizçay", "Qaradağ", "Xarxar", "Mazımçay" və digər yataqların istismarı verilməsi nəzərdə tutulub.

Xatırlatma

"AzerGold" QSC 2015-ci ilin fevralında prezidentin sərəncamı ilə yaradılıb.

Azərbaycanda qızıl və gümüş, əsasən, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur.

Həmin müqavilə altı yatağın - Naxçıvanda bir, Gədəbəydə iki, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda üç yatağın işlənməsini nəzərdə tutur.

Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkətinin isə 49 faiz təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

"AzerGold" QSC yaradıldıqdan sonra başqa yataqlar üzrə də fəaliyyət göstərməyə başlayıb.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching