Oxuduğunuz məqalə

"Azərişığ"ın əməkdaşları güllələnib

 

Bu yazını paylaşın:

Turan

Masallı rayonunun Yeddioymaq kəndində “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

Bu barədə AzadlıqRadiosuna yerli sakinlər məlumat veriblər.

Məlumata görə, Yeddioymaq kəndin sakini Mansur Şahmuradov onun həyətinə gələn "Azərişığ"ın işçiləri ilə mübahisə edib.

Qurumun əməkdaşları Şahmuradovdan elektrik enerjisinə görə yaranmış borcunun ödənməsini istəyiblər. Borcunu ödəməyə razılaşan Şahmuradov evə gedib sonra isə evdən çıxaraq ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açıb.

Bunun nəticəsində "Azərişığ"ın əməkdaşları xəsarətlər alıblar və Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından üç nəfərin xəstəxanaya daxil olmasını Turana təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, iki nəfərin xəsarətləri yüngül olduğundan onlara yardım edildikdən sonra onlar evə buraxılıb. "Üçüncü şəxsə isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır".

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.  Mansur Şahmuradov şübhəli şəxs qismində saxlanılıb.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching