Oxuduğunuz məqalə

Azərbaycanda müxalifət liderinin ətrafla bütün əlaqəsi kəsilib, prezident isə yenə də müxalifərçiləri xalq düşməni adlandırıb by Kərtənkələ

2 min read

Bu yazını paylaşın:

JAMnews

Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimlinin interneti və mobil telefonu son üç gündə iki dəfə bloklanıb. Onun ailə üzvlərinin mobil nömrələri və hətta mənzillərindəki stasional telefon da bloklanıb. AXCP-nin Facebook səhifəsində dərc olunan bəyanatda belə deyilir.

Partiya üzvləri hesab edirlər ki, hakimiyyət müxalifətçinin onlayn-müsahibə verməyinə mane olmaq üçün rabitə vasitələrini kəsib. Onların fikrincə, bu, COVID-19 pandemiyası fonunda növdəti repressiya nümunəsidir.

Rəsmi orqanlar hələlik olanları şərh etməyib.

Rəsmi məlumata əsasən, aprelin 15-də Azərbaycanda 1197 COVID-19 virusuna yoluxma halı qeydə alınıb. 13 nəfər ölüb, 351 nəfər sağalıb.

2020-ci ilin yanvarında Əli Kərimli 14 ildir ki, xarici pasport ala bilmədiyi üçün Daxili İşlər Nazirliyindən məhkəməyə şikayət verib

“Xalq düşmənlərinə” 30 sutka

Ötən həftə ərzində bir neçə AXCP üzvü inzibati həbsəə məruz qalıb. Onları “karantin rejimini pozmaqda” günahlandırıb 30 sutka həbs cəzası veriblər.

Digər müxalifət partiyalarının üzvləri də həbs olunub. Müsavat Partiyasının liderlərindən biri Tofiq Yaqublunun həbsi ən çox müzakirə edilənlərdən olub. O, xuliqanlıqda ittiham edilərək, istintaq müddətində haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

Bu həbs yalnız yerli hüquq müdafiəçilərini yox, beynəlxalq təşkilatları və Avropa Şurası Parlament Assambleyasını da qəzəbləndirib.

Azərbaycan hakimiyyətinin ünvanına ən çox səslənən ittihamlardan biri karantin rejimindən repressiya məqsədləri üçün istifadə etməsi ilə bağlıdır. Hakimiyyət bunu inkar edir və bu müxalifətçilərin hamısnın həqiqətən də karantin qaydalarını pozduqlarını, Tofiq Yaqublunun isə həqiqətən də iki nəfərə hücum etdiyini bildirir.

Aprelin 14-də prezident İlham Əliyev çıxışı zamanı artıq neçənci dəfədir ki, yerli müxalifəti (əsasən də AXCP və Müsavat partiyasını) düşmən və satqın hesab etdiyini bildirib.

«Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var – düşmən», – İlham Əliyev deyib.

Hazırda Azərbaycanda gücləndirilmiş karantin rejimi elan olunub – metro, parklar, bağlar, demək olar ki, bütün kommersiya obyektləri, təşkilarlar və müəssisələr bağlıdır.

Küçəyə çıxmaq üçün ya işdən arayış olmalıdır, ya da hakimiyyətdən sms-lə icazə almaq lazımdır. Bu icazə hər adama sutka ərzində bir dəfə iki saatlıq verilir. 65 yaşlı insanların küçəyə çıxması isə ümumiyyətlə qadağan olunub.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching