Oxuduğunuz məqalə

Azərbaycanda mənzil və sərvət bərabərsizliyi: Bakıdakı daşınmaz əmlak qiymətlərinin statistik təhlili

 

Bu yazını paylaşın:

Bu məqalənin tam versiyasını burada oxuya bilərsiniz.

Çoxları ev əlçatanlığını ölkənin sosial-iqtisadi sabitliyini qiymətləndirmə yolu kimi görür. Mənzil əksər ailə təsərrüfatları üçün ən böyük xərclərdən biri olmasa da, bir çox ölkədə COVID-19 pandemiyası ərzində çoxlu ailə təsərrüfatlarının gəlirlərinin azalması nəticəsində onların bir çoxu kiralarını ödəyə bilmədi və qeyri-sabit şərtlər altında yaşadı, bu isə mənzilin nə qədər əhəmiyyətli olduğunu göstərdi. Bu vəziyyət həm də ev əlçatanlığının siyasətçilər tərəfindən müzakirəsinin zəruriliyini göstərir.

Lakin ev əlçatanlığının gözardı edilməməsi üçün başqa səbəb də var. Tomas Pikettinin qeyd etdiyi kimi, kapitalın gəlirlilik dərəcəsi (məsələn, daşınmaz əmlak) əmək gəlirlilik dərəcəsindən yüksəkdir, bu isə sərvət bərabərsizliyi tsiklini təkrarlayır (Piketty 2014). Qərb şəhərlərində mənzilin sərvət bərabərsizliyinə təsirlərini araşdırsalar da, oxşar tədqiqatlar Bakıda aparılmayıb.

Bu məqalədə ilk dəfə mənzil alanlar üçün orta statistik ailə təsərrüfatının qənaət dərəcəsinə görə uyğunlaşdırılmış qaydada ev əlçatanlığının araşdırıram. Nəticələr göstərir ki, hazırkı vəziyyətdə orta statistik ailə təsərrüfatı heç vaxt mənzil ala bilməz çünki onun aylıq xərcləri aylıq xalis gəlirlərinindən 514 AZN çoxdur və buna görə də istənilən daşınmaz əmlak onun üçün əlçatan deyil. Artan əmək haqqı simulyasiyasını hesabladıqdan sonra müəyyən etdim ki, hətta 250 AZN artımından sonra da ilk dəfə ev almaq istəyənlərin əksəriyyətinin mənzil ala bilməzlər.

Nəticələr

1/ Aşağı maaşlar, aşağı qənaət nisbəti

Cədvəl 4-də 2020-ci ilədək Bakıda adambaşına və hər ev təsərrüfatına düşən orta aylıq və illik xərclər göstərilir. Adambaşına ortalama aylıq xərclər 897 AZN, ev təsərrüfatına düşən xərclər isə 1893.9 AZN təşkil edir.

Hal-hazırda adambaşına düşən 326,1 AZN orta əmək haqqı səviyyəsində, işləyən fərdlərin sayından asılı olmayaraq, dörd nəfərdən ibarət olan orta ev təsərrüfatında adambaşına düşən 332,4 AZN-lik orta aylıq istehlak xərclərini qarşılaya bilməz. Burada 2020-ci il avqust ayına olan məlumatlara görə, Bakıda orta hesabla 564 AZN olan kirayə kimi qeyri-istehlak xərclərini nəzərə alınmır.

Orta xərclər. 2019 rəsmi statistikasına və 2020-ci ildə yığılmış məlumatlara əsasən

İşləyən fərdlərin sayından asılı olaraq, ev təsərrüfatlarında orta aylıq əmək haqqı 326,1-1304,4 AZN arasında dəyişir. Lakin onların istehlak xərcləri və orta kirayə dəyəri müvafiq olaraq 1329,6 və 564 AZN-dir və bütün ev təsərrüfatı kompozisiyaları ayın sonunda maliyyə vəsaitlərinin çatışmazlığından əziyyət çəkirlər.

Ev təsərrüfatı kompozisiyalarına görə orta aylıq əmək haqqı və qənaət

Beləliklə, orta ev təsərrüfatının hər ay 1.079 AZN əskiyi var və maliyyələşdirmə seçimi olsa da, olmasa da bu vəziyyətdə orta ev təsərrüfatının ev almaq üçün qənaət etməsini qeyri-mümkündür. Hətta kirayə ödənişindən əvvəl də orta ev təsərrüfatının əskiyi 514 AZN-dir.

Eksperiment kimi qənaət dərəcələrini iki fərqli əmək haqqı səviyyəsində müqayisə etmək qərarına gəldim: adambaşına 476 və 576 AZN. Cədvəl 5-də göstərildiyi kimi, orta ev təsərrüfatı hələ də bütün xərclərini ödəyə bilmir və 476 AZN maaş səviyyəsində orta qənaət səviyyəsi qədər, yəni 704 AZN qənaət edə bilmir.

Adambaşına 476 AZN əmək haqqı ilə qənaət dərəcəsi

Bu maaş səviyyəsində ev təsərrüfatı qənaəti yalnız dörd nəfərin də işlədiyi halda müsbət olur, lakin vergilərdən sonra qənaət mənfi vəziyyətə qayıdır.

Adambaşına 576 AZN əmək haqqı ilə qənaət dərəcəsi

Bu cədvəldən də göründüyü kimi, yalnız 576 AZN-lik əmək haqqına edilən 76%-lik artışdan sonra dörd nəfərin də işlədiyi ev təsərrüfatı aylıq maaşının 4%-ni qənaet etməyə başlayır. Bu təhlilə əsaslanaraq nəticələr göstərir ki, Bakıdakı orta ev təsərrüfatı maaşı hətta 250 AZN artırıldıqdan sonra da kirayə pulu da daxil olmaqla bütün aylıq xərcləri qarşılaya bilmir.

Həmçinin bu vəziyyət kiçik korrupsiya səviyyələrinə də təsir edə bilər. Maaşlar xərclərlə müqayisədə çox az olduğundan, korrupsiyanın mənəvi xərcləri azalır, çünki korrupsiya ilə məşğul olmaq ev təsərrüfatlarının maliyyə fondlarının artırılmasına yönəlmiş kompensasiya rolunu oynayır.

Qeyd etmək lazımdır ki, rəsmi orta əmək haqqı statistikası reallığa ən yaxın rəqəmləri göstərməyə bilər, çünki 2010-cu ildə kölgə iqtisadiyyatı Azərbaycanda ÜDM-in 65% -dən çoxunu təşkil edirdi (Bayramov 2012). Bu kölgə iqtisadiyyatı elan olunmayan qeyri-rəsmi məşğulluğu və dövlət məmurlarına standart dövlət xidmətləri müqabilində verilən kiçik rüşvət kimi qeyri-rəsmi ödənişləri əhatə edir (Guliyev 2015). Nəticədə, rəsmi əmək haqqı səviyyələri ev təsərrüfatlarının aylıq aldığı real maliyyə fondlarından daha aşağı ola bilər.

2/ Maliyyələşdirmə imkanının olmaması

Bu tapıntılara əsasən Azərbaycanda ipoteka və kreditlə bağlı rəsmi statistikanı təhlil etdim (İKZF 2019). 2019-cu il tarixi etibarən ipoteka borcu olanların yalnız 3%-nin 500 AZN-dən aşağı maaşı olduğu halda, 42%-nin maaşı 501-1000 AZN (daxil olmaqla), 53% -dən çoxunun maaşı isə 1001 AZN-dən yuxarı olub.

İKZF veb səhifəsi vasitəsilə orta əmək haqqısı olan bir ev təsərrüfatının borc götürə biləcəyi  ən böyük məbləği hesablayarkən, ipoteka birgə olsa belə[U1] , nə adi, ev təsərrüfatı nə adi, nə də sosial ipoteka ala bilməz. Bütün hallarda, qənaət olmadığı üçün, orta statistik borcalan adi və ya sosial ipoteka üçün müvafiq olaraq 10% və ya 15%-lik ilkin ödənişi ödəyə bilməz.

Beləliklə, mənzilin maliyyələşdirilməsi üçün seçimlər orta ev təsərrüfatı üçün nəinki məhduddur, həm də əlçatmazdır. Kasıb əhali üçün nəzərdə tutulmuş güzəştli ipoteka ehtimalını nəzərə alsaq belə, bu sosial kreditlər aşağı və orta gəlirli ev təsərrüfatları üçün əlçatmaz olaraq qalır.

3/ Ev əlçatanlığının çatışmazlığı

Topladığım məlumatlara əsasən, orta mənzil satış qiyməti 148,907 AZN-dir (bir kvadrat metr üçün 1,515 AZN). Cədvəl 7 orta satış qiymətinin adambaşına düşən orta əmək haqqından 450 dəfə çox olduğunu göstərir.

Mənzil ölçüsü üzrə orta satış qiyməti
Rayon üzrə orta qiymət

Cədvəldə göstərildiyi kimi, ən yüksək mənzil qiyməti Nəsimi rayonundadır (185, 174 AZN), növbəti sırada isə Yasamal rayonu gəlir (152,562 AZN). Ən aşağı daşınmaz əmlak qiymətləri isə Qaradağ və Pirallahı rayonlarında qeydə alınıb. Bu rəqəmlər əsasında ev əlçatanlığını qiymətləndirilməyə başlamazdan əvvəl ümumi orta əmlak qiyməti üçün qiymət-gəlir nisbətini hesablayıram.

Orta qiymət-gəlir nisbəti qiymətləndirməsi
Ev əlçatanlığı qiymətləndirməsi

Nəticələr göstərir ki, mövcud qənaət səviyyəsində və qiymət-gəlir nisbətində olan bütün ev təsərrüfatı kompozisiyaları üçün mənzil almaq əlçatmazdır. Təcrübə kimi adambaşına orta əmək haqqının 576 AZN olduğu hallar üçün ev əlçatanlığını hesabladım.

Adambaşına 576 AZN əmək haqqı ilə ev əlçatanlığı qiymətləndirməsi

Buradan belə çıxır ki, hər işləyən adama 250 AZN maaş atrımı olsa belə, orta ev təsərrüfatı Bakıda daşınmaz əmlak ala bilməz.

Müzakirə

1/ Ev əlçatanlığı və sərvət bərabərsizliyi

Mənzil əlçatanlığı dünyada problemli hala gəlib, aşağı və aşağı-orta gəlirli ev təsərrüfatları daha da çətin vəziyyətdə qalıb. Mənzil xərcləri gəlirlərinin daha böyük bir hissəsini təşkil etdikdə, ev təsərrüfatları səhiyyəyə daha az pul xərcləməyə meylli olduqları üçün ev əlçatanlığının olmaması ilə aşağı dərəcəli sağlamlıq arasında əlaqə var (Stud 2000). 2020-ci ildə edilən bir tədqiqatda uzun illərdir mənzil əlçatmazlığından əziyyət çəkən Honq-Konqda sabit sığınacaqdan məhrum olmaq ilə ev təsərrüfatının sağlamlığı arasındakı əlaqə araşdırılıb. Aşağı gəlirlər səbəb olaraq, ev təsərrüfatları artan stress səviyyəsindən əziyyət çəkirlər; bu onların fiziki və zehni sağlamlıqlarını daha da pisləşdirir (Chung et al. 2020).[FN1]

Bu məqalə üçün aparılan təhlillər mənzil bərabərsizliyinin Bakıdakı sərvət bərabərsizliyi ilə əlaqəli olduğuna dair hipotezisi dəstəkləyir. Bərabərsizliyi izah etməyin ənənəvi yolu kapital və əmək arasındakı mübarizə və ya gəlirin kapital ilə əmək arasında bölüşdürülməsidir. İyirmi Birinci Əsrdə Kapital (Piketty 2014) əsəri göstərir ki, kapitalın böyümə sürətinin əməyin böyümə sürətindən çox olduğu üçün bir fərdin öz əməyi ilə gəlirlərini arttırması mümkün deyil. Bu, daşınmaz əmlak da daxil olmaqla kapitalın gəlirliliyi artarkən əmək gəlirlərinin azalması deməkdir. Bu vəziyyət mənzil kapitalının sosial seqreqasiya və sərvət bərabərsizliyini davam etdirməyə kömək etməsi fikrini dəstəkləyir.

Gəlirlərdə azalan əmək payı dünya miqyasında qeydə alınıb (məsələn, Karabarbounis və Neiman, 2014; Chi Dao et al. 2017), bu isə ev əlçatanlığına dair yeni siyasətinə ehtiyac olduğunu göstərir. Bakıya gəldikdə, orta ev təsərrüfatının ev xərcləri aylıq gəlirinin yarısından çox olmasına baxmayaraq, daha çox sosial mənzil [U2] [FN3] yaratmağı hədəfləyən heç bir siyasət yoxdur. Mövcud verilənlər göstərir ki, mənzilin ölçüsündən və ya rayondan asılı olmayaraq Bakıda ev əlverişli deyil və əksər ev təsərrüfatları qənaət də edə bilmirlər çünki onların ümumi xərcləri gəlirlərindən çoxdur. Daha təəccüblüsü odur ki, fərdi gəlirdəki hipotetik 250 AZN artımından sonra belə orta ev təsərrüfatı ev ala bilmir.

Mənzil maliyyələşdirilməsinə çıxış əldə etmək bu ev təsərrüfatları üçün praktik olaraq mümkün deyil. İpoteka planlarının bazara uğurla nüfuz etmədiyi görünür. Sosial ipotekalar ev əlçatanlığını təkcə daha yuxarı maaş alan ev təsərrüfatları üçün daha əlverişli edib. Bu, Bakıda olduğu kimi, Londonda da problemli məsələdir. 2017-ci il London İqtisadiyyat Məktəbi hesabatında göstərilir ki, hökumətin ucuz ev almaq imkanları ilə yoxsul ev təsərrüfatlarını hədəf almasına baxmayaraq, bu növ yardımlardan faydalanan orta statistik şəxsin onsuz da orta əmək haqqının 1,5 qatını qazanır (LSE 2017). Orta gəlirli ev təsərrüfatları üçün ev sahibliyini təşviq etmək əvəzinə, bu növ siyasət ev almağı dövlətin köməyi olmadan da onu ala biləcək ev təsərrüfatları üçün daha əlverişli etdi.

Qeyd etmək lazımdır ki, mənzil maliyyələşdirilməsinə zəif giriş imkanı olmasına baxmayaraq, mikromaliyyə yaxşı qurulüb və bütün banklar tərəfindən təklif olunur. Mikro maliyyələşdirmə ilk dəfə 1970-ci illərin sonlarında yoxsulluğun azaldılması və kiçik kreditlər hesabına sosial inkişafın təşviqi məqsədi ilə, xüsusən də orta statistik insanın banka çıxışı olmayan yerlərində tətbiq olunsa da, o vaxtdan bəri aşağı gəlirli əhali arasında borcların artmasının əsas səbəblərindən biri halına gəldi. əhalinin aşağı gəlirli təbəqələri. Bu vasitə o qədər populyarlaşdı ki, onun yaradıcısı Məhəmməd Yunus 2006-cı ildə Nobel Sülh mükafatını aldı. Buna baxmayaraq bu vasitənin mənfi nəticələri ilə bağlı narahatlıqlar yeni deyil. Məsələn, ən ekstrim vəziyyətlərdən birində, Hindistanın Andhra Pradeş bölgəsindəki mikromaliyyə bazarı 2010-cu ildə bəzi borclanan şəxslərin intihar etməsindən sonra tamamilə çökdü (Gallarati 2018).

Azərbaycanda mikromaliyyələşdirmənin ev borcuna təsiri hərtərəfli araşdırılmayıb. Lakin fərqli qurumlardan paralel olaraq borc alma halları əvvəlki araşdırmalarda qeyd edilib (Pytkowska 2012). İpoteka və kredit kimi standart bank həllərinə çıxış çatışmazlığı nəzərə alsaq, orta v təsərrüfatının getdikcə mikromaliyyələşdirməyə yönəlməsi mənzil alqı-satqısını əlçatmaz edir.

Məsələn, mənzil kapitalı vergisi şəklində strateji hədəfləmə və bölüşdürmənin olmadığı hallarda varlı ev təsərrüfatları daha çox mənzil almağa və kirayədən passiv gəlir götürməyə davam edirlər. Bu vəziyyətda orta ev təsərrüfattı yüksək kirayə haqları və qeyri-sabit mənzil problemi ilə qarşılaşmağa davam etdiyi üçün onsuz da mövcud sosial bərabərsizlik artır.

Ev sahibliyi dərəcəsi ilə sərvət bərabərsizliyi arasındakı mənfi əlaqə bir çoxları tərəfindən təhlil edilib (Bezrukovs 2013; Mathä, Porpiglia və Ziegelmeyer, 2017; Kass, Kocharkov və Preugschat 2019). Ümumi konsensus budur ki, mülkiyyət dərəcələri nə qədər aşağı olarsa, sərvət bərabərsizliyi o qədər yüksək olur. Bu, xüsusilə əhalinin yoxsul təbəqələri üçün doğrudur çünki qənaət nisbəti ev sahibliyi nisbəti ilə birlikdə artaraq daha yüksək sərvət paylanmasına və yığılmasına gətirib çıxarır.

Daim böyüyən Bakıda siyasətçilərin ilk dəfə ev alan orta və az gəlirli ev təsərrüfatlarını hədəf alan ev əlçatanlığı proqramlarını həyata keçirərək aktiv əsaslı bərabərsizliyin azaldılmasına üstünlük vermələri məsləhətdir. Sərvət bərabərsizliyini aradan qaldırmaq üçün siyasətçilər aşağı gəlirli ev təsərrüfatları üçün əlçatan olan yaxşı istiqamətlənmiş ipoteka planlarını da nəzərdən keçirməlidirlər. Bu cür siyasətlər sosial mobilliyi artırmaq məqsədilə kirayə və satış üçün əlverişli mənzil təklifinin artırılmasını da nəzərə almalıdır. Ev sahibliyi və kirayə siyasətlərindən əldə olunan nəticələr əhalinin iqtisadi və sosial inkişafına təsir edəcək. Məsələn, bu növ siyasətlər valideynlərin övladlarını orta və ali təhsili dövründə dəstəkləmək qabiliyyətini artıracaq və bu da yüksək əmək haqlarına gətirib çıxardacaq.

Bu cür təsirlər kiçik korrupsiya səviyyələri ilə də əlaqələndirilə bilər. Adətən korrupsiyadan danışarkən Hacıyev skandalı və ya Azərbaycan hakim təbəqəsindən bir çoxlarının adının hallandığı Panama Sənədlərikimi yüksək səviyyəli korrupsiya misallarına diqqət yetiririk. Halbuki aşağı səviyyəli korrupsiya da bir o qədər geniş yayılıb.

2/ Sərvət bərabərsizliyi və xırda korrupsiya

2018-ci ildə, təkcə bir il ərzində, Azərbaycan Transparency International sorğusunda 180 ölkə arasında korrupsiya səviyyəsinə 122-ci yerdən 152-ci yerə düşdü, sonra isə 2019-cu ildə 126-cı yerə qayıtdı. Sərvət bərabərsizliyi ilə korrupsiya arasındakı əlaqələri nəzərə alsaq bu, təəccüblü deyil. İndiki vəziyyətdə orta gəlir o qədər aşağıdır ki, əksər ev təsərrüfatları əsas ehtiyaclarını ödəyə bilmir və bəziləri xərclərini ödəmək üçün bəzi mikromaliyyə seçimlərinə müraciət etməli olur. Daha əvvəl müzakirə edildiyi kimi, bu, davamlı həll yolu deyil çünki belə olduqda ən həssas ev təsərrüfatlarının borclanma riski artır. Artıq burada işin içinə xırda korrupsiya daxil olur: dövlət qulluqçusunun işini düzgün yerinə yetirməsi üçün rüşvətdən, bağça müdiri və ya həkimlə razılaşana qədər.

Təhlillərim Azərbaycan əhalisinin aşağı və orta gəlirli fərdləri üçün korrupsiya motivlərinin daha yaxşı başa düşülməsinə kömək edir. Dövlət işçisi və ya özəl sektor işçisi olmasından asılı olmayaraq əksər ev təsərrüfatları rahat yaşamaq üçün kifayət qədər qazana bilmədiklərini nəzərə alsaq, işləyən fərdlər gördükləri iş müqabilində gözlədikləri ədalətli əmək haqqını əldə etmək üçün korrupsiyaya qz tuturlar. İlk olaraq Akerlof və Yellen (1990) tərəfindən irəli sürülən bu ədalətli əmək səyi hipotezi Bakı misalına çox yaxşı tətbiq oluna bilər. Gəlir bərabərsizliyi o qədər yüksəkdir ki, orta statistik işçi bütün ev xərclərini əhatə edən istədiyi gəliri əldə etmək üçün korrupsiya imkanlarını qəbul etməyə təşviq olur.

Bu o demək deyil ki, həqiqi əmək haqqı işçinin gözlədiyi əmək haqqına bərabər olduqda korrupsiya tamamilə aradan qalxır. Əsas olan arzuedilən gəlirin olmamasını korrupsiya ilə kompensasiya etmək motivasiyasını azaltmaq üçün əmək haqqını artıran siyasətlərdən istifadə etməkdir. Rüşvət müvafiq şəkildə yüksək və cəzalar az olduğu təqdirdə, korrupsiya çox yüksək gəlirlə belə aradan qalxmayacaq. Mövcud maaşları bu ədalətliəmək haqqına qədər artırmaq korrupsiyanı aradan qaldırmayacaq, amma onun imkanlarını azaldacaq (Mahmood 2005). Ədalətli əmək haqqı əldə edildikdən sonra, dövlət qulluqçusu gəlirləri – əksər yaşayış xərclərini ödəməyə yetsə də – az olaraq qaldığı üçün korrupsiya ilə məşğul olmaqda yenə də maraqlı olacaq (Van Rijckeghem və Weder 1997).

Evin əlçatanlığına gəldikdə, podratçıların dövlət rəsmilərinə inşaat icazələri üçün rüşvət verməsi "ədalətli əmək haqqı" əldə etməyi hədəfləyən siyasətlərdən faydalana bildiyi vəziyyətdir. Korrupsiya hərəkətlərinin motivasiya edici təşviqlərini azaldaraq, tikinti icazələrinin alınması ilə əlaqədar əməliyyat xərcləri azaldıla bilər ki, bu da öz növbəsində daşınmaz əmlakın son satış qiymətini aşağı sala bilər.

Az maaş alan işçilərə istiqamətlənən əmək haqqı siyasəti həm əhalinin yaşayış standartlarına, həm də korrupsiya səviyyələrinə müsbət təsir edə bilər. Gəlir səviyyəsinin hansı səviyyədə korrupsiyasının aradan qalxacağını ölmək mümkün görünmür və buna ehtiyac da yoxdur. Başqa npv siyasətlər daha yüksək səviyyəli korrupsiyaya görə cəzaları artıraraq, müəyyən dövlət qurumları üçün tam avtomatlaşdırılmış proseslərlə korrupsiya imkanlarını məhdudlaşdıraraq korrupsiyanı azalda bilər.

Azərbaycanda qismən uğurlu cəhdlərdən biri 2012-ci ildən bəri mövcud olan Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsidir (ASAN). Dövlət qurumları üçün şəffaflığı təşviq etdiyinə və xüsusi dövlət prosedurlarını sadələşdirdiyinə görə ASAN-ın müəyyən qədər uğurlu olduğunu hesab etmək olar (Oxford, Blavatnik İdarəetmə Məktəbi 2017). Lakin ASAN xırda korrupsiyanı azaltmadı, bu da aşağı əmək haqqı səviyyəsini nəzərə alsaq heç də təəccüblü deyil.[U1]

Xırda korrupsiyaya görə cəzaların artırılmasının heç də gözlənilən nəticələr verməyəcəyini qeyd etmək lazımdır. Sinqapurdakı kimi sıfır tolerantlıq siyasəti aşağı əmək haqlarının təməlində duran problemi həll etməyəcək. Bunun əvəzinə, daha yaxşı həll yolu aşağı gəlirli işçilərin korrupsiya motivasiyasını azaltmaq üçün sosial rifahı artırmaq olardı.

Bundan əlavə, müəyyən bir həddən sonra əmək haqqının artması xırda korrupsiyaya istənilən təsiri göstərmir. Qana hökuməti 2010-cu ildə polis məmurlarının maaşlarını artıraraq yollarındakı aşağı səviyyəli korrupsiyanı azaltmaq cəhdində bu növ problemlə üzləşdi. Maaşların artmasına baxmayaraq korrupsiya səviyyəsi azalmadı. Belə ki, polis məmurları rüşvət almaq üçün daha çox səy göstərdilər, beləliklə korrupsiya hallarının sayı azalsa da polisin hər korrupsiya aktından əldə etdiyi ortalama pulun miqdarı artdı (Foltz and Opoku-Agyemang 2015).

Bu, yüksək səviyyəli siyasi korrupsiya ilə dövlət qulluğundakıların maaşları arasındakı mənfi əlaqəni göstərən digər tədqiqatları etibarsız etmir. Korrupsiyanı stimullaşdıran amillər bir-birindən fərqlənir, lakin siyasi korrupsiya hallarında korrupsiyanı təklif edənlər dövlət qulluqçusunun maaş artımından xəbərdar olduqdan sonra təkliflərini daha yüksək qiymətə uyğunlaşdıra bilərlər.

Nəticə

Bu məqalənin əsas məqsədi Bakı şəhərində ev əlçatanlığını qiymətləndirmək və onu, əhalinin qənaət dərəcəsinin aşağı olduğunu nəzərə alaraq, düzgün ölçmək idi. Bu tədqiqatdan əldə edilən əsas nəticələr aşağıdakılardır:

Burada təqdim olunan tapıntılar orta ev təsərrüfatının aylıq xərclərini ödəyə və gələcəkdə mənzil almaq üçün gəlirindən qənaət edə bilmədiyini göstərir. Ev təsərrüfatı ilə bağlı mövcud büdcəsi statistikasını nəzərə alsaq, orta ev təsərrüfatının kredit və ya ipoteka kimi mənzil maliyyəsinə çıxışı yoxdur. Bu məsələ kirayəyə də şamil edilə bilər çünki orta kirayə haqqı orta ev təsərrüfatı xərclərinin əhəmiyyətli hissəsini tutur.

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching