Oxuduğunuz məqalə

Azərbaycanda hakimiyyətin icazəsi ilə evdən çıxmaq olar: koronavirusa qarşı tədbirlər necə işləyir? by Kərtənkələ

4 min read

Bu yazını paylaşın:

JAMNEWS

Dövlət kimə və necə yardım edəcək və vətəndaşlardan nə tələb olunur?

Azərbaycanda hazırda sms-lə icazə alandan və ya iş yerindən xüsusi arayışla evdən çıxmaq olar. Hakimiyyət bu yolla Covid-19 koronavirusu ilə mübarizə aparır: aprelin 5-dən ölkədə “vətəndaşların hərəkəti ciddi məhdulaşdırılıb”. Qayda pozucularına qarşı cərimə tətbiq olunur (ən azı 59 dollar).

Azərbaycanda fövqəladə vəziyyət elan olunmayıb və hazırkı durum rəsmən “gücləndirilmiş karantin rejimi” adlandırılır, bu da tətbiq olunan məhdudiyyətlərin qanuniliyini şübhə altına alır.

Xırda və orta biznesin çəkdiyi ziyan xeyli böyükdür və hakimiyyət epidemiyaya görə zərərə uğramış vətəndaşlara yardım edəcəyinə söz verib.

Həmçinin qeydiyyatda olan 200 min nəfər işsizə iki ay ərzində 112 dollara yaxın vəsait ödənəcəyi də bildirilib.

Aprelin 5-i səhər saatlarına olan rəsmi məlumata əsasən, Azərbaycanda 602 Covid-19 virusuna yoluxma halı qeydə alınıb. Yoluxanlardan yeddi nəfər ölüb, 32 nəfər sağalıb. Xəstələrin sayına görə Bakı liderlik edir, amma ölkənin əksər regionlarında yoluxma halları qeydə alınıb.

Evdən çıxmaq üçün üç səbəb

Sistem belədir: evdən çıxmazdan əvvəl vətəndaşlar şəxsiyyət vəsiqəsinin nömrəsini və evdən çıxma səbəbini yazaraq xüsusi nömrəyə sms göndərməlidirlər.

Üç variantdan birini seçmək lazımdır:

  • müalicə;
  • dərman/ərzaq almaq, bank və ya poçta getmək;
  • yaxın qohumun dəfn mərasimi.

Yolda polis saxlayarsa, icazə verildiyini əks etdirən cavab sms-ni göstərmək lazımdır.

Bu qayda qüvvəyə minəndən sonra insanlar əsasən sms göndərmək işinin öhdəsindən gələ biliblər və bildirirlər ki, onlara cavab dərhal gəlir.

Amma bəziləri polislərin yoldan keçənləri uydurma səbəblərlə saxladığından və cərimə etdiyindən şikayətlənir.

Məhdudiyyətlər avtomobillərin hərəkətinə də aiddir – onlara da “xüsusi ehtiyac olmadan” hərəkət etmək qadağandır, həmçinin evdən çıxmaq icazəsi olmayan sərnişinləri daşımaq da olmaq.

İt sahibləri çaşqın vəziyyətdədirlər: iti gəzdirmək üçün necə icazə aalmaq lazım olduğu məlum deyil. Buna görə də Azərbaycanda hələlik itləri “qanunsuz” olaraq gəzdirirlər, ya da bu işi mağaza səfəri ilə eyni zamanda görürlər.

İnsanlar bu yeniliyi ironiya və qəzəb qarışıq qəbul ediblər.

Bəziləri bu tədbiri əsassızca sərt hesab edir, dövləti totalitar yanaşmada və büdcəni cərimələr hesabına doldurmaq cəhdində günahlandırırlar.

“Təbrik ediəm, tezliklə antiutopiyada yaşayacağıq”, – onlardan biri sosial şəbəkədə yazıb.

Digərləri isə əksinə, yeni qaydanı dəstəkləyir və bildirirlər ki, Azərbaycanın “dərrakəsiz” (evdə oturmaq istəməyən) sakinləri ilə ancaq bu cür lazımdır, yoxsa virusun yayılmasının qarşısını almaq mümkün olmayacaq.

Biznesmenlər və işsizlər kompensasiya alacaq, amma bütün hesablar üzrə ödənişləri davam etdirəcəklər

Ölkə vətəndaşlarının hakimiyyətə qarşı əsas iradlarından biri baş verənlərdən dolayı qazancından məhrum olan biznes və insanlara maddi dəstək planının gecikdirilməsi ilə bağlıdır.

Karantin rejimi üzündən bağlanmağa məcbur olan biznes sahiblərinə iki ay ərzində işçilərə ödənən əməkhaqqının yarı hissəsinin kompensasiya ediləcəyi vəd olunub ki, onların işdən çıxarılmasına ehtiyac qalmasın.

Həmçinin biznesmenlərə kreditlərin ödənişində də yardım ediləcək, amma kreditlərin ödənişi özü-özlüyündə dayandırılmır. Kommunal ödənişlər də dayandırılmır, yalnız kiçik endirim edilməsi nəzərdə tutulub.

İşsizlərə gəlincə, onlara iki ay ərzində 190 manat (112 dollara yaxın) vəsait ödənəcək (rəsmən minimum istehlak səbətinin həcmi). Bu ödəmə işsiz kimi qeydiyyatdan keçmiş təxminən 200 min nəfəri əhatə edəcək. Xüsusi saytda işsiz kimi qeydiyyatdan keçmək mümkündür.

Aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqının ödənişində də yardım ediləcək.

İqtisadçı Toğrul Maşallı hesab edir ki, bu tədbirlər yetərli deyil və karantin rejimi səbəbilə insanların çəkdiyi maliyyə ziyanının öhdəsindən gəlməyə real olaraq kömək edə bilməz.


Azərbaycanda karantin rejimi ilə əlaqədar olaraq metro, parklar, bağlar bağlanıb, əksər müəssisə, təşkilat və qurumların fəaliyyəti dayandırılıb. 65 yaşdan yuxarı insanlara ümumiyyətlə küçəyə çıxmaq qadağan olunub.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching