Oxuduğunuz məqalə

Azərbaycanda bu gün koronavirusdan ölən olmayıb

 

Bu yazını paylaşın:

Meydan TV

112 nəfər infeksiyaya yoluxub

Avqustun 16-da Azərbaycanda COVİD-19 infeksiyasından ölən yoxdur. Ancaq yoluxanların sayı 100 nəfəri keçib. Dünən yeni koronavirus infeksiyasına 89 adam yoluxmuşdu.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah 112 adamın yoluxduğunu, 178 pasiyentin sağaldığını bildirib.

Operativ qərargah inidyə qədər 34 min 219 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 xəstə ölüb, aktiv xəstə sayı 1838 nəfərdir”.

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5712, ötən müddətdə isə ümumilikdə 831 755 testin aparıldığı qeyd olunub.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching